Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
30 Mart 19:59
Şərh Yoxdur
622

Peyğəmbərimiz (s) hansı rəngdə, hansı uzunluqda, hansı materialdan paltar geyinirdi?

“«Ey Adəm övladları, şübhəsiz sizə ayıb yerlərinizi örtəcək və sizin üçün zinət olacaq bir libas (geyim) nazil etdik (onun xammalını torpaqda yaratdıq və sizə onu əldə etmək istedadını verdik). Əlbəttə, təqva libası daha yaxşıdır». Bunlar Allahın (insanlar üçün olan) ayə və nişanələrindəndir, bəlkə öyüd-nəsihət aldılar”. (“Əraf” 26).

 

İslam dini hər bir sahədə qayda və qanunlar təyin etdiyi kimi, geyim mövzusunda da qaydalar təyin etmişdir ki, onlara işarə edək:

1. Qadın və kişi paltarı. Kişilərin qadın və qadınların da kişi paltarı geyinməsi caiz deyildir. Ancaq müştərək paltarların geyinilməsində bir çətinlik yoxdur.

2. Bəzənmək və pakizə olmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Allah gözəldir və gözəlliyi sevir. Bağışlayandır və bağışlamağı sevir. Pakizədir və pakizəliyi sevir”.

İmam Əli (ə) buyurur: “Bəzənmək – möminlərin əxlaqındandır”.

3. Özünü kafirlərə bənzətməmək. Məsumlarımız (ə) bizləri geyimdə özümüzü kafirlərə bənzətməyimizi qadağan etmişdilər. İmam Əli (ə) buyurur: “Az görünmüşdür ki, kimsə özünü bir qövmə bənzətsin və yavaş-yavaş onun kimi olmasın”.

4. Paltarın keyfiyyəti. Paltar elə bir şeydir ki, insanı təkəbbürə tərəf çəkə bilir. Bəzi paltarlar isə insanı həqir edə bilir. O paltar ki, çox uzundur və yerə dəyir – təkəbbürə səbəb olur. Peyğəmbər (s) bu mövzuya özü riayət edər və ayağının üstünə dəyən uzunluqda paltardan qeyrisini geyinməzdi.

5. Paltarın cinsi. İmam Əli (ə) buyurur: “Pambıq paltarlar geyinin. Çünki o Allahın Peyğəmbərinin (s) paltarıdır”. (Beytutə/Deyerler)

6. Paltarın rəngi. Əziz Peyğəmbərin (s) ən sevimli rəngi – yaşıl rəng idi. Həmçinin ağ rəngi sevərdi. Həzrət (s) buyurmuşdur: “Yaşayan zaman ağ paltar geyinin, ölülərinizi də ağ parça ilə kəfənləyin”.

Həzrət Peyğəmbərin (s) sevmədiyi rəng – qırmızı rəng idi.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Bu gün İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür

Bu gün hicri-qəməri təqvimi ilə zilhiccə ayının 7-si müsəlmanların 5-ci imamı – Həzrət Məhəmməd Baqirin (ə) şəhadət günüdür. İmam Məhəmməd Baqir (ə)... Davamı..

İmam Əli (ə) ilə Həzrət Fatimənin (s.ə) evlənməsi barədə İlahi qərarın təsviri

“Uyun əxbari Rza” adlı kitabda İmam Rzanın (ə) nəql etdikləri və hədisləri dərc edilmişdir. Bu kitab Əlhi-beyt (ə) məktəbinin mötəbər kitablarından sayılır... Davamı..

İmam Cavadın (ə) gözəl əxlaqından nümunələr

İmam Cavad (ə) da başqa Məsum İmamlar (ə) kimi hər bir insan üçün əxlaq nümunəsi idi. İmamın (ə) bu gözəl əxlaqından bir... Davamı..

Bu gün İmam Cavadın (ə) şəhadət günüdür

Bu gün Əhli-beyt (ə) davamçılarının doqquzuncu İmamı olan İmam Cavadın (ə) şəhadət günüdür. Adı Məhəmməd, künyəsi Əbu Cəfər, ləqəbləri isə Təqi və... Davamı..

Həzrət Rəsulullah (s): “Ey Fatimə, sənə müjdə verim. Mehdi sənin nəslindəndir”

  Həzrət İmam Hüseyndən (ə) belə rəvayət olunmuşdur: “Mən Rəsulullahın Mehdi Fatimənin nəslindəndir, – dediyini eşitdim”.[1] “Həzrət Rəsuli-Əkrəm (s) Həzrət Fatiməyə xitab... Davamı..

Bu gün İmam Rzanın (ə) mövlud günüdür

148-ci ilin Zilqədə ayının 11-də Mədinə şəhərində başqa bir ab-hava var idi. Nəinki yer əhli, hətta səma əhli belə təbriklərini dilə gətirirdilər.... Davamı..

Həzrət İmam Rzadan (ə) hədislər

1 Hədis: İmanın dörd əsası var: Allaha təvəkkül, Allahın verdiklərindən razı qalmaq, Allahın əmrlərinə təslim olmaq, işləri Allaha tapışırmaq. 2 Hədis: İmam Rzadan (ə)... Davamı..

İmam Məhdinin (ə.f) etdiyi dua. Ərəbcə transkripsiya və tərcümə

Şeyx Kəfəmi öz “Misbah” kitabında deyir: Bu dua, İmam Zamanın (ə.f) etdiyi duadır. Bismillаhir-rәhmаnir-rәhim. Əllahummərzuqna təvfiqət taəti və bu`dəl mə`siyəti və sid-qən... Davamı..