Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
19 Noyabr 09:00
Şərh Yoxdur
2322

İnsanlar arasında barışıq yaratmağın əhəmiyyəti

İnsanlar arasında barışıq yaratmağın Uca Allah tərəfindən böyük mükafatı vardır. Bu barədə Quran ayələrində Allah – Təala buyurur:

“Həqiqətən, möminlər bir-biri ilə qardaşdır. Buna görə də qardaşlar arasında barışıq yaradın və Allahdan qorxun. Ümid var ki, Allah sizə rəhm etsin.” [1]

“Onların pıçıldaşmalarının çoxunda bir xeyir yoxdur, yalnız sədəqə verməyi, ya yaxşı iş görməyi, ya da insanlar arasında sülh yaratmağı əmr edənlərdən başqa. Kim Allah razılığına xatir belə edərsə, tezliklə ona böyük mükafat verərik.”[2]

 

Barışıq və sülh yaratmağın əhəmiyyəti haqqında Məsumlardan (ə) gələn hədislərin bir qisminə nəzər salaq:

Həzrət Məhəmməd (s) buyurub: “Sizə namazdan, orucdan, sədəqədən (zəkatdan) daha fəzilətli bir şeydən xəbər verimmi? Bu, insanlar arasında sülh yaratmaqdır. Çünki insanlar arasında əlaqənin pozulması ölümə və dinin aradan götürülməsinə bərabərdir.[3]

İmam Sadiq (ə) buyurub: “İnsanlar Bir-birilə ixtilafa və düşmənçiliyə düçar olanda onların arasında sülh yaratmaq, bir-birlərindən uzaqlaşan zaman onları yaxınlaşdırmaq, Allahın sevdiyi bir sədəqədir.”[4]

İmam Sadiq (ə) Müfəzzələ xitabən buyurmuşdur: “Bizim şiələrdən iki nəfərin çəkişdiyini gördükdə, mənim malımdan ixtilafa səbəb olan xərci ödəməklə, onların arasında barışıq yarat.” [5]

 

www.ahliman.info

[1] Hücurat, ayə 10

[2] Nisa, ayə 114

[3] Kənzul-Ummal, hədis 5480

[4] əl-Kafi, c.2, hədis 209 , hədis1

[5] əl-Kafi, c.2, hədis 209 , hədis3

Digər “Mənəviyyat ” Xəbərləri

Allahın tanınmayan mələklərini tanıyaq

Həzrət Adəmin (ə) yerə enməsindən sonra bəzi mələklər də yerə enmiş və öz vəzifələrini yerinə yetirmişdilər. Allah Təala onları insanlara xidmət etmək... Davamı..

Qəlbləri sındıran əməlləri tanıyaq ki, onlardan uzaq olaq

Mömin insanın qəlbini sındırmağın pis aqibətləri vardır ki, onları dəf etmək çox çətin məsələdir.   Bəs qəlbi hansı əməllər sındıra bilər?  ... Davamı..

İbadətimizin Allah-təala tərəfindən qəbul edildiyini necə anlaya bilərik?

İbadət və namazın qəbul edilməsi üçün bütün digər şərtlərlə yanaşı, çalışmalıyıq ki, namazımız yararsız və ibadətimiz də faydasız olmasın. Sırf dini vəzifənin... Davamı..

Qurani-Kərimdə möminin xasiyyəti

Allah Təala Qurani-Kərimdə möminin xasiyyətləri barədə bunları buyurur: 1-Onlar yer üzündə təvazökarlıqla gəzərlər. Furqan/63. 2-Onlar qəzəblərini boğarlar və insanları bağışlayarlar. Ali-İmran/134. 3-Onlar... Davamı..

Ruh eyni vaxtda iki məkanda ola bilərmi?

00Ruh mücərrəd olduğu üçün zaman və məkana tabe deyildir. Zaman və məkan anlayışı adətən maddi olan şeylərə aiddir.   Ruh bədənə daxil... Davamı..

Namazı öz vaxtında elə qıl ki, sanki sonuncu namazındır

Ustad Möhsün Qiraəti buyurur: Xuşu[1]  – insanın ibadətdə itaətkar olması və Allah-təalanın dərgahında bəndəlik möv­qeyinə tam diqqətli olmasının nəticəsidir. Öz ehtiyaclılığını və... Davamı..

Aşiqlər üçün azan səsini eşitmək görüş anının çatdığını elan etmək deməkdir

Ustad Möhsün Qiraəti buyurur: İbadətdə abidin ruh yüksəkliyinə və onun öz pərəstişindən həzz almasına səbəb olacaq amil Allah-təalaya olan məhəbbət və Onunla... Davamı..

Ğina musiqinin insana vurduğu ziyanlar

“İnsanlar arasında elələri vardır ki, cahilliyi üzündən (insanları) Allah yolundan azdırmaq və məsxərəyə qoymaq üçün boş və mənasız sözləri (insanı təbii halətdən çıxaran fəsadlı, haram... Davamı..