Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
10 Avqust 09:41
Şərh Yoxdur
3289

Bu gün İmam Museyi Kazımın (ə) mövlud günüdür

Bu gün müsəlmanların 7-ci imamı Həzrət İmam Museyi Kazımın (ə) mövlud günüdür.

İmam Museyi Kazım (ə) hicri-qəməri təqvimi ilə 128-ci ildə zil-hiccə ayının 10-da Məkkə ilə Mədinə arasında yerləşən Әbva adlı yerdə, İmam Cəfər Sadiqin (ə) ailəsində dünyaya göz açıb. Onun anası Həmidə adlı xanım olub. İmam Museyi Kazım 54 il ömür sürüb və 35 il müsəlmanlara imamlıq edib.

İmamın həyatının son dövrü zindanlarda keçib və elə zindanda şəhid edilib.

Maraqlı məqamlardan biri onun yerləşdirildiyi həbsxanaların 3 dəfə dəyişdirilməsidir. Buna səbəb isə həm Bəsrə, həm də Bağdad zindanlarının rəislərinin Harun ər-Rəşidə müraciətləri olub. Yüksək əxlaqı, imanı ilə imam zindandakılara o qədər təsir göstərib ki, artıq onlar Peyğəmbər (s) övladını dəmir barmaqlıqlar arxasında qalmasının nə dərəcədə böyük cinayət olmasını anlayıb, bu haqsızlığa şərik olmaqdan çəkiniblər. Elə buna görə də Bəsrədən xəlifəyə belə bir ismarıc göndərilib: “Onu geri al, yoxsa azad edəcəyəm!”

Təbii ki, Harun bu minvalla hakimiyyətinin əsaslarının sarsılmasının qaçılmaz olacağını anlayırdı. İmamın haqq səsini boğmaq, onu Allahın müəyyət etdiyi yoldan döndərmək mümkünsüz idi. Nəticədə İmam Museyi Kazım (ə) məsum əcdadları kimi şəhid edilir. İmam Museyi Kazim (ə) hicri-qəməri təqvimi ilə 182-ci il rəcəb ayının 25-də Abbasi xəlifəsi Harunun əmri ilə zəhər verilərək şəhid edilib.

Qeyd edək ki, İmam Museyi Kazımın (ə) Azərbaycanla da bilavasitə əlaqəsi olub. Həzrətin qız övladları – Rəhimə xanım və Həkimə xanım Abbasilərin Əhli-beytə (ə) qarşı həyata keçirdikləri təqiblərdən və zülmlərdən xilas olmaq üçün məmləkətimizə pənah gətirib, həyatlarının qalan hissəsini burada yaşayıb və bu torpaqda da dəfn ediliblər.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Quranda həzrət Mehdi (ə.f) hökumətinin siması

Qurani-Kərim Həzrət Mehdi əleyhissəlamın zühur və qiyamı barədə (bir çox başqa sahələrdə olduğu kimi) xırdalıqlara toxunmadan ümumi şəkildə söz açmışdır. Yəni, Quran... Davamı..

İmam Əlinin (ə) möminlərə nəql etdiyi son hədisdə nəyin müjdəsi verilir?

Əsbəğ ibni Nübatə nəql edir: “O zaman ki, İmam Əlinin (ə) mübarək başına zərbə dəydi və şəhadətinə səbəb oldu, müsəlmanlar Darul-əmarədə toplaşdılar... Davamı..

İmam Sadiqin (ə) oruc tutanlara tövsiyəsi

İmam Sadiq (ə) gözəl bir hədisdə oruc tutanlara belə tövsiyələr vermişdir: “Oruc tutan zaman halın elə halda olsun ki, özünü axirətə müşərrəf... Davamı..

Bu gün sonuncu imam Həzrət Məhdinin (ə) doğum günüdür

Bütün müsəlman məzhəbləri və firqələri qiyamət günü çatmamış İmam Mehdinin (ə) zühur edəcəyi və dünyanı ədalətlə təmin edəcəyini qəbul edir və buna... Davamı..

İslam Pеyğәmbәri (s): “Әn üstün sәdәqә dil, fikir vә аğlın sәdәqәsidir.”

Mаlın sәdәqәsi vаr, mәqаmın sәdәqәsi vаr, bеlә ki, bаşqаlаrının әlindәn tutаsаn. Pеyğәmbәr (s) buyurur: “Әn üstün sәdәqә dil, fikir vә аğlın sәdәqәsidir.”... Davamı..

Allah yolunun talibləri üçün İmam Sadiqdən (ə) 9 qızıl nəsihət

Şeyx Şəmsəddin Muhəmməd ibni Məki nəql edir: “İmam Sadiqə (ə) dedim ki, mənə tövsiyələr və nəsihətlər versin.   İmam (ə) buyurdu: “Sənə... Davamı..

Dilini, pulunu qorumağa çalışdığın kimi qoru

“Ey Əbuzər! Faydası olmayan şeyi tərk et və sənə faydası olmayan sözü danışma. Dilini, pulunu qorumağa çalışdığın kimi qoru”. Günahdan qorunmaq istəyən... Davamı..

İmanlı yuxu, yüngül namazdan yaxşıdır

İmam Əli (ə) eşidir ki, xəvaricdən olan bir nəfər gecə namazı qılır və gecə Quran tilavət edir. Həzrət (ə) buyurur: “Yəqin və... Davamı..