Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
3 Mart 13:55
Şərh Yoxdur
1168

Kim azan və iqamədə bu cümləni tərk edərsə, məqsədi bu olar ki, vilayətə dəvət etməz

İmam Sadiq (ə) namazda təharətli olmaq barəsində buyurur: “Namazın üç hissəsi vardır: üçdə biri təharətdir, üçdə biri rükudur, üçdə biri isə səcdələrdir”.

Təharətin özü isə iki yerə bölünür: xarici və batini təharətə.

 

Xarici təharət.

Zahiri və ya xarici təharət deyildikdə, bədənin təharəti nəzərdə tutulur. Dəstəmaz və qüsl vasitəsilə bədən paklanır.

Əgər namazdan sonra bilsə ki, dəstəmazı və ya qüslü olmamışdır, namazı batil olar. Gərək onu yenidən əda etsin.

 

Batini təharət.

Qəlb və fikrin təharəti – batini təharətdir. Bu təhərətin həqiqəti Əhli-Beyt (ə) davamçılarına aiddir.

 

Azan və iqamənin vilayətlə rabitəsi.

Azan və iqamədə müxtəlif cümlələr zikr edilmişdir. Həm əvvəllində və həm də axırında “Allahu Əkbər” sözü işlədilir. Allahın tək olmasına və Peyğəmbərin (s) rəsul olmasına şəhadət verdikdən sonra, müstəhəb zikr olaraq, İmam Əlinin (ə) və onun övladlarının vilayətinə şəhadət veririk. Hədislərimizdə də tövsiyə edilir ki, Həzrət Peyğəmbərin (s) risalətindən sonra İmamların (ə) vilayətinə şəhadət verməlisiniz.

 

Əllamə Məclisi bu haqda buyurur: “Şəhadətin üçüncü hissəsinin azana aid olması – mümkün bir mövzudur. Çünki Şeyx Tusidən tutmuş, başqa din alimlərinə qədər hamısı buyurublar ki, hədislərdə bu mövzuya təkid edilmişdir və üçüncü şəhadət – azanın bir hissəsidir”.

 

Azan və iqamədə oxuyuruq: “Həyyi əla xeyyiril əməl”. Yəni, yaxşı əmələ tərəf tələsin. Bu cümlənin təfsirində buyururlar ki, yaxşı əməl deyildikdə, burada namaz nəzərdə tutulur.

Ancaq müəyyən hədislərimiz buyurur ki, yaxşı əməl deyildikdə vilayətə etiqad bəsləməyə tələsmək nəzərdə tutulmuşdur. Çünki namazın batini – Əhli-Beytdir (ə). İnsan namazı ona görə qılır ki, Allaha təşəkkür etsin. Ona görə ki, bizə Peyğəmbər (s) və Əhli-Beyt (ə) kimi nemətlər vermişdir.

 

Muhəmməd ibni Əbi Əmir, İmam Kazımdan (ə) bu cümlə ilə bağlı soruşur. İmam Musa Kazım (ə) buyurur ki, zahirini soruşursan, yoxsa batinini?

Deyir ki, hər ikisini.

Əziz İmam (ə) buyurur: “Zahiri səbəbi odur ki, insanlar cihadı namaza görə tərk etməsinlər. Batini səbəbi odur ki, xeyrul-əməl deyildikdə, məqsəd – biz vilayətik. Hər kim azan və iqamədə bu cümləni tərk edərsə, məqsədi bu olar ki, vilayətə dəvət etməz”.

 

İmam Muhəmməd Baqir (ə) bu cümlənin təfsirində buyurmuşdur: “Səni yaxşılığa dəvət etməkdir. Bilirsənmi ki, kimə yaxşılıq etməyə? Səni Həzrət Fatiməyə (s.ə) və övladlarına yaxşılıq etməyə dəvət edər”. (Həvzəh/Deyerler)

 

Beləliklə deyə bilərik ki, namazın pak İtrətlə (ə) sıx əlaqəsi vardır. Hər kim namaz qılar – əslində Allaha Əhli-Beyt (ə) nemətinə malik olduğu üçün şükür edər və viayətə dəvət edər.

 

Namazda təharətli olmaq – mühüm amildir. Təharətin batini isə məhz Allaha iman və Əhli-Beytin (ə) məqamına, vilayətinə etiqad bəsləməkdir. Ona görə də namazın təharətinin İtrətlə (ə) sıx əlaqəsi vardır.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Ayətullah Xamenei Fitr bayramını elan etdi. Fitr bayramınız mübarək.

Əziz müsəlmanlar Fitr bayramınız mübarək olsun. Ayətullah Xameneiyə bağlı olan “İstihlal İdarəsi”nin 150-yə yaxın qrupları Ramazan ayının 29-cu günündə müxtəlif yerlərdən müşahidlər... Davamı..

Bu gün islam dünyası Beynəlxalq Qüds Gününü qeyd edir

Bu gün bir çox islam ölkələri İsrail dövləti tərəfindən işğal edilmiş Fələstin torpaqlarının azad edilməsi üçün Beynəlxalq Qüds Gününü qeyd edir. Beynəlxalq... Davamı..

Bu gecə birinci Qədr gecəsidir. Qədr gecəsinin əməlləri

Bu gün Ramazan ayının birinci Qədr gecəsi (əhya) qeyd olunacaq. Qədr gecələrinin  müştərək olan müstəhəb əməlləri aşağıdakılardır:   1. Gün batarkən Qədr gecəsinin... Davamı..

Mübarək Ramazan ayının qalan günlərindən necə ən yaxşı şəkildə istifadə edə bilərik?

Ramazan ayı – başqa ayların sultanıdır. Bu ay Allaha məxsus olduğu üçün, rəhmət və bərəkəti də çoxdur və insanın dualarını və hacətlərini yerinə yetirən bir aydır. Elə... Davamı..

Həzrət Məhəmməd (s): “Oruc od qarşısında bir sipərdir”

“Ey iman gətirənlər! Sizdən qabaqkılara təyin olunduğu kimi, sizlərə də oruc təyin olundu. Bəlkə təqvalı olasınız.”[1]   Həzrət Məhəmməd (s) peyğəmbərimiz buyurub:... Davamı..

Mübarək Ramazan ayının gecələrində bu namazı qılmağı unutmayaq

Mübarək Ramazan ayının hər gecəsi (gecə yarısı,) iki rəkətli müstəhəb namazı var ki, bu qaydada qılınır. Hər rəkətində bir Həmd və üç... Davamı..

Ramazan ayının hər gecəsinin müstəhəb namazı var

Ramazan ayının hər gününə məxsus dualar olduğu kimi, hər gecəsinə məxsus fəzilətli namazları vardır ki, onlarla tanış olaq. Bunu qeyd edək ki,... Davamı..

Sabah mübarək Ramazan ayının ilk günüdür. Bu mübarək gecənin əməlləri

Bu gün Şəban ayının sonuncu günüdür. Sabah, 25 aprel mübarək Ramazan ayının ilk günüdür. Bu gecənin müstəhhəb əməlləri vardır. 1. Üzü qibləyə... Davamı..