Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
20 Yanvar 09:21
Şərh Yoxdur
1977

İmam Mehdi (ə.f) tərəfdaşlarının “bulud kimi toplaşması” nə deməkdir?

İmam Əli (ə) “Nəhcul-bəlağə”də İmam Zaman ağanın (ə.f) dostlarının və tərəfdaşlarının sifətlərini bəyan etmişdir ki, onlarla tanış olaq:

 

İmam Əli (ə) buyurur: “Onun davamçıları payız buludları kimi toplaşarlar”.

 

Təfsirçilərin nəzərinə görə, İmam işarə edir ki, İmam Məhdinin (ə.f) tərəfdaşları mənəvi cəhətdən o qədər yüksələcəklər ki, teyyul-ərz vasitəsilə özlərini Kəbə evinə çatdıracaqlar.

 

İmam Əli (ə) payız buludu dedikdə, onların sürətini də nəzərdə tutur ki, necə sürətlə İmamın (ə.f) ətrafında toplaşacaqlar.

 

Həzrət (ə) başqa yerdə buyurur: “Bir dəstə fitnələri əzmək üçün hazır olacaqdır və qılınc kimi cilalanmışdılar. Gözləri Quranla aydınlanıbdır. Qulaqlarında Quran təfsiri səslənər. Səhər və axşam cağı hikmət libasını başlarına çəkərlər”(Tebyan/Deyerler)

 

İmam Əli (ə) bu nurani kəlamında iki mühüm xüsusiyyətə işarə etmişdir.

 

1. Bu insanlar fitnələri əzmək üçün hazırlığa malikdirlər. Hər kim fitnəni əzməyə hazır olar, onun açıq bəsirəti, vəziyyəti düzgün dəyərləndirmək qabiliyyəti və lazım olan zamanda lazım olan əməlləri  yerinə yetirmək məharəti olar. Ona görə də hər kim İmamın (ə.f) dostlarından olmaq istəyirsə,gərək bu deyilən sifətlərə malik olsun.

 

2. Gözləri Quranla aydınlanıb və qularları Quran təfsirini eşidir. Yəni, hər kim İmama (ə.f) aşiqdir, gərək Quranla yaxın olsun. Çünki Quran insanı cəhalətdən uzaqlaşdırar, qəlbini pak edər və bəsirətini açar.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Bu gecə “arzular gecəsi”dir. Bu gecənin namazı var

Rəcab ayının ilk cüməsinin gecəsi (yəni Rəcəbin ilk cümə axşamından ilk cüməsinə keçən gecə) “leylətul-rəğaib” yəni “arzular gecəsi” adlanır. Bu gecəni ibadət və dualarla keçirmək... Davamı..

Bu gecə Rəcəb ayı daxil olur. Rəcəb ayının əməlləri

Hicri qəməri təqvimi ilə bu il fevral ayının 12-dən 13-nə keçən gecə mübarək Rəcəb ayı daxil olur. Yəni 13 fevral mübarək Rəcəb... Davamı..

Necə olur ki, insan günaha öyrəşir?

(Ayətullah Cavadi Amulinin əxlaq dərslərindən)   Günah özü qabar olduğu üçün qəlbin üzərini örtər və qəlbi bulaşdırar. Bu zaman insan günaha qarşı... Davamı..

Yaxşı həyat yoldaşı olmaq istəyən xanımlara 3 tövsiyə

Xanımların yaxşı həyat yoldaşı olmaları üçün 3 şeyi bilməkləri zəruridir. Bu üç şey ibarətdir:   1. Özlərini hər bir çirkinlikdən təmizləməlidirlər. Yəni,... Davamı..

Müsəlman vaxtını neçə yerə bölməlidir? – İmam Kazımın (ə) mübarək tövsiyəsi

İmam Kazım (ə) öz davamçılarına həyat işlərini nizama salmaq üçün proqram təqdim etmişdir ki, onunla tanış olaq.   Əziz İmam (ə) buyurur: “Çalışın... Davamı..

“Mənim göz dəyməyim yoxdur” deyimi düzgündürmü?

Həzrət Peyğəmbər (s) buyurur: “Göz dəyməsi həqiqətdir. (Göz dəyməsi) kişini qəbirdə və dəvəni qazanda qərar verər”.   İmam Rza (ə) buyurur: “Nə zaman sənə göz dəysə,... Davamı..

Dinimiz işləməməyə necə münasibət bəsləyir?

Mühüm mövzu ki, aqibətin xeyirli olmasına səbəb olur və insanı şeytanın vəsvəsələrindən qoruyur – fəaliyyətdir və işləmək qabiliyyətidir. O işləri görmək ki,... Davamı..

Əqidəsində sabitqədəm olmaq istəyənlər bu duanı mütəmadi oxumalıdır!

“Ğəriq” duası o duadır ki, İmam Sadiqin (ə) nəzərinə görə, insanın iman və əqidəsini sabit saxlamağa yardım edər. Xüsusilə də axırəz-zamanın fitnələri... Davamı..