Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
23 İyul 09:30
Şərh Yoxdur
10714

İmam Əli (ə) ilə Həzrət Fatimənin (s.ə) evlənməsi barədə İlahi qərarın təsviri

“Uyun əxbari Rza” adlı kitabda İmam Rzanın (ə) nəql etdikləri və hədisləri dərc edilmişdir. Bu kitab Əlhi-beyt (ə) məktəbinin mötəbər kitablarından sayılır ki, orada fiqh elminə aid məsələlər də bəyan edilmişdir.

Bu kitabda oxuyuruq:

Həzrət Əlinin (ə) mübarək narahatlığı.

“Evlənməyi qərara almışdım, ancaq bu mövzunu sərvərimə deməyə cürət etmirdim. Gecə və gündüz gələcəyimi düşünürdüm. Bir gün Həbibimin yanında olanda mənə buyurdu: “Əlican! Evlənməklə aran necədir?”. Mən başımı aşağı saldım və hiss edirdim ki, Həzrət (s) necə mənim bəy olmağım üçün bir ata kimi ləzzət alırdı. Xəcalətlə yavaşca dedim: “Allahın Rəsulu (s) daha çox biləndir”. Lakin ürəyim sirkə-sarımsaq kimi qaynayırdı. Nigaran idim, mən ürəyimi elə bir dilbərə bağlamışdım ki, qorxurdum Həzrət (ə) mənə başqasını təklif edər. Bizim qəbiləmiz olan Qureyşdə qız az deyildi. Lakin mənim ürəyimi alan – onlardan deyildi. Nigaran idim”.

“Bilmədim nə oldu, dedilər ki, Həbibin səninlə işi var. O, mənim canım idi və məni çağıran zaman “Ləbbeyk!” səsim ona tərəf uçardı. Ancaq bu dəfə ürəyim bir qədər titrədi. Sanki başa düşmüşdüm. Özümü Ummi Sələmənin evinə çatdırdım. Peyğəmbərin (s) gözü mənə sataşan zaman ayağa qalxdı və əllərini açıb mənə tərəf gəldi. Peyğəmbər (s) nə qədər sevinirdi! Gözlərindən nur çıxırdı və elə gülürdü ki, nazənin dişləri görünürdü. Dedi: “Əli! Müjdə ver!”. Dedim: “Sərvərim, xeyirdir, inşəallah! Əvvəl deyin nə olub ki?”. Məni sinəsinə sıxır və gülürdü. Dedi: “Allah mənim fikrimi məşğul edən sənin evliliyini Özü öhdəsinə götürdü”. “Məni deyirsiniz?” Dizlərim süstləşdi və təşvişdən səbir edə bilmədim. “Macəra nədir?””.

Allahın Həbibi (s) buyurdu:

“Əyləşmişdim ki, səma dostum Cəbrayil (ə) sünbül və mixək budaqları ilə yanıma gəldi. Onları mənə verdi və mən o ikisini alıb iylədim. Dedim: “Bu gül dəstəsi nə münasibətlədir?”. Dostum dedi: “Məgər xəbərin yoxdur? Allah bütün hurilərə əmr etmişdir ki, Firdovsu bəzəsinlər. Behişt küləklərinə də əmr etmişdir ki, müxtəlif ətirlərlə əssinsinlər. Hurul-eynlərə əmr etmişdir ki, “Taha”, “Yasin”, “Şura” surələrini oxusunlar”. Mən hələ də cavabımı almamışdım. Bütün bunlar nə üçün idi? Məgər toydur? Bu fikirdə idim ki, dostum dedi: “Allah behişt carçısına əmr etmişdir ki, car çəksin: “Ey Mənim pərilərim! Ey behişt əhli! Toplanın ki, burada toy mərasimidir. Fatiməni (s.ə) Əlinin (ə) gəlini etmişəm. Əli (ə) dilbərinə çatıb”. Cəbrayil (ə) bunları danışırdı və mən bunları eşidən zaman şövqdən yerimdən sıçradım. Allaha şükür etdim. Səma döstum dedi: “Allah Təala Rahilə – xoş səsli və xoş danışıqlı o pəriyə əmr edib ki, xütbə oxusun”.

Rahilin (xoş səsli və xoş danışıqlı pəri) dediklər:

“Mən də hamı kimi şövq içindəydim və qərara almışdım ki, bu iki aşiqin xütbəsini ən gözəl şəkildə oxuyum. Mən nə qədər xoşbəxt idim ki, Həzrət Zəhra (s.ə) ilə Əlinin (ə) xütbəsini oxuyurdum. Hamı sakit idi. Mən eşq məktəbinin gül sözlərini bir-bir deyirdim və hamı sakit idi. Mən Allahın Həbibinə (s) salavatla sözümü bütürdim. Xütbə bitən kimi hamı ayağa qalxdı və anidən Allah buyurdu: “Ey, Mənim behişt hurilərim! Muhəmmədin (s) həbibi Əli ibni Əbutalibə (ə) və Muhəmmədin (s) qızı Fatiməyə (s.ə) təbrik deyin. Mən onlar üçün xeyir və bərəkət qərar vermişəm”. Təvazökarcasına Allaha dedim: “Mənim Pərvərdigarım! Sənin o ikisinə bərəkətin bizim behiştdə gördüklərimizdən çox deyilmi?”. Allah buyurdu: “Ey Rahil! Mənim o ikisinə bərəkətim o cümlədən odur ki, onları Öz məhəbbətimlə birləşdirərəm, insanların üzərində hüccət qərar verirəm. İzzət və Cəlalıma and olsun ki, o ikisi elə övladlar dünyaya gətirəcəklər ki, yer üzündə hikmət mədənimin xəzinədarları olacaqlar””.(Tebyan/Deyerler)

İmam Əli (ə) buyurur:

“Mən öz eşqimə çatmışdım. Tək görməli olduğum iş bu idi ki, ürəkləri qovuşduranın ayaqlarına düşməli idim. Ona görə də təvazökarcasına və səmimi qəlbdən dedim: “Ey Rəbbim, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham ver (qüvvət ver)””. (“Nəml” 19).

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Bu gün imam Həsənin (ə) mövlud günüdür

Üçüncü hicri ilinin Ramazan ayının 15-də Əmirəl-möminin (ə) evində ilk övlad dünyaya gözlərini açdı. Özü ilə bütün ev əhlinə şadlıq və sevinc... Davamı..

Bu gün sonuncu imam Həzrət Məhdinin (ə) mövlud günüdür

Bütün müsəlman məzhəbləri və firqələri qiyamət günü çatmamış İmam Mehdinin (ə) zühur edəcəyi və dünyanı ədalətlə təmin edəcəyini qəbul edir və buna... Davamı..

Bu gün bütün cavanlar üçün örnək olan Əli Əkbər ağanın (ə) təvəllüdüdür

Əli Əkbər ağa (ə) 33-cü hicri ilində şəban ayının 11-də dünyaya gəlmişdir. Peyğəmbərimizin (s) yeni dünyaya gələn övladlarla bağlı verdiyi mübarək buyuruşlara... Davamı..

Əllamə buyurur: “Bütün imamlar mərhəmətlidir, amma imam Rzanın mərhəməti hiss ediləndir”

Ustad Abdullah Fatimi Niya buyurur: Çox dəyərli Quran təfsiri  “Əl-Mizan” əsərinin müəllifi Əllamə Ayətullah Seyid Məhəmməd Hüseyn Təbatəbai İmam Rza (ə) barədə... Davamı..

Bu gün Məbəs günüdür. Məbəs gününün əməlləri

Bu gün vəhy mələyi Cəbrail-Əminin “İnnəkə Rəsulullah! Həqiqətən, sən Allahın Rəsulusan!“dediyi gündür. Bu əziz gündə Həzrət Cəbrayil (ə) Peyğəmbərə (s) nazil olaraq,... Davamı..

Bu gün İmam Museyi Kazimin (ə) şəhid edilən günüdür

Bu gün İmam Museyi Kazimin (ə) şəhadət günüdür. Müsəlmanların 7-ci imamı hicri-qəməri tarixi ilə 182-ci ildə rəcəb ayının 25-də Abbasi xəlifəsi Harunun... Davamı..

Həzrət Əli (ə) müsəlmanlara son tövhid vəsiyyətində bunları buyurmuşdur

Həzrət Əli (ə) zərbətləndikdən sonra İmam Həsən (ə) və İmam Hüseynə (ə), ümumilikdə isə bütün müsəlmanlara vəsiyyət edir. Həmin vəsiyyətin bir yerində... Davamı..

Bu gün İslamın əzəmətli xanımı Həzrət Zeynəbin (s.ə) vəfat günüdür

İslamın əzəmətli qadınlarından və Kərbəla qəhrəmanı kimi məşhur olan Xanım Zeynəb (ə) hicrətin 5-ci ilində Cəmadiul-əvvəl ayının 5-də dünyaya göz açıb. Xanım... Davamı..