Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
2 May 19:33
Şərh Yoxdur
474

Orucun dəyərini azaldan 5 amildən uzaq olaq

Orucun dəyərini azaldan ən mühüm amillər bunlardır:

 

1. Nalayiq fikirlər. Nəfsin orucu dedikdə, qəlbin və beş hiss orqanlarının nalayiq fikirlərdən uzaq olması nəzərdə tutulur. Oruc tutan insanın qəlbi, oruc olmağı bacarmalıdır. Oruc insan bir çox şeylərdən çəkinər, onun qəlbi də bir çox bəyənilməyən şeylərdən çəkinməlidir. İmam Əli (ə) buyurur: “Qəlbin orucu ki, günah düşüncəsindən üz döndərməkdir, qarın orucundan daha üstündür”.

 

Həzrət Əli (ə) başqa yerdə buyurur: “Qəlbin orucu dilin orucundan, dilin orucu isə qarın orucundan daha üstündür”.

 

2. Napak tikə. İnsan orucunu açan zaman pak tikə ilə açmalıdır. Yəni, halal və haramına diqqət etməlidir. Həzrət Peyğəmbər (s) buyurur: “Vay olsun o kəsin halına ki, orucunu haram yemək ilə iftar edər”.

 

3. Söz gəzdirmək. Orucun dəyərini azaldan amillərdən biri də söz gözdirməkdir. Peyğəmbər (s) buyurur: “Dörd şey orucun batil olmasına səbəb olur. Onlardan biri söz gəzdirməkdir”.

 

4. Ağvalideyn olmaq. O oruc ki, valideynin razılığı ilə tutulmamışdır, onda xeyir olmaz. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, ata və anasını qəmgin edər – ağvalideyn olmuş olar”. İmam Sadiq (ə) buyurur: “Ağvalideyn olmaq – kəbirə günahlardandır”. (Beytutə/Deyerler)

 

5. Təkəbbür. Orucun dəyərini azaldan günahlardan biri də təkəbbürdür. Təkəbbür küfrün kökü adlandırılmışdır. İmam Sadiq (ə) buyurur: “O kəs ki, başqalarına dəyər verməz – təkəbbürə malik olar”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Qaim (ə.f): Qorxma, hər halda mən də zəlil bir bəndə kimi cəlil Allahın qarşısında oturmuşam

Böyük islam alimi və mərifət əhli olan mərhum birinci Əllamə Məclisi belə buyurur: Nəcəf-Əşrəfdə Həzrət Əlinin (ə) hərəminin kənarında sakin olduğum vaxt... Davamı..

“…Kufə məscidində gördüyün o şəxs imam Məhdi (ə) idi”

Müqəddəs Ərdəbilinin təqvalı, inanılmış və etibarlı şagirdlərindən biri belə hekayət edir: Həzrət Əlinin (ə) hərəminin həyətində kiçik bir hücrəm vardı. Gecələrin birində... Davamı..

Nə zaman çətinliyə düşdün, çatışmazlığın oldu, ehtiyacın yarandı – təsbehi götür və 100 dəfə de…

Böyük ustad ayətullah Behcət buyurur: “Nə zaman çatışmazlığın oldu, hövsələn daraldı, giriftar oldun, pulun olmadı – təsbehi götür və 100 dəfə de: “Əstəğfirullahə... Davamı..

İstihlal Mərkəzi Şəvval ayının hilalını gördü. Fitr bayramınız mübarək!

Bu gün Ramazan ayının 29-dan 30-na keçən gecə “İstihlal Mərkəzi” ənənəvi olaraq 150 qrup müxtəlif yerlərdən müşahidlər aparıb. Apardıqları müşahidə nəticəsində Şəvval... Davamı..

İnsanın ruhunda bəsirətin əmələ gəlməsi üçün nə lazımdır?

Təqva və zöhd bir kökdəndirlər və insan təvqanın ən yüksək zirvəsinə çatan zaman zöhdə çatar. Təqva bəsirət çırağını yandırar, zöhd bu çırağın... Davamı..

Can verməyi asanlaşdıran əməllər

Bizim ölmək haqqındakı məlumatımız daha çox yuxuya bənzəyir ki, insan heç bir ağrı və dərd hiss etmədən yatır. Halbuki, bu zahiri sakitliyin... Davamı..

Ramazan ayı həyatı dəyişdirmək üçün bir fürsətdir

Mübarək Ramazan ayı həyatı yaxşılığa doğru dəyişmək, Quranla ünsiyətdə olmaq, özünü düzəltmək və fəaliyəti İslam prinsiplərinə əsasən qurmaq üçün ən münasib fürsətdir.... Davamı..

Ustad Ənsarian: “Ramazan ayı insanın özündən azad olmaq ayıdır”

Ustad Ənsarian buyurur: “Quran buyurur ki, oruc tutun ki, bunun sayəsində günahdan uzaq olmaq üçün qüdrət və ruhiyyə əldə edəcəksiniz. Yəni, Allah... Davamı..