Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
29 Yanvar 17:40
Şərh Yoxdur
630

Hansı nəzir bizləri hacətimizə tez çatdırar?

Nəzir o əməldir ki, insan özünə vacib edər ki, Allah üçün müəyyən xeyir iş görsün.

Bəs hansı nəzir daha təsirlidir?

 

Məsumlardan (ə) gələn hədislərdə oxuyuruq ki, o nəzirlər hacətimizin tez yerinə yetməsinə səbəb olur ki, İmamlar (ə) üçün edilən nəzirlərdir.

Misal üçün insan nəzir edə bilər ki, filan hacəti yerinə yetərsə, bir Quran xətm edəcək və savabını Məsumlardan (ə) birinə göndərəcəkdir. Ya nəzir edər ki, 40 gün Aşura ziyarətini oxuyacaq və savabını İmam Zaman ağanın (ə.f) əziz anası Nərciz xatuna (s.ə) hədiyyə edəcəkdir.

 

Nəzir öz-özlüyündə xeyir əməl olmaqla yanaşı, insan taleyini dəyişdirmək qabiliyyətinə malikdir. Bu, duanın və təvəssülün bir növü hesab olunur. Ona görə də insan taleyini dəyişdirə bilir.

Yuxarıda qeyd etdiyimiz kimi Məsumlara (ə) təvəssül edib, nəzir etməyin çox böyük təsirləri vardır.

 

Nəzirin öz ədəb qaydaları vardır ki, əgər ona riayət olunmazsa, nəzir sayılmaz. Belə ki, nəzir edən şəxs onu dillə iqrar etməlidir və dilində deyərək Allahla əhd bağlamalıdır. Misal üçün, deməlidir ki, əgər bu xəstəlikdən şəfa tapsam, 5 gün oruc tutacağam. Belə nəzir – doğru nəzirdir. Çünki ədəb qaydalarına riayət olunmuşdur.

Nəzirin başqa şərti budur ki, onu edən şəxs aqil və həddi-büluğa çatan insan olmalıdır. O, öz iradəsi ilə nəzir etməlidir və heç kəs onu məcbur etməz.

Hər kim əsəbi olduğu üçün nəzir edərsə, belə nəzir batil olar. İnsan elə şeyi nəzir etməlidir ki, onu yerinə yetirməyə gücü çatsın. Yəni, qüdrəti çatmayan əməlləri nəzir etmək caiz deyildir. (Beytutə/Deyerler)

 

Beləliklə deyə bilərik ki, əgər hacətimizin tez yerinə yetməsini istəyiriksə, Məsumlara (ə) təvəssül edib nəzir etməliyik. Misal üçün, deməliyik ki, əgər Allah mənim filan hacətimi yerinə yetirərsə bir həftə ərzində hər gün Aşura ziyarəti oxuyacaq və savabını Xanım Zəhraya (s.ə) hədiyyə edəcəyik. Yaxud, filan hacətim yerinə yetirilərsə, Allah üçün 2 rükət namaz qılacağam. Yaxud, məscidi və ya namazxananı süpürəcəyəm (əlbəttə, əgər icazə versələr). Yaxud, Aşura günü bir qazan şərbət hazırlayıb, yoldan keçənlərə paylayacağam. Yaxud, 1 nəfər mömini Məşhəd ziyarətinə göndərəcəyəm. Yaxud, mövlud münasibətilə yetimxanaya 100 ədəd şirniyyat aparacağam. Yaxud, qonşuluqda olan kasıb ailəyə 1 həftə ərzində hər gün 3 çörək alıb, ehsan edəcəyəm və s.

Belə bir nəzirlər, əgər şərtlərinə əməl olunan halda yerinə yetirilərsə, tez bir zamanda bizi hacətimizə çatdırar.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Bu gecə Rəcəb ayı daxil olur. Rəcəb ayının əməlləri

Hicri qəməri təqvimi ilə bu il fevral ayının 24-dən 25-ə keçən gecə mübarək Rəcəb ayı daxil olur. Yəni 25 fevral mübarək Rəcəb... Davamı..

İmam Əli (ə): “Axirət üçün ən pis azuqə Allah bəndələrinə zülm etməkdir”

Qurani-Kərim buyurur: “Beləliklə, zülm etmiş dəstənin kökü və nəsli kəsildi. Həmd və şükür – aləmin və aləmdəkilərin Rəbbi olan tək Allaha məxsusdur”.... Davamı..

İnsanlar Zəmanə Sahibini (ə.f) öz yanlarında bilsələr, yer və göy bərəkətlərini zahir edər

Allah Təala Qurani-Kərimdə buyurur: “Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz göydən və yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq.... Davamı..

Kimsə üzrlü səbəb olmadan cümə namazında iştirak etməsə, bu bir növ münafiqlik əlamətidir

Ustad Möhsün Qiraəti buyurur: Bəzən İslam dininə aid ibadətlər mənəvi-psixoloji aspektlərdən başqa, ictimai-siyasi xarakter də daşıyır. Xüsusilə aşkar və kol­lektiv şəkildə xüsusi... Davamı..

Təvəssül etməyin şərtləri

Məsum İmamlara (ə) təvəssül etmək elə bir mövzulardandır ki, onu həm ağıl və həm də dinimiz bəyənir, qəbul edir. Həzrət Peyğəmbərin (s)... Davamı..

İbadətlərimizi nə zay edir? Tanıyaq və özümüzü qoruyaq

İnsana qarşı pusquda dayanan İblis (lən), daima onun ibadətlərini zay etməklə məşğuldur. İbadəti zay edən amillər ilə tanış olaq:   1. Riya.... Davamı..

Hansı işlərdə tələsmək bəyənilir?

Baxmayaraq ki, tələskənlik – bir çox hallarda bəyənilməyən əməldir, ancaq bəzi işlərdə tələsmək müsbət bir hal kimi qiymətləndirilir.   1. Xeyir işlərdə. “Hər bir dəstənin... Davamı..

Bunları bildikdən sonra şükür səcdəsini tərk etməyəcəksiniz

Şükür səcdəsi də namaz namazdan sonrakı əməllərdən biridir. Allahın sonsuz və saysız nemətlərinə şükür əlaməti olaraq namazdan sonra alnı torpağa qoyaraq Onun... Davamı..