Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
6 Dekabr 18:11
Şərh Yoxdur
2887

Allahın tanınmayan mələklərini tanıyaq

Həzrət Adəmin (ə) yerə enməsindən sonra bəzi mələklər də yerə enmiş və öz vəzifələrini yerinə yetirmişdilər. Allah Təala onları insanlara xidmət etmək üçün göndərmişdir.

 

Adətən Qurani-Kərim bizlərə dörd böyük mələyi tanıtmışdır ki, ibarətdirlər: Cəbrayil, Əzrayil, İsrafil və Mikayil. Ancaq Allahın mələkləri həddən artıq çoxdur. Onların tanınmayanlarının bəzisi ilə tanış olaq.

1. Cərmil. Bu mələyin vəzifəsi – insan həyatının müsbət tərəfə çevrilməsi üçün zəminələr yaratmaqdır. O, insanlara tərəfə gedər və həyatlarını yaxşı tərəfə dəyişdirməyə çalışar.

2. Hanil. Bu mələk – bir mələkdir ki, vəzifəsi xanımlarla bağlı olan mövzularda köməklik göstərməkdir.

3. İsmayil. İsmayil o mələkdir ki, səmada sakindir. Vəzifəsi budur ki, nə zaman bəndə Allahın adını çəkər, o, cavab verər ki, Allah rəhim və rəhmandır və onun səsini eşidir. Ona görə də hacətini söyləsin.

4. Zəhlil. Bu, o mələkdir ki, Allah Peyğəmbərinin (s) qəbrinin kənarında dayanar. Hər kim Həzrətə (s) salam verərsə, o da cavabını verər.

5. Şəmuel. Bu mələyin vəzifəsi – insanların nigarançılıq və narahatlığını aradan qaldırmaqdır.

6. Aril. Bu mələk insana dünya işlərində yardım edər.

7. Rahil. Bu mələk İmam Əli (ə) ilə Həzrət Fatimənin (s.ə) nikah əqdini oxuyan mələkdir.

8. Cufil. Bu mələyin vəzifəsi – insan həyatında olan nəzmsizliyi və müvəffəqiyyətsizliyi aradan qaldırmaqdır.

9. Rakul. Bu mələyin vəzifəsi – insanlar arasında müsbət rabitələrin yaranmasını təmin etməkdir. İnsanlar arasında yaranan anlaşılmazlıqları həll edəndir. (Beytutə/Deyerler)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Zəhranın (s.ə) zikri

Namazdan sonrakı ən yaxşı əməl Həzrət Zəhranın (s.ə) təsbihatıdır (zikridir). Bu ali zikri Allahın Rəsulu (s) əziz qızına öyrətmişdir: “34 dəfə “Allahu... Davamı..

İmam Səccad (ə): Şəhadət bizim kəramətimizdir”

İmam Sadiq (ə) buyurur: “O kəs ki, Allah yolunda şəhid olar, Allah onu heç bir günahından agah etməz”. (Yəni, onun artıq günahı... Davamı..

Əməlin cüzi bir hissəsi Allahdan başqası üçün olsa, əməl batil olar

Ustad Möhsün Qiraəti buyurur:  Ən nadir və dəyərli əməl əməldə “ixlas”ın olmasıdır. Yəni işləri yalnız Allaha xatir səmimiyyətlə yerinə yetirmək və Ona... Davamı..

Qəlbləri sındıran əməlləri tanıyaq ki, onlardan uzaq olaq

Mömin insanın qəlbini sındırmağın pis aqibətləri vardır ki, onları dəf etmək çox çətin məsələdir.   Bəs qəlbi hansı əməllər sındıra bilər?  ... Davamı..

İbadətimizin Allah-təala tərəfindən qəbul edildiyini necə anlaya bilərik?

İbadət və namazın qəbul edilməsi üçün bütün digər şərtlərlə yanaşı, çalışmalıyıq ki, namazımız yararsız və ibadətimiz də faydasız olmasın. Sırf dini vəzifənin... Davamı..

Qurani-Kərimdə möminin xasiyyəti

Allah Təala Qurani-Kərimdə möminin xasiyyətləri barədə bunları buyurur: 1-Onlar yer üzündə təvazökarlıqla gəzərlər. Furqan/63. 2-Onlar qəzəblərini boğarlar və insanları bağışlayarlar. Ali-İmran/134. 3-Onlar... Davamı..

Ruh eyni vaxtda iki məkanda ola bilərmi?

00Ruh mücərrəd olduğu üçün zaman və məkana tabe deyildir. Zaman və məkan anlayışı adətən maddi olan şeylərə aiddir.   Ruh bədənə daxil... Davamı..

Namazı öz vaxtında elə qıl ki, sanki sonuncu namazındır

Ustad Möhsün Qiraəti buyurur: Xuşu[1]  – insanın ibadətdə itaətkar olması və Allah-təalanın dərgahında bəndəlik möv­qeyinə tam diqqətli olmasının nəticəsidir. Öz ehtiyaclılığını və... Davamı..