Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
6 Mart 12:56
Şərh Yoxdur
554

“Kafirun” surəsi niyə nazil olmuşdu?

Nəql edilir ki, Vəlid ibni Müğeyrə, As ibni Vail, Əsvəd ibni Mətləb Həzrət Peyğəmbərlə (s) görüşən zaman ona deyirlər: “Ya Muhəmməd! Gəl tanrılarımızı bir-birinin üzərinə qoyaq və biz sənin Allahına pərəstiş edək, sən də bizim tanrılarımıza. Nəticədə kin və küdurət aradan gedəcəkdir. Hamı müştərək tanrılara pərəstiş edəcəklər.

Ya bizim məbudumuz haqdır, ya da sənin Məbudun. Əgər bizim məbudumuz haqdırsa, aldanmazsa və onlara ibadət etməkdən fayda apararsan. Əgər sənin Məbudun haqdırsa, biz aldanmarıq və Ona pərəstiş etməkdən fayda aparmış olarıq”.

 

Bu sualın cavabında Allah Təala “Kafirun” surəsini nazil edir və buyurur ki:

“Ya Peyğəmbər!) De: «Ey kafirlər (ey Məkkə müşrikləri və bütpərəstləri),

Mən sizin ibadət etdiyiniz şeyə əsla ibadət etmərəm.

Və nə də siz əsla mənim ibadət etdiyimə ibadət edənsiniz,

Və nə də mən əsla sizin ibadət etdiyinizə ibadət edənəm.

Və nə də siz əsla mənim ibadət etdiyimə ibadət edənsiniz.

Sizin dininiz sizə məxsusdur, mənim dinim də mənə məxsusdur»”.

 

Bu surədə ayələr ona görə təkrar olur ki, kafirlər qəflətdən ayılsın və nə sayıqladıqlarının həqiqətini dərk etsinlər. Bilsinlər ki, Allah yeganədir və tayı-bərabəri yoxdur ki, Ona şərik olsun.

Kafirlər bilsinlər ki, Həzrət Peyğəmbər (s) heç bir zaman onların pərəstiş etdiklərinə pərəstiş etməyəcəkdir.//Deyerler.org

 

Allah Təala bizləri Həzrətin (s) yolunda səbitqədəm olanlardan qərar versin!

 

www.ahliman.info

Digər “Qurani Kərim ” Xəbərləri

Bütün vacibatlar Quranda bəyan olunmuşdur, yoxsa yox?

Vacibat dedikdə o əməllər nəzərdə tutulur ki, hər müsəlman ona riayət etməli və yerinə yetirməlidir. Əgər həmin əməlləri tərk edərsə, o zaman... Davamı..

Cəhənnəm əhlinin çəkdiyi 8 ruhi əzab haqda Qurani-Kərim nə buyurur?

Qurani-Kərimin bir çox ayələrində cəhənnəm əhlinin çəkdiyi əzablara işarə edilmişdir. Bu əzabların bəziləri ruhidir ki, onlarla tanış olaq: 1. Allahın gözündən düşmək... Davamı..

Evə girərkən bu surələri oxuyan, yoxsulluğu özündən uzaqlaşdırar

Həzrət Peyğəmbər (s) buyurur: “Əgər «Həmd» (“Fatihə”) surəsini tərəzinin bir gözünə və Quranın qalan surələrini başqa gözünə qoysalar, «Həmd» surəsi 7 dəfə ağır gələr”.  ... Davamı..

Gözdəymədən qoruyar, ruzini artırar – “Qul” ilə başlayan 4 surənin bərəkətləri

Əziz Peyğəmbərimiz (s) və İmamlarımız (ə) bizə “Qul” ilə başlayan 4 surəni hər gün oxumağı tövsiyə edirlər və bu surələr ibarətdir: “Kafirun”,... Davamı..

“Səcdə” surəsini oxumaq, Qədr gecəsini əhya saxlamaq kimidir

Səcdə” surəsi Quranın 32-ci surəsidir. Məkkədə nazil olub və 30 ayəsi vardır. Bu surənin fəziləti barəsində Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Hər kim “Səcdə”... Davamı..

“Əsr” surəsində işarə edilən insan kimdir?

Rəhmətlik İmam (r) “Əsr” surəsinə maraqlı təfsir vermişdir. O, buyurur: “Əsr – kamil insandır, yəni İmam Zaman ağadır (ə.f). Yəni, bütün varlıqların... Davamı..

Duaların qəbul olunmasına, düşmənə qarşı duruş gətirməyə yardım edən “Nəsr” surəsinin fəzilətləri

“Nəsr” surəsi Quranın 110-cu surəsidir ki, Məkkədə nazil olmuşdur və 3 ayəsi vardır. İmam Cəfər Sadiq (ə) bu surə haqqında buyurur: “Hər... Davamı..

“Nəsr” surəsinin fəziləti

İmam Sadiq (ə) buyurdu: Bir kəs özünün vacibi yaxud müstəhəbbi namazlarında “İza caə nəsrullahi vəlfəth” surəsini oxusa, Allah onu düşmənlərinin hamısının əleyhinə... Davamı..