Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
2 Oktyabr 12:47
Şərh Yoxdur
693

İmam Hüseynin (ə) qızı xanım Fatimə (s.ə): Allah-Təala bizi sizin, sizi isə bizim vasitəmizlə imtahan etdi

Zeyd ibn Musa ibn Cəfər (ə) öz ata babalarından rəvayət edir ki, Fatimə Kərbəladan kufəyə gələndən sonra orada bu xütbəni söylədi:

Daşlar və çınqılların sayı qədər Allaha həmd-səna edirəm. Allah-Təalaya həmd və təvəkkül edirəm, onun təkliyinə şəhadət verirəm. Mütəal Allahın şəriki yoxdur. Muhamməd (s) onun bəndəsi və Peyğəmbəridir. Şəhadət verirəm ki, Peyğəmbərin (s) övladlarının başlarını Fərat çayının sahilində kəsdilər. Halbuki, bu işi görməyə haqları yox idi. Ey Allah, yalandan, böhtandan sənə pənah gətirirəm! Pərvərdigara, Peyğəmbərinə “öz canişini Əli ibn Əbu Talib üçün xalqdan beyət götür” buyurduğun sözün əksinə danışmaqdan sənə pənah gətirirəm. Həmin Əli ibn Əbu Talibin haqqını qəsb etdilər, onu günahsız yerə öldürdülər. Necə ki, onun oğlunu dünən Kərbəla səhrasında dildə müsəlmanlıq iddası edib, ürəkdə kafir olanlar öldürdülər. Ölüm olsun onların sərkərdələrinə, məhv olsunlar! Onlar ölümlərinin axırında əllərindən gələn zülm sitəmləri əsirgəmədilər. Pərvərdigara, heç bir məzəmmət edənin danlağı İmam Hüseyn (ə)-ı ubudiyyət və sənin bəndəliyindən çıxara bilmədi. Sən onu uşaq vaxtında islama hidayət etdin, elə ki, böyüdü onun məqamlarını təriflədin. O, ömür boyu sənin yolunda və Peyğəmbərin razılığı üçün ümmətə nəsihət etdi. İmam Hüseyn (ə) dünyaya etinasız və məhəbbət bəsləmirdi. Axirətə isə rəğbət göstərirdi. Sənin yolunda həmişə düşmənlərinlə mübarizə və cihad etdi. Sən ondan razı oldun, onu sevdin və düz yola hidayət etdin.

Ey Küfə camaatı! Ey hiyləgər hoqqabazlar! Allah-Təala bizi sizin,sizi isə bizim vasitəmizlə imtahan etdi. Bəs, elm və hikmət xəzinəsi bizik. Allah-Təala öz kəraməti ilə bizi böyütdü və Mühəmmədin (s) vasitəsi ilə məxluqlarının çoxundan üstün etdi. Amma siz nankor camaat, bizi təkzib edib kafir olduğunu, qanımızı nahaq yerə axıtdınız, bizimlə vuruşmağı halal etdiniz, əmlakımızı qarət etdiniz, elə təsəvvür etdiniz ki, biz qeyri müsəlman övladıyıq. Siz dünən atam Hüseyni (ə) şəhid etdiniz. Bizə qarşı bəslədiyiniz keçmiş kin-küdrət nəticəsində qanımız sizin qılınclarınızdan damır. Allaha böhtan atdınız, hiylə işlətdiniz və bu işlə gözləriniz aydın və ürəkləriniz şad oldu. Amma bilməlisiniz ki, Allah-Təala ən yaxşı tədbir tökəndir. İndi siz bizim qanımızı tökməklə, əmlakımızı qarət etməklə şadlıq keçirməyin! Ey kufəlilər! Məhv olasınız! Özünüzü Allahın əzabına hazırlayın. Allahın əzabı tezliklə asimandan nazil olar və sizi öz əzabı ilə cəzalandırar. Bu dünyada bir-birinizin əlində sizi giriftar edib intiqam alacaq. Bizə qarşı etdiyiniz zülümlərə görə axirət əzabında da əbədi qalacaqsınız. Ey kufəlilər, vay olsun sizə! Heç bilirsinizmi ki, hansı əllərlə bizi oxladınız, qılınclarınız? Heç bilirsinizmi ki, bizimlə necə döyüşdünüz? Hansı ayaqlarla bizi öldürməyə gəldiniz? And olsun Allaha, qəlbləriniz rəhmsiz, ürəkləriniz daşdır. Sizin qulaqlarınız gözləriniz möhürlənibdir, elm və hikmətlə bəhrələnmiyibsiz. Ey Kufə camaat! Şeytan sizi aldadır və düz yoldan azdıraraq çirkin  əməllərinizi gözünüzdə cilvələndirdi gözlərinizə pərdə çəkdi. Daha siz hidayət olunmayacaqsınız. Ey Küfə xalqı! Heç bilirsinizmi ki, Peyğəmbərin (s) hansı qanı sizin boynunuzdadır və sizdən istəyəcək? Peyğəmbərin (s) qardaşı Əli ibn Əbu Talib (ə) və onun övladları ilə düşmənçilik etdiniz. Sizin bəziləriniz bu cinayətləri fəxr edib deyirlər:

 

نَحْنُ قَتَلْنَا عَلِیّاً وَ بَنِی عَلِیٍ‏                بِسُیُوفٍ هِنْدِیَّةٍ وَ رِمَاحٍ‏

وَ نَطَحْنَاهُمْ فَأَیَّ نِطَاحٍ                    وَ سَبَیْنَا نِسَاءَهُمْ سَبْیَ تُرْکٍ‏

Şeirin məzmunu: «Biz Əli və onun övladlarını
Hind qılıncları və nizələrlə öldürdük. Onun əhli-beytini əsir etdik…»

Bu şeiri deyib iftixar edənlərin kül olsun başlarına! Allah-Təala bütün çirkin əməllərdən pak şəxsləri öldürməyinlə iftixar edirsən?! Ey günahkar insan, qəzəbini söndür və it kimi öz yerində otur, necə ki atan oturdu. Həqiqətən hər bir şəxs öz əməllərinin cəzasını çəkəcək. Vay olsun sizə! Allah-Təala bizi hamıdan üstün etdiyinə görə paxıllıq çəkirsizmi?”

«Bu, Allahın lütfüdür və o, böyük lütf sahibidir».[1]«Hər kəsə istəsə, əta edəcək və Allah-Təala öz nuru ilə bəhrələndirmədiyi şəxs zülmət içində qalacaq».[2] Fatimə sözünü bura çatdıranda camaat tab gətirməyib uca səslə ağlaşdılar və dedilər: “Ey Peyğəmbər (s) oğlunun qızı daha bəsdir sinələrimizi odladın, qəlblərimizi qəm-qüssə odunda yandırdın!”

 

www.ahliman.info

[1]«Cümə» sürəsi, ayə 4.

[2]«Nur» sürəsi, ayə 40.

Digər “Əhli-Beyt ” Xəbərləri

Bu gün imam Həsənin (ə) mövlud günüdür

Üçüncü hicri ilinin Ramazan ayının 15-də Əmirəl-möminin (ə) evində ilk övlad dünyaya gözlərini açdı. Özü ilə bütün ev əhlinə şadlıq və sevinc... Davamı..

Bu gün sonuncu imam Həzrət Məhdinin (ə) mövlud günüdür

Bütün müsəlman məzhəbləri və firqələri qiyamət günü çatmamış İmam Mehdinin (ə) zühur edəcəyi və dünyanı ədalətlə təmin edəcəyini qəbul edir və buna... Davamı..

Bu gün bütün cavanlar üçün örnək olan Əli Əkbər ağanın (ə) təvəllüdüdür

Əli Əkbər ağa (ə) 33-cü hicri ilində şəban ayının 11-də dünyaya gəlmişdir. Peyğəmbərimizin (s) yeni dünyaya gələn övladlarla bağlı verdiyi mübarək buyuruşlara... Davamı..

Əllamə buyurur: “Bütün imamlar mərhəmətlidir, amma imam Rzanın mərhəməti hiss ediləndir”

Ustad Abdullah Fatimi Niya buyurur: Çox dəyərli Quran təfsiri  “Əl-Mizan” əsərinin müəllifi Əllamə Ayətullah Seyid Məhəmməd Hüseyn Təbatəbai İmam Rza (ə) barədə... Davamı..

Bu gün Məbəs günüdür. Məbəs gününün əməlləri

Bu gün vəhy mələyi Cəbrail-Əminin “İnnəkə Rəsulullah! Həqiqətən, sən Allahın Rəsulusan!“dediyi gündür. Bu əziz gündə Həzrət Cəbrayil (ə) Peyğəmbərə (s) nazil olaraq,... Davamı..

Bu gün İmam Museyi Kazimin (ə) şəhid edilən günüdür

Bu gün İmam Museyi Kazimin (ə) şəhadət günüdür. Müsəlmanların 7-ci imamı hicri-qəməri tarixi ilə 182-ci ildə rəcəb ayının 25-də Abbasi xəlifəsi Harunun... Davamı..

Həzrət Əli (ə) müsəlmanlara son tövhid vəsiyyətində bunları buyurmuşdur

Həzrət Əli (ə) zərbətləndikdən sonra İmam Həsən (ə) və İmam Hüseynə (ə), ümumilikdə isə bütün müsəlmanlara vəsiyyət edir. Həmin vəsiyyətin bir yerində... Davamı..

Bu gün İslamın əzəmətli xanımı Həzrət Zeynəbin (s.ə) vəfat günüdür

İslamın əzəmətli qadınlarından və Kərbəla qəhrəmanı kimi məşhur olan Xanım Zeynəb (ə) hicrətin 5-ci ilində Cəmadiul-əvvəl ayının 5-də dünyaya göz açıb. Xanım... Davamı..