Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
29 İyun 12:41
Şərh Yoxdur
660

Həzrət Əlinin (ə) yoxsula verdiyi yemək haqda Quran ayəsi nazil oldu

Abdullah ibn Məsud rəvayət edir ki, günlərin bir günü Rəsulullah (s) şam və xiftən namazını qılıb qurtarandan sonra bir kişi ayağa qalxıb dedi: – Ey Mühacir və Ənsar tayfası! Mən qərib bir kişiyəm, heç nəyim yoxdur, mənə yemək verin.

Rəsulullah (s) buyurdu: – Ey dərviş, qəribçilikdən danışıb məni narahat etmə! Dörd dənə şey qəribdir: 1 – Əgər bir yerdə məscid olsa və orada yaşayanlar gedib namaz qılmasalar, həmin məscid qəribdir; 2 – Əgər bir evdə Quran olsa və evin sahibləri onu oxumasa, o Quran qəribdir; 3 – Əgər bir xalqın arasında alim olsa və xalq ondan dini məsələləri soruşmasa, həmin alim qəribdir; 4 – Dördüncü qərib isə kafirlərin arasında əsir olmuş müsəlmandır.

Sonra Rəsulullah buyurdu: Hər kəs bu kişinin ehtiyacatını ödəsə, Behiştə gedəcək. Həzrət Əli (ə) ayağa qalxıb, həmin kişinin əlindən tutub öz evinə apardı. O, Həzrət Fatimeyi-Zəhraya (s.ə) dedi: – Ey Rəsulullahln (s) qızı, bu qonaq üçün yemək hazırla!

Fatimeyi-Zəhra dedi: – Ya Əli (ə), evdə yemək azdır, Həsən və Hüseyn (ə) da acdırlar və sən özün də oruc tutubsan. Evdə olan yemək isə bir nəfərlikdir.

Həzrət Əli (ə) buyurdu: – Uşaqları yatızdır və həmin yeməyi qonağa ver!

Sonra Fatimeyi-Zəhra (s.ə) yeməyi gətirdi. Həzrət Əli (ə) yeməyi qonağın qarşısına qoydu. O Həzrət öz-özünə fikirləşirdi ki, əgər yemək yesəm qonağ doymayacağ; əgər yeməsəm qonağ narahat olacaq. Buna görə də çırağın işığını artırmaq bəhanəsi ilə onu söndürdü. Fatimeyi-Zəhra (s.ə)-a dedi ki, qonaq yeməyi yeyib qurtarana qədər çırağı yandırma, qoy bizə yeməyin çatmamasını bilməsin. Həzrət Əli (ə) özüdə ağzını tərpədirdi ki, qonaq elə bilsin o da yemək yeyir. Qonaq yeməyi yeyib qurtarandan sonra Fatimeyi-Zəhra (s.ə) çırağı gətirdi. Həzrət Əli (ə)-ın gözü qonağın qabına sataşdı, gördü ki, yemək olduğu kimi qalıbdır. Buyurdu: – Ey qonaq, nə üçün yeməyini yemirsən?

Dedi: Doydum.

Sonra Həzrət Əli (ə), Fatimeyi-Zəhra (s.ə), İmam Həsən (ə), İmam Hüseyn (ə), Fizzə və qonşular həmin yeməkdən yedilər, lakin ondan artıq da qaldı.

 

Həzrət Əli (ə) sabahısı gün Rəsulullahın (s) yanına gəldi. Peyğəmbər (s) buyurdu: – Ya Əli, dünən axşam necə keçdi?

Əli (ə) buyurdu: – Yaxşı keçdi.

Sonra Həzrət Peyğəmbər (s) çırağın sönməsini və yeməyin bərəkət tapmasını danışdı.

Həzrət Əli (ə) dedi: – Ya Rəsulullah, sizə kim bu xəbəri verdi?

Peyğəmbər (s) buyurdu: – Cəbrayıl yanıma gəldi və bu xəbəri çatdırandan sonra bu ayəni mənə nazil etdi:

وَيُؤْثِرُونَ عَلَىٰ أَنْفُسِهِمْ وَلَوْ كَانَ بِهِمْ خَصَاصَةٌ

«Özlərini ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar».[1]

 

www.ahliman.info

[1] «Həşr» surəsi, ayə 9.

Digər “Əhli-Beyt ” Xəbərləri

Bu gün həzrət Muhəmmədin (s) və İmam Sadiqin (ə) mövlud günüdür – Mövlud gününün əməlləri

Oktyabr ayının 24-ü hicri qəməri təqvimi ilə rəbiul-əvvəl ayının 17-si əziz İslam Peyğəmbəri həzrət Muhəmməd (s) və altıncı İmam Cəfər Sadiqin (ə)... Davamı..

İmam Rzanı (ə) mədh edərək əlindən bəxşiş alan Şeyx İbrahim Türk

Şeyx Məhəmməd Razi yazır: Böyük alim və şəxsiyyətlərdən eşitdim ki: Sahibi Zamani ləqəbi ilə tanınan şeyx İbrahim Türk Məhşədə imam Rzanın (ə)... Davamı..

İmam Əli (ə): Dünya bir leşdir, onu itlər istəyər

Həzrət Əli (ə) buyurur: “Dünya bir leşdir, onu itlər istəyər”.[1] Əgər kimsə bu leşdən yemək istəsə, itlərin həmləsinə də dözməlidir. Başqa bir... Davamı..

İmam Həsən Müctəbanın (ə) ürəkdağlayan şəhadəti

İmam Sadiq (ə) nəql edir: “Həzrət İmam Həsən (ə) öz əhli-beytinə belə buyurmuşdu: “Mən Peyğəmbər (s) kimi zəhərlə şəhid olacağam”. Və soruşurlar... Davamı..

İmam Hüseynin (ə) qızı xanım Fatimə (s.ə): Allah-Təala bizi sizin, sizi isə bizim vasitəmizlə imtahan etdi

Zeyd ibn Musa ibn Cəfər (ə) öz ata babalarından rəvayət edir ki, Fatimə Kərbəladan kufəyə gələndən sonra orada bu xütbəni söylədi: “Daşlar... Davamı..

Həzrət Zeynəb (s.ə): Siz kənizlər kimi yaltaq, zibillikdə bitən bitkilər kimisiniz

Bəşir ibn Huzeym Əsədi deyir: “Əmirəl-mömininin (ə) qızı Zeynəbi (s.ə) gördüm. Allaha and olsun, ömrüm boyu ondan natiq bir qadın görməmişdim. Elə... Davamı..

İmam Sadiq (ə): Arifin cismi camaat ilə qəlbi isə Allahladır

İmam Sadiq (ə) buyurur: “Arifin cismi camaat ilə qəlbi isə Allahladır. Əgər bir göz qırpımı qədəri qəlbi Allahı yad etməkdən qafil olsa,... Davamı..

İmam Hüseyn (ə) buyurdu: Südəmər balamı yanıma gətir onunla vidalaşım

İmam Hüseyn (ə) xeymənin qapısına tərəf gəlib Zeynəbə (s.ə) buyurdu: “Südəmər balamı yanıma gətir, onunla vidalaşım“. Həzrət, Əli Əsgəri qucağına alıb öpmək... Davamı..