Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
10 Mart 09:04
Şərh Yoxdur
2222

Bu gün İslamın əzəmətli xanımı Həzrət Zeynəbin (s.ə) vəfat günüdür

İslamın əzəmətli qadınlarından və Kərbəla qəhrəmanı kimi məşhur olan Xanım Zeynəb (ə) hicrətin 5-ci ilində Cəmadiul-əvvəl ayının 5-də dünyaya göz açıb. Xanım Zeynəb (s.ə) yüksək əxlaqa, səbrə, əzəmətə, elmə və natiqliyə sahib bir xanım idi. Xanım Zeynəb, təkcə qadınlar arasında deyil, kişilər arasında da nümunəsi az-az tapılan qadın idi.

 

İlahi göstərişlə qoyulan ad – Zeynəb

Xanım Fatimə (s.ə) Zeynəbi (s.ə) dünyaya gətirəndə Peyğəmbər (s) Mədinədə yox idi. Ona görə də Xanım Fatimə (s.ə) İmam Əlidən (ə) uşağa ad qoymasını istədi. Əli (ə) isə bildirdi ki, Allahın Peyğəmbərinin (s) səfərdən dönməsini gözləsinlər və o Həzrət (s) hansı adı məsləhət bilsə, o adı da qoyacaqlar.

Üç gündən sonra Peyğəmbər (s) səfərdən döndü. İmam Əli (ə) mətləbi ona anlatdı. Və ondan uşağa ad qoymasını istədi. Peyğəmbər (s) bildirdi ki, Fatimənin övladları mənim övladlarım olsa da, onlar barəsində qərar vermək yalnız Allaha məxsusdur. Ona görə də mən İlahi vəhyi gözləməliyəm. Bundan sonra Cəbrail (ə) nazil olaraq bildirdi: “Ya Peyğəmbər, Allah buyurur ki, bu qızın adını Zeynəb qoyasan. Çünki bu adı Lövhi-Məhfuzda bu cür yazmışam”.

Bunu eşidən Peyğəmbər (s), təzə doğulan körpənin onun yanına gətirilməsini istədi. Uşağı qucağına alan Peyğəmbərimiz (s), onu öpərək buyurdu: “Ümmətin hal-hazırda mövcud olanlarına və gələcək nəsillərə vəsiyyət edirəm ki, bu qızın qədrini bilsinlər, ona hörmət etsinlər. Çünki o, Xədicəyi-Kubra kimidir”.

 

Bir qəlb, iki məhəbbət

Xanım Zeynəb (ə) hələ uşaq yaşlarından yüksək mərifətə sahib idi. Bir gün o, atası Əlidən (ə) soruşur: “Atacan, məni çox istəyirsən?”. İmam Əli (ə) cavab verir ki, bəli, qızım, çox istəyirəm. Bu cavabdan sonra Xanım Zeynəb (ə) buyurur: “İki məhəbbət- Allaha və övladlara qarşı duyulan məhəbbət bir qəlbə sığa bilməz. Ona görə də, əslində, xalis və həqiqi məhəbbət Allaha məxsusdur. Şəfqət, ürəyi yanma və rəğbət isə övladlara məxsusdur. Və övladlara qarşı duyulan məhəbbət özü də Allaha xatir olur”.

 

“Müsibətlər anası”

Heç şübhəsiz ki, Xanımın həyatının ən çətin və ən dəyərli anları Kərbəla müsibətində – qardaşı İmam Hüseynin (ə) qafiləsində olmasıdır. Buna görə də Xanımı “müsibətlər anası” adlandırırlar. Dağlar böyüklüyündə dərd gəlir, qəm gəlir, amma Xanım Zeynəb (s.ə) səbir edir. İmam Hüseyni (ə), Həzrət Abbası (ə) şəhadətə yetirirlər, amma o Xanım (s.ə) səbir edir.

Bu azmış kimi, iki oğlunu da şəhadətə göndərir. Amma təmkinini itirmir.

Buna görə də birmənalı olaraq, Kərbəla hadisəsini tədqiq edənlər bildirirlər ki, İmam Hüseynin (ə) vəzifəsi Kərbəlaya qədər idi, ondan sonra isə heç də daha az məsuliyyətli olmayan bu məşum hadisəni yaşatmaq vəzifəsi gəlirdi. Bunu da Xanım Zeynəb (s.ə) və İmam Səccad (ə) ən kamil şəkildə yerinə yetirdilər.

 

Məhrumiyyətlər içində ibadət

İmam Səccad bibisi Zeynəb (s.ə) barəsində bildirir: “Kərbəlada bütün o müsibətlərə baxmayaraq, bibim Zeynəb hətta öz müstəhəb namazlarını da qılırdı, münacatlarını edirdi. Bütün bu məhrumiyyətlər, səfər yorğunluğu və yetimlərə nəvaziş onu bir an da Allahdan uzaq salmırdı”.

Bundan əlavə, Kərbəla qəhrəmanının ibadətindən xəbərdar olan Seyyiduş-Şühəda İmam Hüseyn (ə) Xanıma buyurmuşdu: “Əziz bacım, qıldığın gecə namazlarında mənə dua etməyi unutma”.

 

Xanım Zeynəb (s.ə) hicrətin 62-ci ilində rəcəb ayının 15-də Suriyanın Şam şəhərində dünyadan köçmüşdür.//Deyerler.org

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Məhdinin (ə.f) etdiyi dua. Ərəbcə transkripsiya və tərcümə

Şeyx Kəfəmi öz “Misbah” kitabında deyir: Bu dua, İmam Zamanın (ə.f) etdiyi duadır. Bismillаhir-rәhmаnir-rәhim. Əllahummərzuqna təvfiqət taəti və bu`dəl mə`siyəti və sid-qən... Davamı..

Ey Əbuzər! Ölümün səni günah halında yaxalamasından qorx!

“Ey Əbuzər! Ölümün səni günah halında yaxalamasından qorx! Bu halda artıq nə tövbə edib günahlarını yumağa vaxtın qalacaq, nə də ikinci dəfə... Davamı..

Bu gün sonuncu imam Həzrət Mehdinin (ə) doğum günüdür

Bütün müsəlman məzhəbləri və firqələri qiyamət günü çatmamış İmam Mehdinin (ə) zühur edəcəyi və dünyanı ədalətlə təmin edəcəyini qəbul edir və buna... Davamı..

Həzrət Məhdidən (ə.f) həyatınızı dəyişəcək kəlamlar

“Qеybәt dövründә insаnlаrın mәndәn fаydаlаnmаsı, оnlаrın buludlаrın аrхаsındаkı günәşdәn fаydаlаnmаsınа bәnzәyir.”[1] “Hәqiqәtәn, Аllаh-tәаlа insаnlаrı әbәs хәlq еtmәyib vә оnlаrı özbаşınа burахmаyıb.”[2] “Mәn... Davamı..

Ey Əbuzər! Bugünkü gün sənin əlindədir, sabah isə səninlə deyil

Peyğəmbər (s) səhlənkarlıqdan çəkinmək haqqında buyurur: “Bugünkü gün sənin əlindədir, sabah isə səninlə deyil”. Peyğəmbər (s) Əbuzərə nəsihətində bu günün işini sabaha... Davamı..

Peyğəmbərimiz (s) hansı rəngdə, hansı uzunluqda, hansı materialdan paltar geyinirdi?

“«Ey Adəm övladları, şübhəsiz sizə ayıb yerlərinizi örtəcək və sizin üçün zinət olacaq bir libas (geyim) nazil etdik (onun xammalını torpaqda yaratdıq və sizə onu... Davamı..

Həzrət Məhdi (ə.f) haradan zühur edəcək?

Məfzəl İmam Sadiqdən (ə) soruşdu: “Ey mənim sərvərim, Həzrət Məhdi (ə.f) haradan zühur edəcək?” Həzrət buyurdu: “Ey Məfzəl! O, təkbaşına zühur edəcək... Davamı..

Bu gün İmam Museyi Kazimin (ə) şəhid edilən günüdür

Bu gün İmam Museyi Kazimin (ə) şəhadət günüdür. Müsəlmanların 7-ci imamı hicri-qəməri tarixi ilə 182-ci ildə rəcəb ayının 25-də Abbasi xəlifəsi Harunun... Davamı..