Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
1 Yanvar 13:36
Şərh Yoxdur
1113

Bu gün Xanım Zeynəbin (s.ə) mövlud günüdür

Bu gün İslam Peyğəmbərinin (s) nəvəsi, Kərbəla həqiqətlərini dünyaya çatdıran, Kərbəla səhnəsinin misilsiz qadın qəhrəmanı Həzrət xanım Zeynəbin (s.ə) mövlud günüdür.

Hicrətin 6-cı ilində, cəmadiül-əvvəlin ayının 5-də Mədinə şəhərində Peyğəmbər ailəsində, İmam Əli (ə) və Peyğəmbərin qızı xanım Fatimeyi Zəhranın (s.ə) evində bir qız uşağı dünyaya gəlir. Həzrət Peyğəmbər (s) yeni doğulmuş körpənin adını Cəbrayıl (ə) nazil olub xəbər gətirəndən sonra Zeynəb qoyur.

“Zeynəb” kəlməsi ərəb leksikasında “atanın zinəti” anlamına gəlir.

Həzrət Zeynəb (s.ə) beş ilə qədər Peyğəmbərlə (s) bir yerdə yaşayıb. Bu müddət onun Peyğəmbər (s) səhabələrindən hesab olunmasına kifayətdir və bu da bu barədə yazılmış kitablarda ətraflı qeyd olunub.

Mənbələrdə xanım Zeynəb (s.ə) son dərəcə dözümlü, güclü və səbirli qadın kimi xatırlanır. Kərbəlada İmam Hüseyn (ə) və əshabına qarşı törədilmiş cinayətlərin sonradan dünyaya çatdırılmasında da xanım Zeynəbin (s.ə) müstəsna rolu olub.

Bu mübarək mövlud günü münasibətilə bütün möminləri, xüsusilə də xanımları təbrik edirik!

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Həzrət Zəhranın (s.ə) İmam Əliyə (ə) vəsiyyət etdiyi 8 məqam

Həzrət Zəhranın (s.ə) bizə gəlib çatan vəsiyyətində 8 mühüm nöqtəyə işarə edilmişdir ki, onlara nəzər salaq: 1. İmam Baqir (ə) buyurur: “Anam Fatimə (s.ə)... Davamı..

Həzrət Fatimənin (s.ə) əmr-be-mərufda 5 üslubu

İslam dini – əmr-be-məruf və nəhy-əz-münkərə çox əhəmiyyət verən bir dindir. Həzrət Zəhra (s.ə) da kamil bir insan kimi bu həqiqəti qəbul... Davamı..

Bu gün bir rəvayatə görə Həzrət Fatimeyi Zəhranın (s.ə) şəhadət günüdür

Əziz İslam peyğəmbərinin vəfatından dərhal sonra baş verənlər qarşısında özünü mübarizə meydanına atan Fatimeyi Zəhra İmamət yolunda özünü fəda edən ilk şəxsdir.... Davamı..

Məsumlar (ə) “Vəd olunmuş Mehdi” haqqında buyurub (1-ci hissə)

Qeyd etmək lazımdır ki, İmam Məhdi (ə.f) və onun zühuruna dair Peyğəmbər (s) və məsum imamlar (ə) tərə­findən mötəbər faktlara söykənən çoxsaylı... Davamı..

Bu gün İmam Həsən Əsgərinin (ə) mövlud günüdür

İmam Həsən Əsgəri (ə) Məsum İmamların (ə) on birinci ulduzudur ki, 232-ci Hicri ilində rəbius-sani ayının 8-də  dünyaya gəlmiş və 260-cı hicri... Davamı..

İmam Rzadan (ə) həyatınızı dəyişəcək kəlamlar

“Аllаh bizim әmrimizi dirildәnә rәhmәt еtsin!” Sоruşdulаr: “Sizin әmrinizi nеcә diriltmәk оlаr?” Buyurdu: “Bizim еlmlәrimizi öyrәnib bаşqаlаrınа öyrәtmәklә.”[1] “Әgәr cаmааt bizim kәlаmlаrımızın... Davamı..

Həzrət Peyğəmbərin (s) gündəlik həyatda hamı üçün nümunə olan 10 xüsusiyyəti

Həzrət Peyğəmbər (s) – həyatımızın hər bir sahəsində örnək götürə biləcəyimiz insandır. Bu dahi insanın hər bir rəftarı, danışığı, əxlaqı bütün müsəlmanlar... Davamı..

Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadət günüdür

O, on birinci İmam və Əhli-Beyt (ə) davamçılarının rəhbəri idi. Varlığının həyat çırağı 28 il tufanlı burulğanlardan sonra söndü. İmam Həsən Əsgərinin... Davamı..