Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
4 Oktyabr 10:23
Şərh Yoxdur
610

Bu gün həzrəti Rüqəyyənin (s) şəhadət günüdür

Səfər ayının 5-i Həzrəti Rüqəyyənin şəhadət günüdür

Bu gün Həzrət İmam Hüseynin (ə) məzlum balası Həzrət Rüqəyyənın (s.ə) Şamın xarabasında şəhid olduğu gündür. Bu şəhadət münasibətilə başda Həzrət İmam Zaman (ə.f) olmaqla, bütün Əhli-Beyt (ə) aşiqlərinə təsəlli deyirik.

 

Həzrət Rüqəyyənin (s.ə) şəhadət tarixçəsi

“Əsr vaxtı Şamın xarabasında bibisi Həzrət Zeynəbdən (s.ə) şamlı uşaqların ora-bura getdiklərinin görən bala, bibisindən uşaqların hara getdiklərini soruşur. Bibisi uşaqların evlərinə getdiklərini bildirir. Qızcığaz: “Bibi, bəs bizim evimiz yoxdur?” – deyə soruşur.

Həzər Zeynəb (s.ə) cavab verir ki, niyə yoxdur, bizim evimiz Mədinədədir.

Bu zaman Xanım Rüqəyyənin (s.ə) atası ilə birlikdə yaşadıqları anlar yadına düşür və atasını istəyir. Xarabanın bir guşəsinə çəkilərək, qəmli halda yuxuya gedir. Yuxuda atasını görən bala, hövlnak yuxudan ayılır və ağlayaraq atasını çağırmağa başlayır. Qızın ağlaması xarabadakı digər xanımları da ağladır.

Xarabadan ucalan ah-nalə Yezidin (lən) sarayında da eşidilməyə başlayır. Yezid (lən) məsələnin nə yerdə olduğunu bildikdə əmr edir ki, İmam Hüseynin (ə) kəsilmiş mübarək başını Xanım Ruqəyyəyə (s.ə) aparsınlar.

İmam Hüseynin (ə) mübarək başını bir siniyə qoyub ,xarabaya gətirib qoyurlar Şəhidlər Sərvərinin qızının qabağında.

 

Həzrət Rüqəyyə (s.ə) sininin üzərindəki örtüyü kənara çəkən zaman atasının kəsilmiş başını görən kimi, başı əlinə götürərək ağuşuna basır. Mübarək başın alnından və dodaqlarından öpən bala, yanğı ilə ağlayaraq deyir: “Atacan, üzünü kim belə al-qana qərq edib? Atacan, boynunun damarlarını kim kəsib? Atacan, kim bizi uşaq vaxtı yetim qoydu? Atacan, yetim uşaqlar böyüyənədək kimə pənah apararlar? Atacan, kaş torpağı özümə yastıq edəydim amma saqqalını qana boyanmış görməyəydim”.(Abna/Deyerler)

 

Xarabanın bir guşəsində, atasının başı ağuşunda bu cür oxşamalar deyə-deyə birdən səsi kəsilir. Xarabadakılar balanın yuxuya getdiyini düşündülər. Yaxınlaşdıqda, o məzlum balanın canını tapşırdığını gördülər.

Xanımlar balaya qüsl verib, onu elə orada da dəfn etdilər”.

 

Əla lənətullahi ələl-qaumiz-zalimin

 

www.ahliman.info

 

Digər “Əhli-Beyt ” Xəbərləri

Həzrət Peyğəmbərin (s) gündəlik həyatda hamı üçün nümunə olan 10 xüsusiyyəti

Həzrət Peyğəmbər (s) – həyatımızın hər bir sahəsində örnək götürə biləcəyimiz insandır. Bu dahi insanın hər bir rəftarı, danışığı, əxlaqı bütün müsəlmanlar... Davamı..

Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadət günüdür

O, on birinci İmam və Əhli-Beyt (ə) davamçılarının rəhbəri idi. Varlığının həyat çırağı 28 il tufanlı burulğanlardan sonra söndü. İmam Həsən Əsgərinin... Davamı..

Qurani-Kərimdə İmam Məhdinin (ə.f) mövcudluğu və zühuru haqqında hansı faktlar var?

Əlbəttə, hər bir doğru məsələnin bütün detalları və xüsusiyyətləri ilə Qurani-Kərimdə yer almasına ehtiyac yoxdur, çünki bir çox hallar reallığa söykəndiyindən ilahi... Davamı..

Bu gün qərib İmam Rzanın (ə) müsibətli şəhadət günüdür

İmam Rzanın (ə) şəhadət hadisəsi səfər ayının sonuna təsadüf edir. İmam (ə) 203-cü hicri ilinin səfər ayının son günündə dünyasını dəyişmişdir. Şəhid... Davamı..

İmanla yəqin arasında nə qədər fasilə vardır? – İmam Hüseynin (ə) 6 suala cavabı

Bir nəfər İmam Hüseynin (ə) xidmətinə gəlir və deyir: “Ey Peyğəmbər (s) övladı! Sualım vardır”. İmam (ə) buyurur: “Soruş”. Həmin şəxs deyir:... Davamı..

İmаm Kаzimdan (ә) həyatınızı dəyişəcək kəlamlar

“Hәr kәs bаşqаlаrının аbrını hifz еtsә Аllаh-tәаlа qiyаmәt günü оnun günаhlаrını bаğışlаyаr. Kim cаmааtа qәzәblәnmәsә, Аllаh qiyаmәt günü оnа qәzәblәnmәz.”[1] “Tәqvаlı оl... Davamı..

Həzrət Məhəmməd (s): Vәsiyyәtsiz ölәn şәхs, cаhiliyyәt dövründә ölmüş kimidir

Həzrət Məhəmməd Pеyğәmbәr (s) buyurmuşdur: “Hәr kim yахşı vәsiyyәt еdib ölsә, şәhiddir.”[1] “Müsәlmаn üçün yахşı dеyil ki, gеcәni sәhәrә çıха, аmmа vәsiyyәti... Davamı..

Həzrət Musanın (ə) Peyğəmbərimizin (s) ümməti və Aşura ilə bağlı Uca Allaha sualı

Nəql olunur ki, Həzrət Musa (ə) Allahla münacat edən zaman Ona belə bir sual verir: “Allahım! Nə üçün Muhəmmədin (s) ümmətini başqa... Davamı..