Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
22 Oktyabr 10:02
Şərh Yoxdur
2178

Müsibətləri yüngülləşdirən amillər

Həzrət Məhəmməd (s) buyurub: “Kim qəlbindən dünya məhəbbətini çıxarsa müsibətlər ona asan gələr.[1]

Başqa bir hədisdə Rəsulallah (s) buyurub: “Kimə böyük bir müsibət üz verəndə mənim müsibətimi yad etsə, müsibəti ona yüngül gələr.”[2]

İmam Əli(ə) buyurub: “Ölümü, qəbirdən qalxıb Allah qarşısında dayanacağınız günü çox yad edin ki, müsibətlər sizə asan olsun.”[3]

İmam Sadiq (ə)  müsibət üz verən zaman tövsiyə etdiyi dua: “Şükr olsun Allaha ki, o məni dinimdə müsibətə salmadı. Şükr olsun o Allaha ki, əgər istəsəydi müsibətim bundan da böyük olardı. Şükr olsun o Allaha ki, bir işin baş verməsini istədi və o da baş verdi.”[4]

İmam Sadiq (ə) buyurub: “Bir nəfər öləndə Allah-taala onun ailə üzvlərindən ən çox naharat olanının yanına bir mələk göndərər. Bu mələk onun qəlbinə sığal çəkər və qəm yanğısını, dağını ondan götürər. Əgər belə olmasaydı, dünya abad olmazdı.”[5]

 

www.ahliman.info
_
_______________

[1] Kənzul-Fəvaid, c.2, səh. 163

[2] Biharul-Ənvar, c.82, səh. 84 , hədis26

[3] əl-Xisal, səh. 616 , hədis10

[4] Biharul-Ənvar, c.78, səh. 268 , hədis183

[5] əl-Kafi, c.3, səh. 227 , hədis1

Digər “Mənəviyyat ” Xəbərləri

İnsanlar arasında barışıq yaratmağın əhəmiyyəti

İnsanlar arasında barışıq yaratmağın Uca Allah tərəfindən böyük mükafatı vardır. Bu barədə Quran ayələrində Allah – Təala buyurur: “Həqiqətən, möminlər bir-biri ilə qardaşdır.... Davamı..

Aşiqlər üçün azan səsini eşitmək görüş anının çatdığını elan etmək deməkdir

Ustad Möhsün Qiraəti buyurur: İbadətdə abidin ruh yüksəkliyinə və onun öz pərəstişindən həzz almasına səbəb olacaq amil Allah-təalaya olan məhəbbət və Onunla... Davamı..

Ğina musiqinin insana vurduğu ziyanlar

“İnsanlar arasında elələri vardır ki, cahilliyi üzündən (insanları) Allah yolundan azdırmaq və məsxərəyə qoymaq üçün boş və mənasız sözləri (insanı təbii halətdən çıxaran fəsadlı, haram... Davamı..

Ağıllı insanın qıldığı iki rükət namaz nadan şəxsin qıldığı 70 rükət namazdan üstündür

Ağıllı insanın qıldığı iki rükət namaz nadan şəxsin qıldığı 70 rükət namazdan üstündür.[1] Və cahil şəxsin ibadəti dəyirmanda işləyən uzunqulağa bənzəyir ki,... Davamı..

Ürfani musiqinin heyvani müsiqi ilə fərqi

Hamımız yaxşı bilirik ki, ğinaya qulaq asmaq – insanın heyvani hisslərini dirçəldir. Ancaq İlahi müsiqiyə qulaq asmaq ruhumuza rahatlıq verir və sanki... Davamı..

Ayətullah Xamenei İmam Əlinin (ə) fədakarlığının fəlsəfəsi barədə

Ali Rəhbər buyurur: “Əmirəl-möminin (ə) 13 il Peyğəmbərin (s) ən ağır zamanlarında yanında olmuşdur. Bu on üç il əziyyət o zaman sona... Davamı..

“Bismillah”ı namazda möhkəmdən demək hamıya bəlli edər ki, bu əməl lazımlı əməldir

Ayətullah Behcət buyurur: “Allahın bütün şüarları – əlamətdir. Nəyin əlamətidirlər? Misal üçün başını torpağa qoymaq – səcdə olunan Varlığı tanımağa və yadına... Davamı..

Ərbəin günü oxumaq istəyənlər üçün Ərbəin ziyarətnaməsi

Ərbəin günündə İmam Hüseynin (ə) məzarını ziyarət etmək və Ərbəin ziyarətnaməsini oxumaq böyük savaba malikdir. Hətta İmam Həsən Əsgəri (ə) Ərbəin ziyarətnaməsini... Davamı..