Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
18 Sentyabr 10:27
Şərh Yoxdur
1316

Ürfan məqamında davamlı qalmaq üçün insan nə etməlidir?

Ürfan məqamında qalıcı olmaq üçün lazım olan şərtlərdən biri də ədəb və əxlaqa riayət etmək və Allahın qanunlarına hörmət etməkdir. Əslində Allah yolunun yolçusu Məhbubu tərəfindən deyilən hər bir hökmü əziz tutmalı və Ona təzim etmək yolunda səy göstərməlidir.

 

Hədislərimiz buyurur ki, Allahın əmrlərinə hörmətsizlik etmək üç növ olur:

 

1. Beytul-Haramda Allahın qanunlarına hörmətsizlik etmək.

 

2. Allahın Kitabına hötmətsizlik etmək və ona əməl etməyi tərk etmək.

 

3. İtaəti vacib olan kəslərə hörmətsizlik etmək. O cümlədən Rəsula (s), İmamlara (ə).

 

Allaha itaətsizlik deyildikdə, Onun qanunlarından boyun qaçırtmaq və itaəti vacib olan kəslərə itaətsizlik etmək nəzərdə tutulur.

 

Ürfan yolunda irəliləmək üçün həm batini və həm də xarici qanunlar vardır. Həcc əməli Allahın əmrlərinə təzim etməyin ən bariz nümunəsidir. O şeyləri ki, Allah həcc əməlləri zamanı haram buyurmuşdur, onlara əməl etmək – İlahi təzimi yerinə yetirməyin yollarından biridir.

 

Bununla yanaşı, insan batini təzimi təmin edəcək əməlləri tərk etməməlidir. O cümlədən, nəfsini islah etməkdən tutmuş, İlahi razılığı tələb etməyə qədər. Bəndənin bütün səyi İlahi razılığı əldə etmək üçün olmalıdır. Həm zahirini və həm də batinini ixlaslı itaət ilə nurlandırmalıdır. Daxilində olan rəzil sifətləri tərk edib, fəzilətli sifətlər libasına bürünməlidir.

 

Bütün bu deyilənlər insanı qürb məqamına yaxınlaşdırar. Orada davamlı qalmaq isə insanın özündən asılıdır: ya Allaha itaət etməklə bu müqəddəs yolda sabit qədəm olar, ya da nəfsinə təslim olub qürb məqamından uzaqlaşar.

 

Bu səbəbdən İlahi ürfan yolunun yolçularının səyi – Allah razılığını qazanacaq əməllərə davamlı şəkildə riayət etməkdir. Ancaq qəlb təqvası insanı bu müqəddəs vadiyə yaxınlaşdırar və İlahi lütfün sayəsində qürb məqamına çatar. (Həvzəh/Deyerler)

 

Ona görə də deyə bilərik ki, suluk yolunun yolçuları məhz ariflərdir ki, ürfan yolunda davamlı qalmaq üçün həm zahirdə və həm də batində səy göstərərlər və bu yoldan azmazlar.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Axirət əhli olmaq istəyən üçün Loğmanın 2 tövsiyəsi

Loğman Həkim öz oğluna iki dəyərli nəsihət verir ki, bütün insanlara şamil olur. O, deyir: “Oğlum! Dünyada iki şeyə riayət et ki,... Davamı..

Düşmәnçilik vә kindәn uzаqlаşın ki, şәkk-şübhә yаrаdаr vә sаlеh әmәli mәhv еdәr

Pеyğәmbәrimiz (s) buyurmuşdur: “Hәr kәs dаvаnı tәrk еtsә, (özü hаqlı оlsа dа bеlә) cәnnәtin әn yахşı yеrindә оnun üçün bir еv tikilәr.”[1]... Davamı..

Hәr kәsdә аltı хüsusiyyәt оlsа, mömin hеsаb оlunar

Pеyğәmbәr (s) buyurub: “Аllаh cәnnәt yаrаdаndа üç dәfә buyurdu: Хоş möminlәrin hаlınа (оnlаrın yеri cәnnәtdir)! Әrşin mәlәklәri dә bu sözü üç dәfә... Davamı..

Cümə günündə qılınan xüsusi hacət namazı

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim cümə gününün fəzilətini daha yaxşı dərk etmək istəyirsə, zöhrdən əvvəl dörd rükətli namaz qılsın. Hər rükətdə 1 “Həmd” və... Davamı..

Hacı Cavad məscidində Aşura mərasimi – FOTOLENT

Sentyabrın 10-da Azərbaycanda Məhərrəm ayının onuncu günü, Aşura qeyd olunub. Aşura günü ilə əlaqədar paytaxt Bakının Yasamal rayonunda yerləşən “Hacı Cavad” məscidində... Davamı..

Namazı son vaxta qədər saxlamaq günahdır

İmam Zaman ağa (ə.f) buyurur: “Məlundur və nifrin olunmuşdur o kəs ki, sübh namazını bilərəkdən ulduzlar görünməz olana qədər təxirə salar”. Hədisin... Davamı..

Həzrət Məhəmməd (s): “Ölüm möminin әtirli gülüdür”

Pеyğәmbәr (s) buyurub: “Әzrаilin cаn аlmаsının аğrısı min qılınc zәrbәsindәn dаhа çохdur.”[1] Әlbәttә, ölüm mömin insаnlаr üçün хоş әtirli bir gülü iylәmәk... Davamı..

Qüdrət sahibi olarkən güzəşt etməyin əcri

Həzrət Məhəmməd (s) buyurub: “Kimsə (intiqam almaq üçün) qüdrətli olarkən güzəşt etsə, Allah çətin günündə ona güzəşt edər.” [1] Həzrət imam Əli (ə) buyurub:... Davamı..