Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
9 Sentyabr 17:06
Şərh Yoxdur
1400

Sabah Aşura günüdür. Aşura gecəsinin və gününün müstəhəb əməlləri

Bu gün Tasua günüdür. Sabah sentyabr ayının 10-u Aşura günüdür. Aşura gecəsinin  və gününün əməlləri

 

Aşura gecəsinin əməlləri:

1. Bu gecəni sabaha qədər əhya saxlamaq (oyaq qalmaq) Hədisdə deyilir: “Hər kim bu gecəni əhya saxlasa Allah Taala üçün bütün mələklərin ibadətini etmiş olar.”

2. Namazlar

* Bu gecə üçün rəvayətlərdə bir neçə namaz zikr olunmuşdur ki, onlardan biri 2 dənə 2 rikətli namazdır. Namazın hər rikətində “Fatihə” surəsindən sonra 50 dəfə “İxlas” surəsi oxunur. Namazı bitirdikdən sonra isə 70 dəfə “Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vallahu əkbər və la haulə və la quvvatə illa billahil aliyyul-azim” zikri deyilir.

* Əmirəl möminin İmam Əlinin namazı, 4 rəkət (2 dəfə sübh namazı kimi) hər rəkətdə həmddən sonra ixlas surəsini oxu. Namazdan sonra Peyyğəmbərimizə və Əhli beytinə çoxlu salavat, onların düşmənlərinə isə lə’nət de .

* 100 rəkət namaz. (yəni: sübh namazı kimi 50 namaz) hər hərəkətdə həmddən sonra 3 ixlas surəsini (yəni: Qulhvəllah sursəini) oxu [Niyyət: Aşura gecəsinin namazını qılıram qürbətən iləllah]. 100 rəkəti qılıb qurtarandan sonra 70 dəfə de: Sübhanəllah vəlhəmdü illah vəla ilahə illəlahu vəllahu əkbər, vəla hövlə vəla qüvvətə illa billahil əliyil əzim.

3. Hz.İmam Hüseynin(ə) qəbri kənarında əhya saxlamaq.

4. Dua, ibadət və istiğfar etmək.

 

Aşura gününün əməlləri:

1. İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. Bu barədə Hz.İmam Rza(ə) buyurur: “Hər kim bu gün işlərini kənara qoyarsa, Allah-Təala istəklərinə çatdırar. Və hər kim bu gün hüznə qərq olarsa, Allah-Təala Qiyamət günü onu xoşhal edər”.

2. İmam Hüseyni (ə) ziyarət etmək.

3. Bu gün oruc tutmaq məkruhdur. Amma Əsr namazınadək yemək və içməkdən imtina etmək bu günün əməllərindəndir.

4. İmam Hüseyn (ə) zəvvarlarına su vermək.

5. 1000 dəfə “İxlas” surəsini oxumaq.

6. “Aşura” ziyarətini oxumaq.

7. 1000 dəfə “Allahumməl`ən qətələtəl-Huseyn” zikrini demək.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Bu gün İslam dünyası Qədir-Xum bayramını qeyd edir

Hicri-qəməri tarixi ilə bu gün, Zilhiccə ayının 18-də İslam dünyasının əhəmiyyətli bayramlarından biri – Qədir-Xum bayramı qeyd edilir. Hicrətin 10-cu ili (miladi... Davamı..

Hәzrәt Әlidən (ә) hədislər

1 Hədis: “Әmаnәti pеyğәmbәrlәrin övlаdlаrının qаtilinә bеlә оlsа, qаytаrın.” (“Tuhәfül-üqul”, sәh. 218.)   2 Hədis: “Әgәr bir şәrаb dаmlаsı quyuyа düşsә, оnun suyu ilә... Davamı..

Bu gün İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür

Bu gün hicri-qəməri təqvimi ilə zilhiccə ayının 7-si müsəlmanların 5-ci imamı – Həzrət Məhəmməd Baqirin (ə) şəhadət günüdür. İmam Məhəmməd Baqir (ə)... Davamı..

Bu gün İmam Cavadın (ə) şəhadət günüdür

Bu gün Əhli-beyt (ə) davamçılarının doqquzuncu İmamı olan İmam Cavadın (ə) şəhadət günüdür. Adı Məhəmməd, künyəsi Əbu Cəfər, ləqəbləri isə Təqi və... Davamı..

Həzrət Əlinin (ə) yoxsula verdiyi yemək haqda Quran ayəsi nazil oldu

Abdullah ibn Məsud rəvayət edir ki, günlərin bir günü Rəsulullah (s) şam və xiftən namazını qılıb qurtarandan sonra bir kişi ayağa qalxıb... Davamı..

Həzrət Məhdi (ə.f): “Sizin vəzifəniz zahiri dəlillərlə kifayətlənməkdir…”

“Miftahül kəramət” kitabının müəllifi mərhum Seyyid Cavad Amuli belə deyir: Gecələrin birində gördüm ki, Seyyid Bəhrul-Ülum Həzrət Əlinin (ə) hərəminin çöl qapısını... Davamı..

Bu gün İmam Rzanın (ə) mövlud günüdür

148-ci ilin Zilqədə ayının 11-də Mədinə şəhərində başqa bir ab-hava var idi. Nəinki yer əhli, hətta səma əhli belə təbriklərini dilə gətirirdilər.... Davamı..

Peyğəmbərimizin (s) Əbul-Qasim künyəsinin batini mənası vardır

Məsumların (ə) ləqəb və sifətlərinin zahiri mənalarından əlavə, bir hikməti vardır. Biz bu kəlmələri dilimizə gətirməklə yanaşı, bu kəlmələrin batinini və ifadələrin... Davamı..