Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
17 Noyabr 15:08
Şərh Yoxdur
344

Xanım Zəhranın (s.ə) əyləşdiyi məkanda oxunan bu 7 zikr, bütün hacətləri yerinə yetər

Ağayi Siddiqi nəql edir: “Mən hər il Məkkəyə gedən zaman Ayətullah Bəhaəddinin xidmətində olar və ondan nəsihətlər alardım.

Bir dəfə Məkkəyə gedən zaman mənə belə nəsihət verdi: “Siz əgər Məscidun-Nəbiyə getsəniz, məscidin cənub-şərq tərəfindən yeddi addım qabağa gəlin və orada əyləşin”.

 

Sonra mənə yeddi zikr öyrətdi ki, həmin məkanda əyləşən halda həmin zikrləri deyim.

Buyurdu ki, əgər bu əməli etsən, hansı hacətin varsa, ona çatacaqsan. (Beytutə/Deyerler)

 

Həmin məkanla bağlı sualım yarandı və alim buyurdu: “O zaman ki, Həzrət Zəhra (s.ə) İmam Əlini (ə) müdafiə etmək üçün gəlir, məscidə daxil olmur. Çünki mübarək cismi qan içində idi. Qayıtmaq istəyəndə gücü qalmır və həmin məkanda əyləşir. Həmin məkanda hacətlər həyata keçər”.

 

Həmin 7 zikr bunlardan ibarətdir:

 

1. Bismilləhir-Rahmənir-Rahim.

2. Lə həulə və lə quvvətə illə billəh.

3. Subhənallah.

4. Əlhəmdulillah.

5. Allahu Əkbər.

6. Lə iləhə illəllah.

7. Allahummə səlli əla Muhəmməd və Ali-Muhəmməd.

Allah Təala cəmi iman əhlini Əhli-Beytin (ə) yolunda sabitqədəm qərar versin!

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Əhli-Beyt (ə) məktəbinin uca zirvəsinə necə qalxmaq olar?

Əhli-Beyt (ə) məktəbinin uca zirvəsinə çatmaq üçün təqva, saleh əməl, Əhli-Beytin (ə) davamçısı olmaq, o Həzrətləri (ə) sevmək, vilayətlərini qəbul etmək, onların... Davamı..

İmam Əli (ə): “Niyə tez yerinə yetən duanı oxumursan?”

Nəql edilir ki, bir nəfər İmam Əlinin (ə) yanında duasının gec yerinə yetməsi barəsində şikayət edir. İmam (ə) ona buyurur ki, niyə... Davamı..

İmam Səccadın (ə) şəhadət günüdür: Kərbəladan şəhadətə qədər İmamın (ə) həyatı

İmam Səccadın (ə) həyatında bəhs və tədqiq ediləsi nöqtələr çoxdur. İmamın Kərbəladan şəhadətə qədər getdiyi yollara bir nəzər salaq:   1. İmam... Davamı..

Nə üçün həzrət Qaimin (ə.f) adı çəkilərkən şiələr ayağa qalxır?

Şiələr arasında adi və qəbul olunmuş əməllərdən biri budur ki, haradasa “Qaim” adı çəkilərkən məclisdə iştirak edənlər ayağa qalxır. Halbuki bu termin... Davamı..

İmam Zaman ağa (ə.f) buyurur: “Mən İmam Hüseynin (ə) nökəriyəm”

Ustad Ənsarian buyurur: “İmam Zaman ağanın (ə.f) Qasim ibn Əla Həmədaniyə bir məktubu vardır ki, həmin şəxs Yəmən əhlindəndir. Həzrət (ə.f) Şəban... Davamı..

İmam Hüseynin (ə) İlahi qiyamdan əvvəl qardaşına yazdığı məktub

İmam Hüseyn (ə) Kufəyə hərəkət etməzdən əvvəl qardaşı Muhəmməd ibni Hənəfiyyəyə məktub yazır ki, bu məktubun məzmunu ilə tanış olaq:   “Hüseyn... Davamı..

Həzrət Məhdi (ə.f) zühur etdikdən sonra ilk çıxışı nə olacaq?

Allah tərəfindən İmam Məhdiyə (ə.f) zühur izni veril­dikdə o Həzrət (ə.f) dünyanı islah etmək üçün qiyam edər və Allahın evinin yanında Rükn... Davamı..

Bu gün İmam Museyi Kazımın (ə) mövlud günüdür

Bu gün müsəlmanların 7-ci imamı Həzrət İmam Museyi Kazımın (ə) mövlud günüdür. İmam Museyi Kazım (ə) hicri-qəməri təqvimi ilə 128-ci ildə zil-hiccə... Davamı..