Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
30 Aprel 16:43
Şərh Yoxdur
4371

Quranı üzündən oxumaq kifayət edirmi?

Qurani-Kərim – Allah Təalanın kəlamıdır. Hər kim ərəb dilini bilməsə də belə, ona qulaq assa və ya üzündən oxusa – böyük savaba malik olar. Günahları bağışlanar, qəlbi nurani olar, axirət savabına malik olar.

 

İmam Sadiq (ə) buyurur ki, Qurana baxmaq belə, ibadətdir. Hər kimin evində Quran olar, şeytan (lən) oradan uzaq olar.

 

Həzrət Peyğəmbər (s) buyurur: “Evlərinizi Quran oxuyaraq nurani edin. O evdə ki, Quran çoxlu tilavət olunar – o evin xeyiri çox olar və onun əhli rifahda olarlar. O ev səma əhli üçün nur saçar, necə ki, ulduzlar yer əhli üçün nur saçarlar”.

 

Əgər hədislərimizə nəzər salsaq, görərik ki, Quran oxumaqla yanaşı, onun ayələri haqqında düşünməyə dəvət edirlər. Hər kim Quran ayələrinin mənası haqqında düşünər – dünya və axirətin uca qalasını fəth etmiş olar. Çünki Quran insanları hidayət etmək üçün gəlmişdir. Hər kim Quranın mənasını bilsə, onun nə demək istədiyi haqqında düşünsə – hidayət tapar. Qurana əməl edər. Ona görə də o kəslər Qurana daha çox əməl edərlər ki, onlar Quran barəsində təfəkkür edərlər.

 

Əslində Quranı tilavət etmək – onun ayələri haqqında düşünməyin müqədddiməsidir. Quran özü də bizləri onun ayələri haqqında düşünməyə dəvət edir. Quranın yerə nazil olmasının səbəbini, onun haqqında təfəkkür etməkdə görür. (Bu Qur’an,) ayələrində düşünüb arxasınca getmələri (və onda olan dərin maarifi əldə etmələri) və (əsil) ağıl sahiblərinin ibrət götürmələri üçün sənə nazil etdiyimiz xeyir dolu və mübarək bir kitabdır”.

“Həqiqətən Biz onu ərəbcə bir Qur’an (oxunan və ərəb dilində olan kəlmələr) şəklində nazil etdik ki, bəlkə (onun uca maarifi barədə) düşünəsiniz və ağılla dərk edəsiniz”. (“Yusif” 2).

 

“(Onları) aydın dəlillər (möcüzələrlə) və ibrətamiz səma kitabları ilə (göndərdik) və sənə də bu zikri (Qur’anı) nazil etdik ki, insanlara onlara nazil olanı açıqlayasan və bəlkə düşündülər”. (“Nəhl” 44).

 

Hər kim Quranı düşünərək oxuyarsa, onun savabı düşünməyərək oxumaq kimi olmayacaqdır. Quranı ancaq üzündən oxumaq bizi bu səma kitabının həqiqətlərindən məhrum edəcəkdir. Bu, o demək deyildir ki, Quranı üzündən oxumaq lazım deyildir. Xeyr. Sadəcə gərək bilək ki, əgər Quranın həqiqətlərini öyrənmək istəyiriksə, onu ancaq üzündən oxumaqla kifayətlənə bilmərik. O zaman bu həqiqətlərdən xəbərdar olarıq ki, onun haqqında təfəkkür edək və düşünək. Bu zaman Quranın bizdən nə istədiyini başa düşərik. (Beytutə/Deyerler)

 

Ancaq Quranı üzündən oxumağın da savabları böyükdür. İnsanın qəlbini nurani edir, dualarının qəbul olmasına səbəb olur və günahlarını bağışlayır.

 

www.ahliman.info

Digər “Qurani Kərim ” Xəbərləri

Eyni ayədə saleh əməlin, namazın və zəkatın bir yerdə bəyan olmasının səbəbi

“Həqiqətən iman gətirib yaxşı işlər görən və namaz qılıb zəkat verən kəslərin Rəbbi yanında məqamlarına uyğun mükafatları vardır və (axirətdə) onlar üçün... Davamı..

“Yasin” surəsinin misilsiz fəzilətləri

Hədilsərdə oxuyuruq ki: “Hər bir şeyin qəlbi vardır və Quranın qəlbi isə “Yasin” surəsidir”. Bu hədisin mənası budur ki, əgər insan İlahi... Davamı..

Allah-təala özünü Qurani-kərimdə göstərmişdir

İmam Sadiqdən (ə) elə bir kəlam vardır ki, əgər onun dərinliyinə diqqət yetirə bilsək, lərzəyə düşərik! Həzrət buyurur: “Həqiqətən də Allah-təala bəndələrə... Davamı..

Qurani Kərimdə Əba Əbdillahın (ə) surəsi: Kim bu surəni oxuyarsa…

“Fəcr” surəsi Quranın 89-cu surəsidir, Məkkidir (Məkkədə nazil olub) və 30 ayəsi vardır. İmam Sadiq (ə) buyurur: ““Fəcr” surəsini vacib və müstəhəb... Davamı..

Gözdəymədən qoruyar, ruzini artırar – “Qul” ilə başlayan 4 surənin bərəkətləri

Əziz Peyğəmbərimiz (s) və İmamlarımız (ə) bizə “Qul” ilə başlayan 4 surəni hər gün oxumağı tövsiyə edirlər və bu surələr ibarətdir: “Kafirun”,... Davamı..

Quranın bəzi surələrinin oxunuşunun savabı (2-ci hissə)

1-“Məariç” surəsi: Bu surəni oxumaq insanı Şeytanın şərrindən qoruyub saxlayır.   2-“Nuh” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Nuh” surəsini oxuyub,... Davamı..

Quranın bəzi surələrinin oxunuşunun savabı (1-ci hissə)

1-“Fatihə” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Fatihə” surəsini oxusa, Allah-taala ona nazil olmuş bütün ayələrin tilavətinin savabını verər.” ( “Təfsiri... Davamı..

Bu surəni 1 dəfə oxumaq, Quranı 10 dəfə xətm etmək kimidir

Bəşər həyatı çətinliklərlə doludur. İnsan bu çətinlikdən çıxmağın yollarını axtarır. Bu yolda mənəviyyata üz tutanlar, həmin çətinliklərdən xilas ola bilirlər. Qurani-Kərim –... Davamı..