Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
13 Sentyabr 12:51
Şərh Yoxdur
152

Alimi əziz tutan Allahı və Peyğəmbəri (s) əziz tutmuşdur

Həzrət Peyğəmbər (s) buyurur: “Alimləri əziz tutun ki, onlar peyğəmbərlərin varisləridir. Hər kim onları əziz tutarsa, həqiqətən Allah və Rəsulunu əziz tutmuşdur”.

İmam Səccad (ə) buyurur: “Sənin elmi rəhbərinə görə boynundakı haqq odur ki, onu böyük tutub, hörmət edəsən. Ona yardım edəsən ki, sənə lazım olan elmi sənə öyrətsin. Belə ki, zehnini onun üçün boşaldasan və bütün idrak qüvvəsi ilə ona diqqət edəsən. Ürəyini istəklərdən pak edəsən. Gözünü ləzzət və şəhvətdən tərk olmuş halda ona dikəsən. Bil ki, elmi ondan elə öyrənməlisən ki, onun nümayəndəsi kimi bu elmi cahillərə öyrədə biləsən”. (Tebyan/Deyerler)

Həzrət Peyğəmbər (s) buyurur: “Alimlərin qarşısında təvazökar olun. Onları yüksək tutun, necə ki, mələklər alimləri yüksək tutarlar. Qanadlarını aşağı salar və onun üçün bağışlanma istəyərlər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Üç nəfəri heç kəs yüngül hesab etməz və təhqir etməz. O münafiqdən başqa ki, nifaqı hamıya aşkardır:

1. O kəs ki, saçını İslam yolunda ağartmışdır.

2. Xeyirli müəllim.

3. Adil rəhbər”.

 

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim alimlərlə yoldaş olar, mənimlə yoldaş olar. Hər kim mənimlə yoldaş olar, sanki Allahla yoldaş və yaxın olmuşdur”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzət Qaim (ə.f) Ayətullah Mərəşi Nəcəfi ilə görüşəndə etdiyi tövsiyələr

Rəhmətlik Ayətullahül-üzma Mərəşi Nəcəfi dəfələrlə İmam Zamanın görüşünə nail olmuşdur. Biz burda, nəql olunan hekayələrdən ancaq birini yad edəcəyik. Mərəşi Nəcəfi deyirdi:... Davamı..

Dəstəmaz alarkən bu duaları oxuya bilərik. Dualar və tərcümələri

Üzü yuyarkən bu duanı oxumaq müstəhəbdir: “Əllahummə bəyyiz vəchi yəvmə təsvəddu fihil-vucuh və la tusəvvid vəchi yəvmə təbyəzzu fihil-vucuh.” (İlahi, üzlərin qara... Davamı..

Yağışla mənəviyyatın rabitəsi varmı?

Yağış – Allahın biz insanlara verdiyi əvəzsiz nemətdir. Heç bir canlı su olmadan yaşaya bilməz. Eləcə də insan da. Yağış – İlahi... Davamı..

Dinimiz evin dar olmasını bəyənir, yoxsa geniş olmasını?

Müqəddəs İslam dininin nəzərinə görə, ən faydalı və ən yaxşı ev – o evdir ki, onun sakinləri orada rahat olarlar. Genişliyi elə... Davamı..

Evdə hansı heyvanı saxlamaq olar? – Məsumların (ə) tövsiyələri

Məsumlarımız (ə) hər bir canlı varlığa xüsusi həssaslıqla yanaşmış və onlarla bağlı tövsiyələr vermişdilər. Davud Rəqqi nəql edir: “İmam Sadiqin (ə) yanında... Davamı..

Qurban bayramında 5 gözəl əməl

Uca Allahın nəzərinə görə Yer kürəsinin ən üstün məkanı – Məkkədir. Çünki Kəbə evi orada yerləşir. Ona görə də ən fəzilətli əməl... Davamı..

Sileyi-rəhmin əhəmiyyəti barədə

Şeyx Tusi nəql edir: “Bir gün Mənsur Abbasi İmam Sadiqi (ə) öz sarayına dəvət edir. İmam (ə) saraya daxil olur və Mənsurun... Davamı..

Gözəl əxlaq hər bir halda bəyəniləndirmi?

Həzrət Peyğəmbər (s) buyurur: “Allahın ədalət tərəzisində heç bir şey gözəl əxlaq qədər ağır deyildir”. Gözəl əxlaqın iki mənası vardır: ümumi və xüsusi.... Davamı..