Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
16 Sentyabr 09:00
8 Şərh
10652

İmam Hüseyni (ə) uzaqdan necə ziyarət edək?

Şeyx Tusi İmam Baqirdən (ə) nəql edir ki, buyurub: “Hər kim Hüseyn ibn Əlini (ə) Aşura günü ziyarət edər və onun qəbrinin yanında ağlayar, Qiyamət günü Allah ilə iki min həcc, iki min ümrə və iki min cihad ilə görüşər. Həmin həccin, ümrənin, cihadın savabı Peyğəmbərin (s) və Məsum İmamların (ə) xidmətdə olan həcc, ümrə və cihadın savabıdır”.

Hədisi nəql edən İmama (ə) sual verir ki, o kəs ki, başqa şəhərdə və ya başqa ölkədədir və özünü həmin günü ora çatdıra bilmirsə, savabı nədir?

Həzrət (ə) buyurur: “Əgər belə olarsa, səhraya və ya evin damına qalxsın, Həzrətin qəbrinə işarə edib, salam versin. Həzrətin qatillərini lənətləməkdə ciddiyyət göstərsin və sonra iki rükət namaz qılsın. Bu işi zöhrdən əvvəl etsin və Həzrətin müsibətinə göz yaşı töksün. Ailəsinə də əmr etsin ki, o Həzrətə ağlasın. Evində müsibət məclisi bərpa etsin. Həzrət Seyyidi-şühəda (ə) müsibətinə görə bir-birinə başsağlığı versin. Mən zaminəm ki, hər kim bu işi görər, Allah bütün bu savabları ona inayət edər”.

Hədisi nəql edir ki, bəs necə başsağlığı verim? İmam (ə) buyurur: “Allah bizim Hüseyn (ə) əzadarlıq əcrimizi artırsın, bizi və sizi onun qanının intiqamını alanlardan İmam Məhdi (ə.f) ilə bir yerdə qərar versin!

Əgər bacarsan, həmin gün evindən bayıra çıxma (ruzi üçün) ki, nəhs gündür və möminin hacəti yerinə yetməz və əgər yerinə yetərsə də, mübarək olmaz”.

Əlqəmə ibni Muhəmməd nəql edir: “İmam Baqirə (ə) dedim ki, mənə elə bir dua təlim verin ki, həm yaxından və həm də uzaqdan onu oxuya bilim”. Həzrət (ə) buyurur: “Ey Əlqəmə! Nə zaman salamı işarə etdin və iki rükət namaz qıldın, təkbirdən sonra Aşura ziyarətini oxu. Əgər sən bu ziyarəti oxusan, Hüseyn (ə) zəvvarı olan mələklərin ona etdiyi duanı etmiş olarsan. Allah sənə min dərəcə yazar və o kəs kimi olarsan ki, İmam Hüseynlə (ə) şəhid olmuş və onların dərəcəsində şərik olmuşdur. Sənin üçün hər peyğəmbər və rəsulun, İmam Hüseyni (ə) ziyarət edənlərin savabı yazılar. Əgər evində hər gün bu ziyarəti oxuya bilsən, bütün bu savablar sənin olar”.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmаm Kаzimdan (ә) həyatınızı dəyişəcək kəlamlar

“Hәr kәs bаşqаlаrının аbrını hifz еtsә Аllаh-tәаlа qiyаmәt günü оnun günаhlаrını bаğışlаyаr. Kim cаmааtа qәzәblәnmәsә, Аllаh qiyаmәt günü оnа qәzәblәnmәz.”[1] “Tәqvаlı оl... Davamı..

Həzrət Məhəmməd (s): Vәsiyyәtsiz ölәn şәхs, cаhiliyyәt dövründә ölmüş kimidir

Həzrət Məhəmməd Pеyğәmbәr (s) buyurmuşdur: “Hәr kim yахşı vәsiyyәt еdib ölsә, şәhiddir.”[1] “Müsәlmаn üçün yахşı dеyil ki, gеcәni sәhәrә çıха, аmmа vәsiyyәti... Davamı..

Bu gün həzrəti Rüqəyyənin (s) şəhadət günüdür

Səfər ayının 5-i Həzrəti Rüqəyyənin şəhadət günüdür Bu gün Həzrət İmam Hüseynin (ə) məzlum balası Həzrət Rüqəyyənın (s.ə) Şamın xarabasında şəhid olduğu... Davamı..

Həzrət Musanın (ə) Peyğəmbərimizin (s) ümməti və Aşura ilə bağlı Uca Allaha sualı

Nəql olunur ki, Həzrət Musa (ə) Allahla münacat edən zaman Ona belə bir sual verir: “Allahım! Nə üçün Muhəmmədin (s) ümmətini başqa... Davamı..

İmam Səccadın (ə) şəhadət günüdür: Kərbəladan şəhadətə qədər İmamın (ə) həyatı

İmam Səccadın (ə) həyatında bəhs və tədqiq ediləsi nöqtələr çoxdur. İmamın Kərbəladan şəhadətə qədər getdiyi yollara bir nəzər salaq:   1. İmam... Davamı..

İmam Hüseyndən (ə) müxtəlif hədislər

Həzrət imam Hüseyndən (ə) müxtəlif mövzularda hədisləri sizlərə təqdim edirik: “Ona görə üzr istəyəcəyin işdən çəkin. Çünki, mömin nə pislik edər, nə... Davamı..

Sabah Aşura günüdür. Aşura gecəsinin və gününün müstəhəb əməlləri

Bu gün Tasua günüdür. Sabah sentyabr ayının 10-u Aşura günüdür. Aşura gecəsinin  və gününün əməlləri   Aşura gecəsinin əməlləri: 1. Bu gecəni... Davamı..

Tasua günü niyə Həzrət Abbas (ə) xüsusilə xatırlanır?

Tasua günü Məhərrəm ayının 9-cu günüdür ki, bizə Əbülfəzl Abbası xatırladır. Baxmayaraq o, Aşura günündə şəhid olmuşdur, lakin Abbasın aşiqləri ona Tasua... Davamı..