Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
19 Sentyabr 13:57
Şərh Yoxdur
2278

Cümə günündə qılınan xüsusi hacət namazı

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim cümə gününün fəzilətini daha yaxşı dərk etmək istəyirsə, zöhrdən əvvəl dörd rükətli namaz qılsın. Hər rükətdə 1 “Həmd” və 14 dəfə “Tövhid” (“İxlas”) surəsini oxusun.

 

Namazdan ayrılandan sonra tövbə etsin və 70 dəfə istiğfar zikrini söyləsin (“Əstəğfirullahə Rabbi və ətubu iləyh”).

 

Sonra 50 dəfə təhlili söyləsin (“Lə iləhə illəllah”).

 

50 dəfə bu zikri desin: “Lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu”.

 

50 dəfə bu salavatı desin: “Salləllahu alə nəbiyyil-ummi və Alihi”.

 

Bu namaz bitəndən sonra Allah həmin bəndəni cəhənnəm atəşindən azad edər və namazına görə onu bağışlayar. Ağzından çıxan hər hərfə görə onun üçün bir həcc və bir ümrənin savabını yazar. Hər hərfə görə behiştdə ona ev verər və peyğəmbərlərlə birlikdə şəhərin bütün məscidlərində namaz qılan bəndələrin savabını əta edər. Bütün şəri hacətləri yerinə yetər”. (Beytutə/Deyerler)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həftənin günlərinin qısa zikrlərini deyirikmi?

Dua kitablarında həftənin hər gününün, eləcə də ayın hər gününün və gecələrinin müstəhəb zikr və duaları qeyd edilmişdir. Bu zikr və duaların... Davamı..

Ustad Füruği: “İnsan bəsirətli olmaq üçün öz vücudunun kitabını oxumalıdır”

Bismillahir-rəhmanir-rəhim İnsanın bir növ xəstəliyi də onun daxilinin korluğu və görməməzliyidir. Göz var, lakin bəsirət yoxdur. Mütəal Allah Peyğəmbərinə (s) buyurur: “تَراهُمْ... Davamı..

Allahdan qeyrisinin vasitəsilə əziz olan zəlildir

“Möminləri qoyub kafirləri dost tutanlar izzət və qüdrəti onlardamı axtarırlar? Şübhəsiz ki, izzət və qüdrət tamamilə Allaha məxsusdur!” [1]   İmam Əli (ə)... Davamı..

Necə bilək ki, əməlimizdə ixlas var? 3 meyarı tanıyaq

Əməldə ixlasa malik olmaq – həmin əməlin qəbul olmasına və Allahın sevgisinə səbəb olar. Bəs ixlasın nişanələri hansılardır?   1. Yaxşı əmələ... Davamı..

Namazda niyə diqqətimiz dağınıq olur?

Həzrət Peyğəmbər (s) buyurur: “Allah gözümün nurunu namazda qərar vermişdir”. Həzrətin (s) buyurduğundan belə nəticə çıxartmaq olar ki, insan bu mühüm İlahi vacibat... Davamı..

Həzrət Peyğəmbər (s) buyurur: “Üç şey əməlin sərvəridir…”

Həzrət Peyğəmbər (s) buyurur: “Əməlin seyyidi və sərvəri – başqaların haqqını özündən istəmək, Allaha xatir din qardaşına əl tutmaq, Allahı hər bir halda... Davamı..

İstiğfar bəlanın qarşısını alar

“Lakin, nə qədər ki, sən onların içindəsən, Allah onlara əzab verməyəcəkdir. Həmçinin nə qədər ki, onlar istiğfar edirlər (Allahdan bağışlanmalarını istəyirlər) Allah... Davamı..

Ölmüş insanın ruhu gəlib, insanı narahat edə bilərmi?

Bu dünyada yaşayan insanların bəzisi yaxşı və bəzisi pis insanlardırlar. Ölən zaman da onların ruhlarını günahkar və mömin olaraq ayırarlar, behiştə və... Davamı..