Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
14 Fevral 10:35
Şərh Yoxdur
1191

Kimsə üzrlü səbəb olmadan cümə namazında iştirak etməsə, bu bir növ münafiqlik əlamətidir

Ustad Möhsün Qiraəti buyurur: Bəzən İslam dininə aid ibadətlər mənəvi-psixoloji aspektlərdən başqa, ictimai-siyasi xarakter də daşıyır. Xüsusilə aşkar və kol­lektiv şəkildə xüsusi qaydalarla və xüsusiy­yətlərlə həyata keçirildiyi təqdirdə. Cümə namazı müqəddəs və təntənəli ayinlərdən biridir. Bu ibadətdə namaz qılan ümmət ibadətin mənəvi bərəkətəri və savabı ilə yanaşı, onun ictimai tədbirlərinə və nəticə­lərinə də nail olur.

 

Cümə namazı İslamın təntənəsinin və müsəlmanların əzəmətinin simvolu, birlik amili, təxribatların və düşmənçilik cəhdləri­nin qarşısını alan bir namazdır.

 

Cümə namazı iki rükətdir ki, İmam-cümənin iki xütbəsi ilə bərabər cümə günü­nün günorta namazının yerinə qılınır. Xütbə­lərdə qeyd olunması vacib olan təqvaya dəvət və əxlaqi, faydalı məsələlərin vurğulanması ilə yanaşı, insanların problemlərinin və müsəlmanların sosial məsələlərinin irəli sürülməsi, siyasi maarifləndirmənin aparıl­ması, təhlükələr və düşmənlər və s. haqda xəbərdarlıqların edilməsi də zəruridir. Elə bu məzmun düşüncələrin maarifləndirilməsi baxımından cümə namazına böyük effekt bəxş edir.

 

İslamda cümə namazlarında davamlı olaraq iştirak etməyin vacibliyi vurğulanır və əgər kimsə üzrlü səbəb olmadan müsəlmanların camaat və cümə namazlarında iştirak etməsə, bu bir növ münafiqlik əlamətidir.

 

Allahın Rəsulu (s) buyurmuşdur:

“Hər kim üç cümə günü ardıcıl olaraq və üzrlü səbəb və xəstəlik olmadan, yəni qəsdən cümə namazlarında iştirak etməsə, onun ürəyinə nifaq möhürü vurular.”[1]

 

Cümə namazı yoxsul insanların həcc ziyarətidir.[2] Cümə namazı “Allahı xatır­lamaq”dır və Allah Quranda buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نُودِيَ لِلصَّلاةِ مِنْ يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْا إِلَى ذِكْرِ اللهِ وَذَرُوا الْبَيْعَ

-Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın.[3]

 

Cümə günü müsəlmanların qeyri-iş günü­dür, bu gündə onlar təmizlik və istirahətlə yanaşı, özlərini mənəvi və ictimai cəhətdən gücləndirməlidirlər.

Daim müsəlmanlar arasında nifaq salmaq və onları zəiflətmək üçün çalışan İslamın düşmənləri cümə namazı mərasimlərinin keçirilməsindən çox narahat olurlar və bu möhkəm iman qalxanını sındırmağa cəhd göstərirlər.

 

Ayətullah Xomeyni deyirdi:

Cümə namazlarını və qeyri-cümə namazlarını təntənəli şəkildə qeyd edin, çünki şeytanlar namazdan qorxurlar, məs­ciddən qorxurlar…”[4]

 

www.ahliman.info

[1] Vəsailüş-şiə, 5-ci cild, səh.6.

[2] Vəsailüş-şiə, 5-ci cild, səh.5.

[3] Cümə surəsi, 9-cu ayə.

[4] Səhifeye-nur, 12-ci cild, səh.149.

Digər “Mənəviyyat ” Xəbərləri

Bu gecə mübarək Məbəs gecəsidir. Məbəs gecəsinin və gününün əməlləri

Məbəs gecəsi mübarək gecələrdən biridir ki, onun özünəməxsus əməlləri vardır. İmam Cavad (ə) buyurur: “Rəcəb ayında elə bir gecə vardır ki, günəşin nur... Davamı..

Allah bəndəsini alçaltmaq istədikdə onu elmdən bəhrəsiz qoyar

İmam Əli (ə) Kumeyl ibn Ziyadın əlindən tutaraq onu qəbristanlığa apardı. Çölə çatdıqda, dərindən bir ah çəkib ona buyurdu: “Ey Kumeyl! Bilik... Davamı..

İnsan öz qəlbindəki dünya sevgisi ilə necə mübarizə aparsın?

Əgər insan bu dünyanın həqiqətini doğru tanıyarsa və fani olmasına qəlbi ilə inanarsa, o zaman dünya sevgisindən xilas olmağa çalışar. Bu insan... Davamı..

Rəcəb ayının 13, 14 və 15-nin əməlləri. Əyyami-bəyzin

Rəcəb ayının 13, 14, 15 günləri Əyyami-bəyz günləri hesab edilir. Bu günlərin xüsusi əməlləri vardır.   13-cü günün gecəsinin əməlləri. Rəcəb, Şəban,... Davamı..

Kim azan və iqamədə bu cümləni tərk edərsə, məqsədi bu olar ki, vilayətə dəvət etməz

İmam Sadiq (ə) namazda təharətli olmaq barəsində buyurur: “Namazın üç hissəsi vardır: üçdə biri təharətdir, üçdə biri rükudur, üçdə biri isə səcdələrdir”.... Davamı..

Ayətullah Xamenei: “Rəcəb ayında daima istiğfar edin”

  “Rəcəb ayında münacata və təvəssülə əhəmiyyət verin. Hansı məsum hansı müqəddəs olur olsun təvəssüllərinizi artırın” “Gənclər rəcəbdəki etikafdan daha çox bəhrələnsinlər”... Davamı..

Düşünmək yaxşılıqların aynası və pisliklərin örtüyüdür

“Allah öz ayələrini sizin üçün elə aydınlaşdırdı ki, bəlkə düşünəsiz.” [1]   İmam Əli (ə) düşünmək barəsində buyurur: “Düşünmək yaxşılığa və ona əməl... Davamı..

Bu gecə Rəcəb ayı daxil olur. Rəcəb ayının əməlləri

Hicri qəməri təqvimi ilə bu il fevral ayının 24-dən 25-ə keçən gecə mübarək Rəcəb ayı daxil olur. Yəni 25 fevral mübarək Rəcəb... Davamı..