Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
8 Yanvar 16:54
Şərh Yoxdur
569

Müsəlman vaxtını neçə yerə bölməlidir? – İmam Kazımın (ə) mübarək tövsiyəsi

İmam Kazım (ə) öz davamçılarına həyat işlərini nizama salmaq üçün proqram təqdim etmişdir ki, onunla tanış olaq.

 

Əziz İmam (ə) buyurur: “Çalışın ki, vaxtınız dörd saata bölünsün: Allahla münacat saatına, həyat işlərini görmək saatına, qardaşlarınızla ünsiyyət saatına, haram olmayan ləzzətlər üçün xəlvətə çəkildiyiniz saata.

Bu bir saatda, o biri üç saat üçün güc toplayarsınız.

Özünüzə yoxsul olmağı və uzunömürlü olmağı təlqin etməyin. Çünki hər kim yoxsul olmağı özünə təlqin edərsə, simic olar. Hər kim özünə uzun ömrü təlqin edərsə, çox şey istəyər. Özünüz üçün dünyadan pay qərar verin.

Özünüzə o qədərini verin ki, halal olsun və alicənablığı aradan aparmasın, onda ifrat olmasın. Dünyadan olan bu paydan dini işləriniz üçün yardım alın. Çünki nəql edilir ki, bizdən deyildir o kəs ki, dünyasını dininə görə buraxar və ya dinini dünyasına görə buraxar”.

 

İmam (ə) buyurur ki, insan gərək gününü elə tənzimləsin ki, bu dörd əməli yerinə yetirə bilsin.

Birincisi, Allahla münacat etməyə vaxtı olsun. İbadət edib, Allaha dua etsin. Onunla dərdləşsin.

İkincisi, ruzi qazanmaq üçün vaxtı olsun. Əgər insan yaxşı yaşamaq istəyirsə, gərək ruzi qazanmaq üçün səy göstərsin və ikincisi isə qənaət etməyi bacarsın.

İmamın (ə) tövsiyə etdiyi üçüncü əməl – din qardaşları ilə ünsiyyətdir. İmam (ə) buyurur ki, əgər dostun varsa və din qardaşlarınla dostluğun vardırsa – onlarla ünsiyyət bağlamaq üçün vaxt ayır. Qoy dostların sənin eyiblərini sənə tanıtsınlar. Sənə haqqı göstərsinlər. Səni doğru yola hidayət etsinlər.

İmamın (ə) tövsiyə etdiyi dördüncü əməl – istirahətdir. İnsanın istirahət etməsi, o biri üç əməl üçün güc toplamasına yardım edər. Ona görə də insan gün ərzində istirahət etmək üçün də vaxt ayırmalıdır.

 

Hər kim gününü İmamın (ə) buyurduğu kimi tənzim edərsə və planlaşdırarsa, şübhəsiz ki, xeyir əldə edər və gününün boş keçməsindən çəkinmiş olar.

Belə insan tərəqqi edər və kamala çatar. (Hədənə/Deyerler)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

“Mənim göz dəyməyim yoxdur” deyimi düzgündürmü?

Həzrət Peyğəmbər (s) buyurur: “Göz dəyməsi həqiqətdir. (Göz dəyməsi) kişini qəbirdə və dəvəni qazanda qərar verər”.   İmam Rza (ə) buyurur: “Nə zaman sənə göz dəysə,... Davamı..

Dinimiz işləməməyə necə münasibət bəsləyir?

Mühüm mövzu ki, aqibətin xeyirli olmasına səbəb olur və insanı şeytanın vəsvəsələrindən qoruyur – fəaliyyətdir və işləmək qabiliyyətidir. O işləri görmək ki,... Davamı..

Əqidəsində sabitqədəm olmaq istəyənlər bu duanı mütəmadi oxumalıdır!

“Ğəriq” duası o duadır ki, İmam Sadiqin (ə) nəzərinə görə, insanın iman və əqidəsini sabit saxlamağa yardım edər. Xüsusilə də axırəz-zamanın fitnələri... Davamı..

İman əhli üçün Sirat körpüsü enləşəcəkmi?

Sirat – o körpüdür ki, Qiyamət günü bütün insanlar onun üzərindən keçəcəklər. Ya cəhənnəmə düşəcək, ya da Siratı başa vuracaqlar. İman əhli... Davamı..

Söz üç növdür: Doğru, yalan və insanlar arasında sülh yaratmaq üçün deyilən söz

Həzrət İmam Sadiq (ə) buyurmuşdur: “Söz üç növdür: doğru, yalan və insanlar arasında sülh yaratmaq üçün deyilən söz.” İmama (ə) dedilər: “Sənə... Davamı..

Ölənlərimiz üçün göndərdiyimiz 1 salavatın dəyəri

Bu dünyada hər bir insanın bir və ya daha çox əzizi dünyasını dəyişmiş və qəbirlərdə yatmaqdadırlar. İnsan gərək ölən əzizlərini unutmasın. Daima onlar üçün saleh əməlləri... Davamı..

Söz danışmaqdan əvvəl doğru danışmağı öyrənin

Quran Kərim buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun və doğrularla birgə olun.”[1] Hədis:  Allahın Peyğəmbəri (s) buyurur: “Cənnət qapılarından biri olan doğruluğu... Davamı..

Naməhrəmə əl verənin aqibəti

Əziz Peyğəmbərimiz (ə) buyurur ki, naməhrəmlə haram rabitə qurmaq həyanın aradan getməsinə səbəb olar. O zaman ki, cavanlar bir-birinə baxır və görürlər... Davamı..