Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
14 May 11:18
Şərh Yoxdur
220

Həzrət Məhdinin (ə.f) Fitr bayramındakı duası

İmam Məhdi Sahibəz-Zaman (ə.f) belə dua edir: “Pərvərdigara! Sənə üz tuturam o halda ki, Peyğəmbər (s) qarşımda, Əli (ə) arxamda sağ tərəfdə və qalan İmamlar (ə) da sol tərəfdədirlər. Onlarla Sənə yaxınlıq axtarıram və onlardan başqa heç kəsi Sənə yaxın tapmadım. Onlar İmamlardırlar. Öz rəhmətinlə məni saleh bəndələrin zümrəsindən qərar ver!

 

Pərvərdigara! Səni istəyirəm və mənə diqqət et. Sənin yanında olanı axtarıram. Ona görə də mənim üçün (onu) asan et və hacətlərimi yerinə yetir. Sən Öz Kitabında və haqq kəlamında belə deyirsən: “Ramazan ayı insanların bələdçisi, aşkar hidayət dəlillərinə malik və (haqq ilə batili bir-birindən) ayıran Qur’anın nazil olduğu bir aydır”. (“Bəqərə” 185).

 

Bu ayın ehtiramını və hörmətini, onda Quran nazil edərək və həmçinin Qədr gecələrini onda qərar verərək, daha da artırdın. Dedin: “Qədr gecəsi min aydan daha xeyirlidir. O gecə mələklər və Ruh (Cəbrail, ya mələklərdən olmayan başqa bir şərəfli varlıq) Rəbbinin izni ilə (həmin gecədən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir iş(in təqdir, tənzim və sabit edilməsin)dən ötrü yerə enər”. (“Qədr” 3-4).

 

Allahım! Ramazan ayının günləri başa çatmışdır. Bu ayda elə işlər yerinə yetirdik ki, Sən onlardan agahsan və sayını da yaxşı bilirsən.

 

Allahım! Səndən o şeyi istəyirəm ki, saleh bəndələrin istəyir. Həzrət Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndər və o şey ki, məni Sənə yaxınlaşdırır, məndən qəbul et. Mənə əməlimin qəbul olmasını və dualarımın yerinə yetməsini lütf et. Atəşdən xilas olmağı mənə inayət et və xilas olmağımla mənə minnət qoy.

 

Pərvərdigara! Sənin tək olmağına and verirəm ki, əgər bu ayda məndən razı qalmısansa, ömrümün qalan hissəsində Öz razılığını mənə artırasan.

 

Əgər bu ayda məndən razı olmamısansa həmin bu saat, həmin bu saat, həmin bu saat məndən razı ol! Həmin bu saatda və bu yerdə məni cəhənnəm atəşindən xilas olanlardan və cəhənnəm əzabından azad olanlardan və xoşbəxt məxluqlarından qərar ver. Ey, mehribanların ən mehribanı!

 

Allahım! Bu ayı Sənin üçün oruc tutduğum son Ramazan ayı qərar vermə. Məni başqa Ramazan aylarına da çatdır ki, məndən razı olasan, məni bu dünyadan salamat xaric edəsən. O halda ki, məndən razı olmusan.

 

Pərvərdigara! Bu ildə və hər ildə məni Öz Evinin hacısı qərar ver, o halda ki, həcci qəbul olmuş, səyi mədh edilmiş, günahları bağışlanılmış, əməlləri qəbul olunmuş, səfəri salamat olmuşdur. Əməlini həvəslə yerinə yetirmişdir və canları, malları, övladları və o şeyi ki, onlara nemət vermisən – qorunmuşdur.

 

Allahım! Məni arzularımda ümidsiz etmə və ümidimi yerinə yetir. Muhəmməd (s) və Ali-Muhəmməd (ə) vasitəsilə Sənə üz tutmuşam və onları özümün, arzularımın, istəklərimin, yalvarmalarımın qarşısında qərar vermişəm. Simamı onların vasitəsilə dünya və axirətdə ağ et və məni dərgahının yaxın olanlarından qərar ver. Sən onları tanımam üçün mənə minnət qoydun, ona görə də onların vasitəsilə aqibətimi səadətlə xətm et. Çünki Sən hər işə qadirsən!”. (Erfan/Deyerler)

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Quranda həzrət Mehdi (ə.f) hökumətinin siması

Qurani-Kərim Həzrət Mehdi əleyhissəlamın zühur və qiyamı barədə (bir çox başqa sahələrdə olduğu kimi) xırdalıqlara toxunmadan ümumi şəkildə söz açmışdır. Yəni, Quran... Davamı..

İmam Əlinin (ə) möminlərə nəql etdiyi son hədisdə nəyin müjdəsi verilir?

Əsbəğ ibni Nübatə nəql edir: “O zaman ki, İmam Əlinin (ə) mübarək başına zərbə dəydi və şəhadətinə səbəb oldu, müsəlmanlar Darul-əmarədə toplaşdılar... Davamı..

İmam Sadiqin (ə) oruc tutanlara tövsiyəsi

İmam Sadiq (ə) gözəl bir hədisdə oruc tutanlara belə tövsiyələr vermişdir: “Oruc tutan zaman halın elə halda olsun ki, özünü axirətə müşərrəf... Davamı..

Bu gün sonuncu imam Həzrət Məhdinin (ə) doğum günüdür

Bütün müsəlman məzhəbləri və firqələri qiyamət günü çatmamış İmam Mehdinin (ə) zühur edəcəyi və dünyanı ədalətlə təmin edəcəyini qəbul edir və buna... Davamı..

İslam Pеyğәmbәri (s): “Әn üstün sәdәqә dil, fikir vә аğlın sәdәqәsidir.”

Mаlın sәdәqәsi vаr, mәqаmın sәdәqәsi vаr, bеlә ki, bаşqаlаrının әlindәn tutаsаn. Pеyğәmbәr (s) buyurur: “Әn üstün sәdәqә dil, fikir vә аğlın sәdәqәsidir.”... Davamı..

Allah yolunun talibləri üçün İmam Sadiqdən (ə) 9 qızıl nəsihət

Şeyx Şəmsəddin Muhəmməd ibni Məki nəql edir: “İmam Sadiqə (ə) dedim ki, mənə tövsiyələr və nəsihətlər versin.   İmam (ə) buyurdu: “Sənə... Davamı..

Dilini, pulunu qorumağa çalışdığın kimi qoru

“Ey Əbuzər! Faydası olmayan şeyi tərk et və sənə faydası olmayan sözü danışma. Dilini, pulunu qorumağa çalışdığın kimi qoru”. Günahdan qorunmaq istəyən... Davamı..

İmanlı yuxu, yüngül namazdan yaxşıdır

İmam Əli (ə) eşidir ki, xəvaricdən olan bir nəfər gecə namazı qılır və gecə Quran tilavət edir. Həzrət (ə) buyurur: “Yəqin və... Davamı..