Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
25 Fevral 12:10
Şərh Yoxdur
735

Bu gün imam Muhəmməd Baqirin (ə) mövlud günüdür

İmam Baqir (ə) hicrətin 57-ci ilində rəcəb ayının 1-də Mədinə şəhərində dünyaya gəlmişdir. Atası İmam Zeynül-Abidinindir (ə).

Atası İmam Səccadın (ə) vəfatı dönəmində (hicri 96-cı il) İmam Baqirin (ə) otuz doqquz yaşı var idi.

Adı Muhəmməd, künyəsi Əbu Cəfər, ləqəbləri Baqir, Baqirül-ülum olmuşdur.

Anası İmam Həsənin (ə) qızı Ümmü Abdullah olub. Buna görə də, İmam Baqir (ə) həm ata, həm də ana tərəfdən Həzrət Əli (ə) və Xanım Zəhranın (s.ə) nəslinə yetişən ilk şəxs olmuşdur. İmam Baqir (ə) hicrətin 114-cü ilində Mədinə şəhərində vəfat etmiş, məşhur Bəqi qəbiristanlığında atası və babasının qəbirləri kənarında dəfn olunmuşdur. O, Həzrətin (ə) imamət dövrü 18 il olmuşdur.

Vəlid ibn Əbdülməlik, Ömər ibn Əbdüləziz , Süleyman ibn Əbdülməlik, Hişam ibn Əbdülməlik və Yezid ibn Əbdülməlik kimi o dövrün xəlifələrinin zamanında yaşayan, İmam Baqir (ə), Ömər ibn Əbdüləziz istisna olmaqla, bu xəlifələrdən zülm və haqsızlıqlar görmüşdür. Zalımlıq və haqsızlıqda heç də ata-babalarından geri qalmamış bu xəlifələr İmam Baqirə (ə) çox zülmlər ediblər.

Elmi inqilabın banisi İmam Muhəmməd Baqir (ə), öz imaməti dövründə münasib olmayan bir vəziyyətdə İlahi maarifi nəşr edib, onu meydana çıxarmağa başladı. O Həzrət (ə) elmi çətinlikləri həll etməklə sonradan oğlu İmam Cəfər Sadiqin (ə) imaməti dövründə təsis edilən böyük İslam məktəbinin yaranmasına şərait yaradan elmi inqilabı həyata keçirtdi.

İmam Baqir (ə) elm, zöhd (təqva), fəzilət və əzəmətdə bütün Bəni-Haşim böyüklərini üstələmiş, onun böyük elmi və əxlaqi məqamı dostun da, düşmənin də tərifinə çevrilmişdi. O Həzrətdən (ə) İslami hökmlər, təfsir, İslam tarixi və başqa elmlər sahəsində o qədər hədis və rəvayətlər yadigar qalmışdır ki, o vaxtadək İmam Həsən (ə), İmam Hüseynin (ə) övladlarının heç birindən o qədər rəvayət yetişməmişdir.

O dövrün böyük elmi şəxsiyyətləri və eləcə də Peyğəmbər (s) səhabələrindən sağ qalanlar o Həzrətin (ə) elmindən faydalana bilirdilər. Cabir ibn Yəzid Cüfi, Kisan Sicistani, həmçinin İbn Mübarək, Zühri, Uzai, Əbu Hənifə, Malik, Şafei, Ziyad ibn Münzirnəhdi kimi fəqihlər o Həzrətin (ə) elmi əsərlərindən bəhrələnmiş, onun buyurduqlarını həm bilavasitə, həm də bir neçə vasitə ilə rəvayət ediblər.

İmam Baqirin (ə) elm sədası İslam məmləkətinin hər yerinə elə yayılmışdı ki, o Həzrət “Baqirül-ülum” (elm qapılarını açan, elmi müşkülatı həll edən) ləqəbi almışdı.

Əhli-təsənnün məzhəbinin ən mötəbər müəlliflərindən hesab edilən Təbəri, Bəlazəri, Səlami, Xətib Bağdadi, Əbu Nəim İsfahani, eləcə də, ən mötəbər qaynaqlarından olan “Müvəttəi-Malik”, “Sünəni-Əbu Davud”, “Müsnədi-Əbu Hənifə”, “Müsnədi-Mərvəzi”, “Təfsiri-Nəqqaş”, “Təfsiri-Zəməxşəri” (Əl-Kəşşaf) və onlarla bu kimi kitablar İmam Baqirin (ə) mənalı sözləri ilə doludur və onların hər yerində “Muhəmməd ibn Əli (ə) buyurmuşdur” yaxud “Muhəmməd Baqir (ə) buyurmuşdur” ifadəsi gözə dəyir.//Deyerler.org

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Həzrət Məhdi (ə.f) haradan zühur edəcək?

Məfzəl İmam Sadiqdən (ə) soruşdu: “Ey mənim sərvərim, Həzrət Məhdi (ə.f) haradan zühur edəcək?” Həzrət buyurdu: “Ey Məfzəl! O, təkbaşına zühur edəcək... Davamı..

Bu gün İmam Museyi Kazimin (ə) şəhid edilən günüdür

Bu gün İmam Museyi Kazimin (ə) şəhadət günüdür. Müsəlmanların 7-ci imamı hicri-qəməri tarixi ilə 182-ci ildə rəcəb ayının 25-də Abbasi xəlifəsi Harunun... Davamı..

İmam Sadiq (ə): “İmam Məhdi (ə.f) zühur edəndə bütün insanlar onu tanıyacaqdır”

Həzrət İmam Zaman ağanın (ə.f) mübarək ləqəblərindən biri Yusifi-Zəhradır. Bunun səbəbi də odur ki, İmam Zaman ağa (ə.f) ilə Həzrət Yusif (ə)... Davamı..

İmаm Hәsәn Әskәridən (ә) həyatınızı dəyişəcək kəlamlar

“Hәr kәsin әхlаqı tәqvа, аdәti güzәşt vә хislәti sәbir оlsа, dоstlаrı çох оlаr.”[1] “İkiüzlü vә ikidilli bәndә nә qәdәr pisdir, qаrdаşının hüzurundа... Davamı..

Bu gün İslamın əzəmətli xanımı Həzrət Zeynəbin (s.ə) vəfat günüdür

İslamın əzəmətli qadınlarından və Kərbəla qəhrəmanı kimi məşhur olan Xanım Zeynəb (ə) hicrətin 5-ci ilində Cəmadiul-əvvəl ayının 5-də dünyaya göz açıb. Xanım... Davamı..

Bu gün birinci imam əmirəl-möminin həzrət Əlinin (ə) mövlud günüdür

Hicri-qəməri tarixi ilə bu gün, rəcəb ayının 13-ü möminlərin əmiri Həzrət İmam Əli ibn Əbu-Talibin (ə) mövlud günüdür. Həzrət Əli (ə) “Fil”... Davamı..

Bu gün imam Əliyyən Nəqinin (ə) şəhadət günüdür

Evində 20 il həbsdə olan mübariz İmam (ə) Həzrət Əli ibni Muhəmməd (ə) 214-cü hicri ilində dünyaya gəlmiş və 254-cü ildə şəhid... Davamı..

İmam Zamanın (ə.f) adı, ləqəbləri və künyələri hansılardır?

Həzrət Məhdinin (ə.f) əsl adı Muhəmməddir. Peyğəmbərimiz (s) ona həmin adı qoymuş və belə buyur­muşdur: “Onun adı mənim adımdır və künyəsi mənim... Davamı..