Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
14 Noyabr 11:14
Şərh Yoxdur
1444

Aşiqlər üçün azan səsini eşitmək görüş anının çatdığını elan etmək deməkdir

Ustad Möhsün Qiraəti buyurur: İbadətdə abidin ruh yüksəkliyinə və onun öz pərəstişindən həzz almasına səbəb olacaq amil Allah-təalaya olan məhəbbət və Onunla danışmaq coşqusudur.

Ruhsuz, halsız və süst halda edilən ibadət­lər Allahla danışmağa və dua etməyə həvəsin olmamasının göstəricisidir. Duada oxuyuruq:

وَ اجْعَلْ نِشاطِی فی عِبادَتِکَ

 Allahım! Sənə ibadətdə mənə ruh yük­səkliyi əta et. [1]

 

İbadətdən həzz almayanlar dadlı yeməklər­dən həzz ala bilməyən xəstələrə bənzəyərlər.

Əgər bu istək və şövq olmazsa, artıq kənardan hər hansı bir təbliğata, təşviq və həvəsləndirməyə də ehtiyac qalmaz. Əksinə, daxili motivasiya insanı ibadətə sövq edir və məşhur, populyar bir şəxsiyyətlə görüş­mək üçün səbirsizlənərək həmin görüşdən şad olduğumuz kimi, ibadət etməkdən də sevincli oluruq.

Aşiqlər üçün azan səsini eşitmək görüş anının çatdığını elan etmək deməkdir. Həzrət Peyğəmbər (s) Bilala belə buyurmuşdu:

Ey Bilal, bizi qəm-qüssədən xilas et! [2]

Bu, Həzrətin (s) namaza münasibətdə vəsfəgəlməz şövqünü göstərir.

 

www.ahliman.info

[1] Xəmsə-əşər münacatı , 7-ci dua.

[2] Muhəccətul-bəyza, 1-ci cild, səh. 377.

Digər “Mənəviyyat ” Xəbərləri

Qurban bayramında 5 gözəl əməl

Uca Allahın nəzərinə görə Yer kürəsinin ən üstün məkanı – Məkkədir. Çünki Kəbə evi orada yerləşir. Ona görə də ən fəzilətli əməl... Davamı..

Ərəfə duası. Ərəbcə transkripsiya və tərcümə

  Qalib Əsədinin övladları Bişr və Bəşir rəvayət edirlər ki, Ərəfə gününün axırı Ərəfatda İmam Hüseyn (ə)-ın xidmətində idik. Həzrət xeyməsindən çıxıb... Davamı..

Qadın ictimai həyatda iştirak etməlidirmi?

Dinimizin nəzərinə görə qadının ən mühüm vəzifəsi – ərinə yaxşı və itaətkar həyat yoldaşı olmaq, ailəsinə xidmət etmək və saleh övladlar yetişdirməkdir.... Davamı..

Qurani-Kərimdə ailə rabitəsinin əsası

Qurani-kərim sevgi və mərhəməti ailə rabitəsinin əsası sayır. Bu bağlılıq şəhvət və maddi təmənna bağlılığından üstün və ucadır. Quran təbirincə: “Sizin üçün... Davamı..

Zil-hiccə ayının ilk 10-günlüyündə qılınan namaz

Məğrib və işa namazları arasında iki rükət namaz qılmağın çoxlu savabı vardır; belə ki, hər rükətdə “Həmd” surəsi oxunduqdan sonra bir dəfə “İxlas” surəsi və aşağıdakı ayə  oxunsun:  ... Davamı..

Bu 4 günahdan xüsusən uzaq olaq – Allah bunları çətin bağışlayır

Ustad Fatiminiya əxlaq dərslərinin birində buyurmuşdur: “Bir gün Ayətullah Bəhaəddinin xidmətinə getmişdim. Ağa əlini qaldırdı və ağzına işarə etdi. Allah şahiddir ki,... Davamı..

Bax budur həzrət Əlinin (ə) həqiqi tərəfdarı!

Həzrət Əmirəl-möminin Əliyə (ə) Müaviyyədən (l) məktub yetişdi, Həzrət Əli (ə) məktubun möhrünü qırıb oxumağa başladı, orda yazılmışdı: Möminlərin əmiri, müsəlmanların xəlifəsi... Davamı..

Qeyb dövründə şiələrin məsuliyyət və vəzifələri

İmam Zamanın (ə.f) qeyb dövründə şiələrin məsuliy­yət və vəzifələri nədən ibarətdir?   Cavab: Vəhy ailəsinin hədislərinə nəzər salaraq, qeyb dövründə şiələr üçün... Davamı..