Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
12 May 09:00
Şərh Yoxdur
6365

Bu gecə birinci Qədr gecəsidir. Qədr gecəsinin əməlləri

Bu gün Ramazan ayının birinci Qədr gecəsi (əhya) qeyd olunacaq.

Qədr gecələrinin  müştərək olan müstəhəb əməlləri aşağıdakılardır:

 

1. Gün batarkən Qədr gecəsinin qüslunu almaq, şam və xiftən namazlarını həmin qüsuldan sonra qılmaq

2. Əhya saxlamaq (şam azanından sübh azanına qədər oyaq qalmaq)

3. Quran oxumaq

4. Peyğəmbər(s) və onun Əhlibeytinə(ə) salavat göndərmək

5. Qədr gecəsinin namazını qılmaq. Həmin namaz iki rükətlidir, hər rükətdə “Fatihə” surəsindən sonra yeddi dəfə “İxlas” surəsi oxunulur. Namaz bitdikdən sonra dərhal səcdəyə gedib yetmiş dəfə “Əstəğfirullahə və ətubu ileyh” (Allahdan günah və xətalarıma görə üzr diləyir və ona tərəf qayıdıram) deyilməlidir.

6. 100 rükət “Qədr gecəsinin namazı” niyyəti ilə başqa namaz qılmaq (50 dəfə iki rikətli namaz). Qəza namazları olanlara tövsiyə olunur ki, bu namazı qılmaq əvəzinə 6 günün qəza namazlarını qılsınlar.

7. Yaxşı olar ki, dualara keçməmişdən öncə sədəqə verilsin, yaxud ən azından fikirdə sədəqə ayrılsın. Habelə, Allahdan çoxlu əfv dilənsin.

8. Yaxşı olar ki, bu gecə hamıya haqqınızı halal edəsiz, Sizə pislik edən hər kəsi bağışlayasız ki, Allah da Sizə rəhmət nəzəri ilə baxsın.

9. Quranı açıq halda qarşısına qoyub, aşağıdakı duanı oxumaq sonra isə Allahdan istəyini diləmək:

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِكِتَابِكَ الْمُنْزَلِ وَ مَا فِيهِ وَ فِيهِ اسْمُكَ الْأَكْبَرُ وَ أَسْمَاؤُكَ الْحُسْنَى وَ مَا يُخَافُ وَ يُرْجَى أَنْ تَجْعَلَنِي مِنْ عُتَقَائِكَ مِنَ النَّارِ.

[Allahummə inni əs’əlukə bi kitabikəl-munzəli və ma fihi və fihismukəl-əkbəru və əsmaukəl-husna və ma yuxəfu və yurca ən təc’ələni min utəqaikə minənnar]

“İlahi, nazil etdiyin Kitaba, onun içində olanlara, onun içindəki ən uca adına və gözəl adlarına, onun içində qorxudan və ümidverici şeylərə Səni and verirəm ki, məni cəhənnəm atəşindən azad edəsən”.

10. Quranı başa qoyub aşağıdakı duanı oxumaq:

اللَّهُمَّ بِحَقِّ هَذَا الْقُرْآنِ وَ بِحَقِّ مَنْ أَرْسَلْتَهُ بِهِ وَ بِحَقِّ كُلِّ مُؤْمِنٍ مَدَحْتَهُ فِيهِ وَ بِحَقِّكَ عَلَيْهِمْ فَلا أَحَدَ أَعْرَفُ بِحَقِّكَ مِنْكَ

[Allahummə bihəqqi hazəl-Quran və bi həqqi mən ərsəltəhu bihi və bi həqqi kulli mu’minin mədəhtəhu fihi və bi həqqikə əleyhim fəla əhədə ə’rafu bihəqqikə minkə]

“İlahi, bu Qurana və bu Quranı göndərənə xatir, bu Quranda mədh etdiyin bütün möminlərə xatir və Sənin onların üzərindəki haqqına xatir ki, Səndən başqa Sənin haqqını tanıyan yoxdur”.

(10 dəfə) بِكَ يَا اللَّهُ

Bikə ya Allah! – Özünə xatir, ilahi!

(10 dəfə) بِمُحَمَّدٍ

Bi Muhəmmədin! – Muhəmmədə (s) xatir!

(10 dəfə) بِعَلِيٍّ

Bi Əliyyin! – Əliyə xatir

(10 dəfə) بِفَاطِمَةَ

Bi Fatimətə! – Fatiməyə xatir!

(10 dəfə) بِالْحَسَنِ

Bil-Həsəni! – Həsənə xatir!

(10 dəfə) بِالْحُسَيْنِ

Bil-Huseyni! – Hüseynə xatir

(10 dəfə) بِعَلِيِّ بْنِ الْحُسَيْنِ

Bi Əliyyibnil-Huseyni! – Hüseynin oğlu Əliyə (İmam Səccada) xatir

(10 dəfə) بِمُحَمَّدِ بْنِ عَلِيٍّ

Bi Muhəmməd ibni Əliyyin! – Əlinin oğlu Muhəmmədə (İmam Baqirə) xatir

(10 dəfə) بِجَعْفَرِ بْنِ مُحَمَّدٍ

Bi Cəfər ibni Muhəmməd! – Muhəmmədin oğlu Cəfərə (İmam Sadiqə) xatir

(10 dəfə) بِمُوسَى بْنِ جَعْفَرٍ

Bi Musəbni Cəfər! – Cəfərin oğlu Musaya (İmam Kazıma) xatir

(10 dəfə) بِعَلِيِّ بْنِ مُوسَى

Bi Əliyyibni Musa! – Musanın oğlu Əliyə (İmam Rzaya) xatir

(10 dəfə) بِمُحَمَّدِ بْنِ عَلِيٍّ

Bi Muhəmməd ibni Əliyyin! – Əlinin oğlu Muhəmmədə (İmam Cavada) xatir

(10 dəfə) بِعَلِيِّ بْنِ مُحَمَّدٍ

Bi Əliyyibni Muhəmməd! – Muhəmmədin oğlu Əliyə (İmam Hadiyə) xatir

(10 dəfə) بِالْحَسَنِ بْنِ عَلِيٍّ

Bil-Həsən inbni Əliyyin! – Əlinin oğlu Həsənə (İmam Həsən Əskəriyə) xatir

(10 dəfə) بِالْحُجَّةِ

Bil-Huccəti! – Höccətə (İmam Sahibəzzamana) xatir

 

Duanın bu yerində Allahdan öz istəklərinizi diləyin.

11. İmam Hüseyn(ə) ziyarətnaməsini oxumaq:

السَّلامُ عَلَيْكَ يَا ابْنَ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ أَمِيرِ الْمُؤْمِنِينَ السَّلامُ عَلَيْكَ يَا ابْنَ الصِّدِّيقَةِ الطَّاهِرَةِ فَاطِمَةَ سَيِّدَةِ نِسَاءِ الْعَالَمِينَ السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ يَا أَبَا عَبْدِ اللَّهِ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ أَشْهَدُ أَنَّكَ قَدْ أَقَمْتَ الصَّلاةَ وَ آتَيْتَ الزَّكَاةَ وَ أَمَرْتَ بِالْمَعْرُوفِ وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ وَ تَلَوْتَ الْكِتَابَ حَقَّ تِلاوَتِهِ وَ جَاهَدْتَ فِي اللَّهِ حَقَّ جِهَادِهِ وَ صَبَرْتَ عَلَى الْأَذَى فِي جَنْبِهِ مُحْتَسِبا حَتَّى أَتَاكَ الْيَقِينُ أَشْهَدُ أَنَّ الَّذِينَ خَالَفُوكَ وَ حَارَبُوكَ وَ الَّذِينَ خَذَلُوكَ وَ الَّذِينَ قَتَلُوكَ مَلْعُونُونَ عَلَى لِسَانِ النَّبِيِّ الْأُمِّيِّ وَ قَدْ خَابَ مَنِ افْتَرَى لَعَنَ اللَّهُ الظَّالِمِينَ لَكُمْ مِنَ الْأَوَّلِينَ وَ الْآخِرِينَ وَ ضَاعَفَ عَلَيْهِمُ الْعَذَابَ الْأَلِيمَ أَتَيْتُكَ يَا مَوْلايَ يَا ابْنَ رَسُولِ اللَّهِ زَائِرا عَارِفا بِحَقِّكَ مُوَالِيا لِأَوْلِيَائِكَ مُعَادِيا لِأَعْدَائِكَ مُسْتَبْصِرا بِالْهُدَى الَّذِي أَنْتَ عَلَيْهِ عَارِفا بِضَلالَةِ مَنْ خَالَفَكَ فَاشْفَعْ لِي عِنْدَ رَبِّكَ.

[Əssəlamu əleykə yəbnə Rəsuləllah, əssəlamu əleykə yəbnə Əmirəl-muminin, əssəlamu əleykə yəbnəs Siddiqəti Tahirəti Fatimə Seyyidəti-nisail-aləmin, əssəlamu əleykə ya məulaya ya Əba Əbdillah və rəhmətullahi və bərəkətuh. Əşhədu ənnəkə qəd əqəmtəs-səlah və əteytəz-zəkah və əmərtə bil-məruf və nəhəytə ənil munkər və təlautəl-Kitabə həqqə tilavətih və cahədtə fillahi həqqə cihadih və səbərtə ələl-əza fi cənbihi muhtəsibən hətta ətakəl-yəqin. Əşhədu ənnəl-ləzinə xaləfukə və harəbukə vəl-ləzinə xəzəlukə vəl-ləzinə qətəlukə məl-ununə əla lisanin-Nəbiyyi-ummi və qəd xabə məniftəra ləənallahuz-zaliminə ləkum minəl əvvəlinə vəl-axirin və za-əfəl əleyhimul əzabəl-əlim. Əteytukə ya Məulayə yəbnə Rəsulillah zairən, arifən bi həqqik, muvaliyən li əuliyaik, muadiyən li ə-daik, mustəbsirən bil-hudəlləzi əntə əleyhi arifən bi zəlaləti mən xaləfəkə fəşfə-li ində Rəbbik]

“Salam olsun sənə, ey Peyğəmbər oğlu. Salam olsun sənə, ey Möminlər sərvərinin (Əlinin) oğlu. Salam olsun sənə, ey qadınlar sərvəri … Fatimənin oğlu. Allahın salamı, rəhmət və bərəkəti üzərinə olsun, mənim mövlam Əba Əbdillah. Mən şahidəm ki, sən namazı dirçəltdin, zəkatı əda etdin, gözəlliklərə dəvət etdin, pisliklərdən çəkindirdin, Quranı həqiqi tilavəti ilə tilavət etdin, Allah yolunda həqiqi cihadla cihad etdin, Allaha xatir əzab-əziyyətə səbr… etdin ta ki, ölüm sənə üz tutdu. Mən şahidəm ki, sənə müxalif olanlar, səninlə savaşanlar, sənə yardım etməyənlər, səni qətlə yetirənlər… Peyğəmbərin lənət oxuduğu kəslərdir… Allah sizə zülm edənlərin birincisindən axrıncısına qədər hamısına lənət eləsin. Ey mənim ağam, ey Peyğəmbər balası! Sənin haqqını tanıdığım, dostlarınla dost, düşmənlərinlə düşmən olduğum bir halda ziyarətinə gəldim… Mənə Rəbbinin yanında şəfaət ver”.

12. Həzrət Əli Əkbərin (ə) ziyarəti:

السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ وَ ابْنَ مَوْلايَ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ لَعَنَ اللَّهُ مَنْ ظَلَمَكَ وَ لَعَنَ اللَّهُ مَنْ قَتَلَكَ وَ ضَاعَفَ عَلَيْهِمُ الْعَذَابَ الْأَلِيمَ

[Əssəlamu əleykə ya məulayə vəbnə məulay və rəhmətullahi və bərəkətuh. Ləənəllahu mən zələməkə və ləənəllahu mən qətələkə və zaəfə əleyhim əl-əzabəl-əlim]

“Allahın salamı, rəhmət və bərəkəti üzərinə olsun, ey ağamın oğlu olan ağam. Allahın lənəti olsun sənə zülm edən və səni qətlə yetirənlərə… Allah onların əzablarını artırsın”.

13. Kərbəla şəhidlərinin ziyarəti:

السَّلامُ عَلَيْكُمْ أَيُّهَا الصِّدِّيقُونَ السَّلامُ عَلَيْكُمْ أَيُّهَا الشُّهَدَاءُ الصَّابِرُونَ أَشْهَدُ أَنَّكُمْ جَاهَدْتُمْ فِي سَبِيلِ اللَّهِ وَ صَبَرْتُمْ عَلَى الْأَذَى فِي جَنْبِ اللَّهِ وَ نَصَحْتُمْ لِلَّهِ وَ لِرَسُولِهِ حَتَّى أَتَاكُمُ الْيَقِينُ أَشْهَدُ أَنَّكُمْ أَحْيَاءٌ عِنْدَ رَبِّكُمْ تُرْزَقُونَ فَجَزَاكُمُ اللَّهُ عَنِ الْإِسْلامِ وَ أَهْلِهِ أَفْضَلَ جَزَاءِ الْمُحْسِنِينَ وَ جَمَعَ بَيْنَنَا وَ بَيْنَكُمْ فِي مَحَلِّ النَّعِيمِ.

[Əssəlamu əleykum eyyuhəs-siddiqun, əssəlamu əleykum eyyuhəş-şuhədaus-sabirun, əşhədu ənnəkum cahədtə fi səbilillah və səbərtum əlal-əza fi cənbillah və nəsəhtum lillah və li Rasulihi hətta ətakumul-yəqin. Əşhədu ənnəkum əhyəun ində Rabbikum turzəqun, fəcəzakumullahu ənil İslam və əhlihi əfzələ cəzail-muhsinin, və cəmə-ə bəynəna və bəynəkum fi məhəllin-nəim]

“Salam olsun Sizə, ey ən düz danışanlar! Salam olsun Sizə, ey səbirli şəhidlər! Şahidəm ki, Siz Allah yolunda cihad etdiz, Allah yolunda əziyyətlərə səbr etdiz və ölüm Sizə üz tutmayınca Allaha və Peyğəmbərinə yaxşılıq etdiz. Şahidəm ki, Siz dirisiniz və Rəbbiniz yanında ruzidən faydalanırsız. Allah Sizə İslam və onun əhli üzündən xeyirxahların ən üstün mükafatını versin. Allah bizi və Sizi naz-nemət məkanında bir araya gətirsin

14. Həzrət Əbəlfəzlin (ə) ziyarəti:

السَّلامُ عَلَيْكَ يَا ابْنَ أَمِيرِ الْمُؤْمِنِينَ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْعَبْدُ الصَّالِحُ الْمُطِيعُ لِلَّهِ وَ لِرَسُولِهِ أَشْهَدُ أَنَّكَ قَدْ نَصَحْتَ وَ صَبَرْتَ حَتَّى أَتَاكَ الْيَقِينُ لَعَنَ اللَّهُ الظَّالِمِينَ لَكُمْ مِنَ الْأَوَّلِينَ وَ الْآخِرِينَ وَ أَلْحَقَهُمْ بِدَرْكِ الْجَحِيمِ .

[Əssəlamu əleykə yəbnə Əmirəl-mu-minin, əssəlamu əleykə eyyuhəl-əbdus-salih əl muti-u lillah və lirəsulih. Əşhədu ənnəkə qəd nəsəhtə və səbərtə hətta ətakəl yəqin. Ləənallahu zaliminə ləkum minəl əvvəlinə vəl axirin vəl-həqəhum bi dərkil-cəhim]

“Salam olsun sənə, ey Möminlər sərvərinin oğlu. Salam olsun sənə, ey Allaha və Peyğəmbərinə itaət edən saleh bəndə! Şahidəm ki, sən ölənə qədər xeyir iş gördün və səbr etdin. Allah Sizə zülm edənlərin birincisindən axrıncısına qədər lənət eləsin və onları cəhənnəmə bağlasın”.

15. Cövşən-Kəbir duasını oxumaq.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

İnsanı peşman olmağa qoymayan 3 sifət

İmam Cavad (ə) buyurur: “Üç şey vardır ki, hər kim ona malik olar, peşman olmaz: 1. Tələsməkdən çəkinmək. 2. İşlərdə məsləhət etmək.... Davamı..

Ayətullah Xamenei Fitr bayramını elan etdi. Fitr bayramınız mübarək.

Əziz müsəlmanlar Fitr bayramınız mübarək olsun. Ayətullah Xameneiyə bağlı olan “İstihlal İdarəsi”nin 150-yə yaxın qrupları Ramazan ayının 29-cu günündə müxtəlif yerlərdən müşahidlər... Davamı..

Bu gün islam dünyası Beynəlxalq Qüds Gününü qeyd edir

Bu gün bir çox islam ölkələri İsrail dövləti tərəfindən işğal edilmiş Fələstin torpaqlarının azad edilməsi üçün Beynəlxalq Qüds Gününü qeyd edir. Beynəlxalq... Davamı..

Mübarək Ramazan ayının qalan günlərindən necə ən yaxşı şəkildə istifadə edə bilərik?

Ramazan ayı – başqa ayların sultanıdır. Bu ay Allaha məxsus olduğu üçün, rəhmət və bərəkəti də çoxdur və insanın dualarını və hacətlərini yerinə yetirən bir aydır. Elə... Davamı..

Həzrət Məhəmməd (s): “Oruc od qarşısında bir sipərdir”

“Ey iman gətirənlər! Sizdən qabaqkılara təyin olunduğu kimi, sizlərə də oruc təyin olundu. Bəlkə təqvalı olasınız.”[1]   Həzrət Məhəmməd (s) peyğəmbərimiz buyurub:... Davamı..

Mübarək Ramazan ayının gecələrində bu namazı qılmağı unutmayaq

Mübarək Ramazan ayının hər gecəsi (gecə yarısı,) iki rəkətli müstəhəb namazı var ki, bu qaydada qılınır. Hər rəkətində bir Həmd və üç... Davamı..

Ramazan ayının hər gecəsinin müstəhəb namazı var

Ramazan ayının hər gününə məxsus dualar olduğu kimi, hər gecəsinə məxsus fəzilətli namazları vardır ki, onlarla tanış olaq. Bunu qeyd edək ki,... Davamı..

Sabah mübarək Ramazan ayının ilk günüdür. Bu mübarək gecənin əməlləri

Bu gün Şəban ayının sonuncu günüdür. Sabah, 25 aprel mübarək Ramazan ayının ilk günüdür. Bu gecənin müstəhhəb əməlləri vardır. 1. Üzü qibləyə... Davamı..