Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
1 Oktyabr 12:15
Şərh Yoxdur
407

Bu cür hicablılar behiştin iyini uzaq fasilədən belə iyləyə bilməyəcək

Axırəz-zamanda olan hicabın başqa zamanlarda olan hicabdan fərqi olacaqdır. Hər bir müsəlman qadın hansı zamanda olursa-olsun, hicaba riayət etməyə vəzifələndirilmişdir. Ancaq zaman keçdikcə, bu mövzuda həddi aşmaq və ya təfrit etmək mümkündür, ancaq hicabı tərk etməkdən söhbət belə ola bilməz. O kəslər ki, Allahın buyurduqlarına ən çox əməl edərlər – onlar mömin adlanarlar.

 

Müqəddəs Quran Qiyamətə qədər olan zaman üçün nazil olduğu üçün, axırəz-zamanda da qadınların hicaba riayət etməsi vacibdir. Çünki Qurani-Kərim hicabı vacib bilmiş və onu tərk edəni məzəmmət etmişdir.

“Möminə qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar. Həmçinin öz zinət və bəzəklərini və onların yerlərini (boyun, sinə, saç, biləklər və sairəni, naçarlıqdan öz-özlüyündə) görünən (üst paltarları, əl və üz kimi şeylər) istisna olmaqla, üzə çıxarmasınlar. Gərək (boyun və sinələrinin örtülməsi üçün) baş örtüklərini (çəkib) yaxalarına salsınlar”. (“Nur” 31).

 

Həzrət Peyğəmbər (s) buyurur: “Cəhənnəm əhlinin iki dəstəsini görmüşəm ki, bu zamanda hələ zühur etməyiblər. O qadınlar ki, geyiniblər, ancaq eyni zamanda paltarsızdırlar. Başlarını dəvələrin hülgüc dağları kimi edərlər. Onlar behiştə getməyəcəklər və behiştin iyini uzaq fasilədən belə iyləyə bilməyəcəklər”.

 

Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Axırəz-zamanda mənim ümmətimdən elə qadınlar olacaqdır ki, geyimləri vardır, ancaq paltarsızdırlar. Başlarında Xorasan dəvələrinin dağları kimi bir şey olar. Onları lənətləyin ki, məlundurlar”.

 

Həzrət  Peyğəmbərdən (s) gələn başqa hədisdə oxuyuruq: “Axırəz-zamanda mənim ümmətimdə elə kişilər peyda olacaqdır ki, onların qadınları paltar geyinməklərinə baxmayaraq, (sanki) paltarsız olacaqlar. Başlarında arıq dəvələrin dağları kimi bir şey olacaqdır. Onları lənətləyin ki, onlar Allah rəhmətindən uzaqdırlar”.

 

Bu hədislərdən belə nəticəyə gəlmək olur ki, axırəz-zamanda qadınların hicabı olsa da, əslində hicab olaraq sayılmayacaqdır. Yəni, paltarları o qədər nazik və dar olacaqdır ki, cisimlərini göstərəcəkdir. Başlarındakı hicabı isə o qədər qaldıracaqlar ki, dəvənin hürgücünə bənzəyəcəkdir.

İslam dini bu geyimi hicab kimi qəbul etmir. Ona görə də bu qadınları çox mənfi durumda olan hesab edir. (Həvzəh/Deyerler)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Sənin qulağına “Bismillah”ı oxuyan mənim qulağıma “Vələzzallin”ə qədər oxuyub

Şeyx Ənsarinin şagirdlərindən biri belə deyir: “İbtidai dini təhsilimi başa vurduqdan sonra elmimi təkmilləşdirmək üçün Nəcəfi-Əşrəfə yollandım və Şeyxin dərslərində iştirak etməyə... Davamı..

Azad insan olmaq üçün lazım olan xüsusiyyətlər

Elm, ticarət, siyasət – hər bir sahə əgər azad olmazsa, əsirlik deməkdir. Nətcədə bəzi təbəqələrin təkəbbürə düçar olmasına gətirib çıxardar. Onlar özlərini... Davamı..

Bеlә bir şәхsin әmәli аltmış ilin ibаdәtindәn üstündür

Hәzrәt Pеyğәmbәr (s) buyurub: “Hәr kim iki hәdis öyrәnsә, оnlаrdаn kаmаlа yеtişmәk üçün istifаdә еtsә vә yа bаşqаlаrınа öyrәtsә, оnlаr dа о... Davamı..

Şükrün dildə deyilən kamil forması – “Əlhəmdulillahi Rabbil-aləmin”dir

Şükür – Allahın verdiyi nemətlərə görə təşəkkürün bir növüdür. Belə bu təşəkkür dil, ürək və əməldə büruzə verir. Ürəkdə təvazökarlıq, dildə təsbih... Davamı..

O zaman ki, insan tövhid mövzusunda yəqinə çatar – Allahdan qeyrisinə diqqət etməz

Yəqin – insanın hansısa əqidədə sabit və qəti olmasına deyilir. Bu zaman heç bir şəkk və şübhə insan zehnində yer almaz. Yəni,... Davamı..

Ən yaxşı qadın İmam Rzanın (ə) kəlamında

“Belə qadın Allah xidmətçilərindən sayılır və Allah xadimlərinə ümidsizlik yoxdur…”   İmam Rza (ə) buyurur: “Qadınlarınızın ən yaxşısı beş xüsusiyyətə malik olanlardır:... Davamı..

Qənaət insanı dünya və axirətdə izzətli edər

İnsanın cəmiyyətdə iftixar və izzətə sahib olmağına səbəb olan amil – qənaətdir. Qənaət səbəb olar ki, insan dünyaya qarşı həris və tamahkar... Davamı..

Müstəhəb namazlar, insanın Allahla xüsusi münasibətlərinə səbəb olar

Müstəhəb namazlar insanı Allaha yaxınlaşdıran və Allahın sevimlisi edən əməllərdəndir. Bu cür müstəhəb əməllərdən biri də nafilə namazlarıdır. Nafilə namazları müstəhəb namazdır... Davamı..