Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
1 Dekabr 15:49
Şərh Yoxdur
569

Dinimiz işləməməyə necə münasibət bəsləyir?

Mühüm mövzu ki, aqibətin xeyirli olmasına səbəb olur və insanı şeytanın vəsvəsələrindən qoruyur – fəaliyyətdir və işləmək qabiliyyətidir. O işləri görmək ki, Allah onlardan razıdır və onu təşviq edir.

 

İnsan bilməlidir ki, insan bədəni buxar qazanına bənzəyir və onun kimi fəaliyyət göstərir. Yəni, insan bədəninin hər bir üzvü enerjini özündə toplayır və sonra onu istifadə edir. Misal üçün, dil enerji toplayır və danışır. Qulaq enerji toplayır və eşidir. Bu iş insanın bədəninin bütün üzvlərində baş verir.

 

Ancaq əgər bu enerji bir yerə yığılsa və öz hədəfi yolunda istifadə olunmasa, partlamaması üçün günah yolu ilə boşaldılar. Müxtəlif günahlar səbəb olar ki, bu enerji hədəfi olmayan yollara sərf olunsun. Ona görə deyə bilərik ki, işsizlik və fəaliyyətsizlik insanın günah etməsinə gətirib çıxardar.

 

İmam Əlidən (ə) gələn hədisdə oxuyuruq: “Əgər sən nəfsini iş görməyə məşğul etməsən, o, səni özünə məşğul edəcəkdir”.

 

Quranda oxuyuruq: “Və insan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur”. (“Nəcm” 39).

 

Hədisdə oxuyuruq: “Allah o mömini ki, bir peşəyə sahibdir və onunla məşğuldur – sevər”.

 

İslam Peyğəmbəri (s) buyurmuşdur: «Allah Təala, bəndəsini halal ruzi qazanmaq yolunda yorğun görməyi sevər».

 

Peyğəmbəri-Əkrəm (s) buyurub: «Öz zəhməti ilə çörək yeyən şəxs, Sirat körpüsündən ildırım kimi keçəcək».

 

İmam Muhəmməd Baqirdən (ə) nəql edilmişdir: «Həzrət Musa (ə) buyurdu: «Ya Rəbb! Bəndələrindən hansı biri Sənin dərgahında daha çox qəzəbinə səbəb olar?». Rəbb buyurdu: «O kəs ki, gecələri ölü kimi yatağında olar və gündüzləri avaraçılıqla keçirər»».

 

Əmirəlmöminin Həzrət Əli (ə) buyurur: «Əgər işlə məşğul olmaq zəhmətə və əziyyətə səbəb olursa, daimi bekarçılıq da nadürüstlüyə və fəsada səbəb olur».

 

İslam Peyğəmbəri (s) buyurur: «Məlundur, qovulmuşdur o kəs ki, öz yaşayış yükünü digərlərinin çiyninə atır».

 

Bu deyilənlərdən belə nəticəyə gəlmək olur ki, işsizlik – dinimiz tərəfindən pislənir və insanın günaha batmasının ən mühüm amillərindən hesab olunur. Ona görə də hər kim günahdan uzaq olmaq istəyirsə, gərək bacardığı qədər səy göstərsin və iş görsün.

Gördüyü bu işlər Allahın bəyəndiyi işlər olmalıdır. İnsan əgər iş və səy etməklə məşğul olarsa, günah etmək imkanı azalar və aqibəti xeyirli olar. (Hədənə/Deyerler)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Müsəlman vaxtını neçə yerə bölməlidir? – İmam Kazımın (ə) mübarək tövsiyəsi

İmam Kazım (ə) öz davamçılarına həyat işlərini nizama salmaq üçün proqram təqdim etmişdir ki, onunla tanış olaq.   Əziz İmam (ə) buyurur: “Çalışın... Davamı..

“Mənim göz dəyməyim yoxdur” deyimi düzgündürmü?

Həzrət Peyğəmbər (s) buyurur: “Göz dəyməsi həqiqətdir. (Göz dəyməsi) kişini qəbirdə və dəvəni qazanda qərar verər”.   İmam Rza (ə) buyurur: “Nə zaman sənə göz dəysə,... Davamı..

Əqidəsində sabitqədəm olmaq istəyənlər bu duanı mütəmadi oxumalıdır!

“Ğəriq” duası o duadır ki, İmam Sadiqin (ə) nəzərinə görə, insanın iman və əqidəsini sabit saxlamağa yardım edər. Xüsusilə də axırəz-zamanın fitnələri... Davamı..

İman əhli üçün Sirat körpüsü enləşəcəkmi?

Sirat – o körpüdür ki, Qiyamət günü bütün insanlar onun üzərindən keçəcəklər. Ya cəhənnəmə düşəcək, ya da Siratı başa vuracaqlar. İman əhli... Davamı..

Söz üç növdür: Doğru, yalan və insanlar arasında sülh yaratmaq üçün deyilən söz

Həzrət İmam Sadiq (ə) buyurmuşdur: “Söz üç növdür: doğru, yalan və insanlar arasında sülh yaratmaq üçün deyilən söz.” İmama (ə) dedilər: “Sənə... Davamı..

Ölənlərimiz üçün göndərdiyimiz 1 salavatın dəyəri

Bu dünyada hər bir insanın bir və ya daha çox əzizi dünyasını dəyişmiş və qəbirlərdə yatmaqdadırlar. İnsan gərək ölən əzizlərini unutmasın. Daima onlar üçün saleh əməlləri... Davamı..

Söz danışmaqdan əvvəl doğru danışmağı öyrənin

Quran Kərim buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun və doğrularla birgə olun.”[1] Hədis:  Allahın Peyğəmbəri (s) buyurur: “Cənnət qapılarından biri olan doğruluğu... Davamı..

Naməhrəmə əl verənin aqibəti

Əziz Peyğəmbərimiz (ə) buyurur ki, naməhrəmlə haram rabitə qurmaq həyanın aradan getməsinə səbəb olar. O zaman ki, cavanlar bir-birinə baxır və görürlər... Davamı..