Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
28 Mart 16:37
Şərh Yoxdur
1688

Mübarək Nimeyi-Şaban gecəsinin əməlləri

Hədislərdə qeyd olunur ki, bu gecə Qədr gecəsindən sonra ən fəzilətli gecədir

Tövsiyyə olunur ki, bu gecə qüsl edilsin, oyaq keçirilsin, ilahi övliyalar ziyarət edilsin.

 

Bu gecənin digər xüsusiyyəti də dövrümüzün imamı Həzrət Məhdinin (ə.f) məhz bu gecə dünyaya gəlməsidir. Belə ki, İmam Məhdi (ə) miladi 878-ci ilin bu gecəsində İraqın hazırkı Samirrə şəhərində anadan olub.

 

Şaban ayının on beşinci gecəsinin bir neçə əməlləri vardır:

1. Qüsl etmək. Bu gecə qüsl etmək günahların yüngülləşməsinə səbəb olar.

2. Bu gecəni namaz qılmaqla, dua və istiğfar etməklə əhya saxlamaq.

3. “Kumeyl” duasını oxumaq.

4. İmam Hüseyni (ə) ziyarət etmək.

Bu gecənin əməllərinin içində ən fəzilətli əməl, İmam Hüseynin(ə) ziyarətidir. Bu əməl günahların bağışlanmasına səbəb olar.

O Həzrəti (ə) ziyarət etmək üçün açıq havada hündür bir yerə qalxıb, sağ və sol tərəfə baxdıqdan sonra, başı göyə tərəf tutub bu kəlmələrlə o Həzrəti (ə) ziyarət etmək lazımdır:

«Əssəlamu ələykə yə Əba Əbdillah. Əssəlamu ələykə və rəhmətullahi və bərəkatuh».

Harada olmağından asılı olmayaraq, hər kim bu qayda ilə Hz.İmam Hüseyni (ə) ziyarət etsə, onun üçün Həcc və ümrənin savabı yazılar.

5. Bu zikrləri ardıcıl olaraq demək: “Subhanəllah“, “Əlhəmdulillah“, “Allahu Əkbər“, “La İlahə İlləllah” (hər biri 100 dəfə)

 

Bu gecənin digər xüsusi əməllərini yerinə yetirmək istəyənlər “Məfatihul-Cinan” kitabına müraciət edə bilərlər.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Mübarək Ramazan ayının gecələrində bu namazı qılmağı unutmayaq

Mübarək Ramazan ayının hər gecəsi (gecə yarısı,) iki rəkətli müstəhəb namazı var ki, bu qaydada qılınır. Hər rəkətində bir Həmd və üç... Davamı..

14 aprel mübarək Ramazan ayının ilk günüdür

Bərəkətli və mənəviyyatlı mübarək Ramazan ayının astamasındayıq Ayətullah Xameneinin nəzarətində olan “İstihlal Mərkəzi”nin verdiyi məlumata görə, bu il Şaban ayı 30 gün... Davamı..

Ölülər bir-birini görürlərmi?

Qurani-Kərimin və hədislərin nəzərinə görə, insan Qiyamətə düşməzdən əvvəl bərzəx adlı bir aləmdə yaşayar. Bu aləmdə olan ölülər öz əməllərinin bəhrəsinə çatarlar.... Davamı..

Bu gecə “arzular gecəsi”dir. Bu gecənin namazı var

Rəcab ayının ilk cüməsinin gecəsi (yəni Rəcəbin ilk cümə axşamından ilk cüməsinə keçən gecə) “leylətul-rəğaib” yəni “arzular gecəsi” adlanır. Bu gecəni ibadət və dualarla keçirmək... Davamı..

Bu gecə Rəcəb ayı daxil olur. Rəcəb ayının əməlləri

Hicri qəməri təqvimi ilə bu il fevral ayının 12-dən 13-nə keçən gecə mübarək Rəcəb ayı daxil olur. Yəni 13 fevral mübarək Rəcəb... Davamı..

Necə olur ki, insan günaha öyrəşir?

(Ayətullah Cavadi Amulinin əxlaq dərslərindən)   Günah özü qabar olduğu üçün qəlbin üzərini örtər və qəlbi bulaşdırar. Bu zaman insan günaha qarşı... Davamı..

Yaxşı həyat yoldaşı olmaq istəyən xanımlara 3 tövsiyə

Xanımların yaxşı həyat yoldaşı olmaları üçün 3 şeyi bilməkləri zəruridir. Bu üç şey ibarətdir:   1. Özlərini hər bir çirkinlikdən təmizləməlidirlər. Yəni,... Davamı..

İmam Mehdi (ə.f) tərəfdaşlarının “bulud kimi toplaşması” nə deməkdir?

İmam Əli (ə) “Nəhcul-bəlağə”də İmam Zaman ağanın (ə.f) dostlarının və tərəfdaşlarının sifətlərini bəyan etmişdir ki, onlarla tanış olaq:   İmam Əli (ə) buyurur: “Onun davamçıları payız buludları kimi toplaşarlar”.  ... Davamı..