Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
11 Mart 12:35
Şərh Yoxdur
770

İnsan öz qəlbindəki dünya sevgisi ilə necə mübarizə aparsın?

Əgər insan bu dünyanın həqiqətini doğru tanıyarsa və fani olmasına qəlbi ilə inanarsa, o zaman dünya sevgisindən xilas olmağa çalışar. Bu insan yaxşı bilər ki, əbədi həyat axirətdədir, bu dünyada deyil. Ona görə də ona ürək bağlamağı mənasız bilər.

 

“Bu dünya həyatı bihudə əyləncədən və oyun-oyuncaqdan başqa bir şey deyildir. Həqiqətən də, Axirət evi əbədi həyatdır (onun yeri, göyü, cəmadat və nəbatatı belə) əbədilik diridir (və elə bil ki, həyatın özüdür). Kaş biləydilər!”. (“Ənkəbut” 64).

 

Bu dünyanın sevgisindən xilas olmaq istəyənlərə bəzi tövsiyələr:

 

– Uzun arzular qurmaqdan çəkinin.

– Bər-bəzəyi çox olan məclislərdə iştirak etməkdən çəkinin.

– Sadə həyat yaşamağa çalışın.

– Həyatınızda ibadət proqramı olsun.

– Moizə və minbərlərə qulaq asmağa çox gedin.

– Mənəvi həyata malik olan insanlarla get-gəl edin.

– Cənazə məclislərində iştirak edin.

– Qəbir əhlini ziyarət edin.

– Ölmək barəsində təfəkkür edin.

 

Hər kim az da olsa dünyadan əlini üzmək istəyirsə, bu tövsiyələri yerinə yetirsin və dünyaya bağlanmağın ziyanları barəsində düşünsün. (Hədənə/Deyerler)

 

Allah Təbarəkə və Təala bizləri bu işdə müvəffəq qərar versin!

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Ölənlərimiz üçün göndərdiyimiz 1 salavatın dəyəri

Bu dünyada hər bir insanın bir və ya daha çox əzizi dünyasını dəyişmiş və qəbirlərdə yatmaqdadırlar. İnsan gərək ölən əzizlərini unutmasın. Daima onlar üçün saleh əməlləri... Davamı..

Söz danışmaqdan əvvəl doğru danışmağı öyrənin

Quran Kərim buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun və doğrularla birgə olun.”[1] Hədis:  Allahın Peyğəmbəri (s) buyurur: “Cənnət qapılarından biri olan doğruluğu... Davamı..

Naməhrəmə əl verənin aqibəti

Əziz Peyğəmbərimiz (ə) buyurur ki, naməhrəmlə haram rabitə qurmaq həyanın aradan getməsinə səbəb olar. O zaman ki, cavanlar bir-birinə baxır və görürlər... Davamı..

Həmişə dəstəmazlı olmağın bərəkətləri

Həmişə dəstəmazlı olmaq – elə bir İlahi tövfiqdir ki, ardınca çoxlu xeyirlər gətirər. Bu xeyirlər ilə tanış olaq:   1. Bütün bədənin pak olar.... Davamı..

Bu keyfiyyət, insanı Peyğəmbərimizin (s) ən sevimlisi edər

Məsumlarımız (ə) buyurur ki, gözəl əxlaq vasitəsilə dünya və axirət xeyirini əldə et. Əgər dünyada yaxşı yaşamaq istəyirsənsə, gözəl əxlaq nümayiş etdir.... Davamı..

Bu 5 nəfərlə yoldaş olma

İmam Səccad (ə) İmam Baqirə (ə) buyurur: “Oğlum! Beş nəfərlə yoldaş olma, söhbət etmə, yol getmə”. İmam Baqir (ə) soruşur: “Atacan! Onlar... Davamı..

Möminin əziyyətli ölümünün səbəbi vardır

İmam Baqir (ə) buyurub: Bəni İsrail peyğəmbərlərindən birisi yolla gedirdi, gördü bir mömin can verir, amma bədəninin yarsı divarın altında qalıb yarısıda... Davamı..

14 Məsum (ə) Qədir-Xum barədə

Qədir-Xum hadisəsinə əhəmiyyət vermək – Əziz Peyğəmbərin (s) risalətinə əhəmiyyət vermək deməkdir. Məsumların (ə) mübarək dilindən bu hadisə haqqında deyilənləri izləyək. Allahın... Davamı..