Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
19 Avqust 09:00
Şərh Yoxdur
22121

Sabah Qədir-Xum bayramıdır. Qədir-Xum gününün əməlləri

Məşhur dua kitablarından sayılan “Misbahül-Kəfəmi”də yazılıb ki, İmam Cəfər Sadiqdən (ə) soruşdular: “Əmirəl-mömininin insanlara tanıdılıb, uca məqama təyin edildiyi gündə hansı əməlləri yerinə yetirməyimiz məsləhətdir?”

İmam Sadiq (ə) cavab verdi: “Oruc tutun, Mühəmmədə və nəslinə çoxlu salavat göndərin, onlara zülm edənlərin əlindən Allaha bizarlıq (narazılıq) edin. Hər peyğəmbər öz vəsisinə (canişinlərinə) tapşırırdı ki, canişin təyin edildiyi günü bayram kimi keçirsin”. Ravi bu günün orucunun savabı haqqında soruşanda İmam buyurur: “Altmış ayın orucuna bərabərdir”.

Başqa bir hədisdə İmam Sadiq (ə) Qədir gününün orucunu altmış mübarək ayın orucuna tay tutur. “Məfatihül-cinan” kitabında Qədir gününün orucunun 60 illik günahları sildiyi, bir ömrlük oruca, 100 həccə və 100 ümrəyə bərabər olduğu yazılıb.

Qədir günündə qüsl almaq, təzə və gözəl libaslar geyinmək, ətir vurmaq da çox bəyənilən işdir. Bir-biri ilə görüşən zaman bu duanı oxumağın böyük savabı var: “Əlhəmdü lillahilləzi cəələna minəl-mütəməssikinə bi-vilayəti Əmiril-mömininə vəl-əimməti əleyhimüs-səlam” (“Həmd olsun Allaha ki, bizi Əmirül-mömininin və imamların vəlayətinə bağlananlardan etdi”).

Qədir günündə bu duanı da 100 dəfə təkrar etməyin savabı var: “Əlhəmdü lillahilləzi cəələ kəmalə dinihi və təmamə nimətihi bi-vilayəti Əmiril-mumininə Əliyyibni Əbitalibin əleyhis-səlam”. (“Həmd olsun Allaha ki, öz dininin kamilliyini və nemətlərinin tamamını Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissalamın vəlayətində qərar verdi”).

Bu gün İmam Əlinin (ə) məzarını ziyarət etməyin hədsiz savabı var. İmamlar öz səhabələrinə tövsiyə edirdilər ki, imkan daxilində Qədir günündə özlərini Nəcəfə yetirib Həzrət Əlinin (ə) məzarını ziyarət etsinlər. Əlbəttə, buna imkanı olmayanlar ziyarətnaməni uzaqdan da oxuya bilərlər. Xüsusilə, dua kitablarında qeyd edilən “Əminallah” ziyarətini vətəndə də oxumaq olar.

Qədir-Xum günü günorta vaxtı, kölgələr məğribə doğru qısalmağa başlamazdan yarım saat əvvəl iki rükət namaz qılmağın xüsusi savabı var. Əslində İmam Sadiqin (ə) buyurduğuna görə bu namazı günün istənilən vaxtında qılmaq olar, amma hicrətin 10-cu ilində hadisə məhz günün bu vaxtında baş verdiyi üçün, namazı da o zaman qılmağın savabı böyükdür. Namazın hər iki rükətində bir dəfə Fatihə surəsi, 10 dəfə İxlas surəsi, 10 dəfə ayətül-kürsi və 10 dəfə Qədr surəsi oxunur. Ardınca Həzrət Fatimənin (ə) təsbihi deyilir: 34 dəfə “Allahü əkbər”, 33 dəfə “Əlhəmdü lillah” və 33 dəfə “Sübhan Allah”. Bu namazı qılan adamın arzularını Allah yerinə yetirər.

Seyyid ibn Tavus “əl-İqbal” kitabında qeyd edir ki, hər kim Qədir günü ziyarətnaməni oxuyub müstəhəb namazı qıldıqdan sonra səcdəyə getsə, səcdədə 100 dəfə “əlhəmdü lillah” və 100 dəfə “şükrən lillah” söyləsə, sanki Qədir-Xum hadisəsində iştirak edib, Peyğəmbərlə və Əli ilə beyət etmiş kimi savab qazanar.

İmam Rza (ə) buyururdu ki, Allah-təala bu gündə mömin kişi və qadınların 60 illik günahlarını bağışlayar. Allah Qədir günündə üst-üstə Ramazan ayı, Qədr gecəsi və Fitr gecəsinə nisbətən iki dəfə artıq mömini cəhənnəm əzabından xilas edər (əlbəttə, bunlar həqiqi möminlərə və Qədir gününü layiqli ibadətlə keçirən insanlara aiddir).

Qədir günündə sileyi-rəhim etmək, yəni qohumların görüşünə getmək, möminlərə hədiyyə vermək, ehsan etmək böyük savaba malikdir. İmam Rza (ə) buyururdu ki, bu gündə edilən ehsanın hər dirhəmi savab cəhətdən başqa gündə edilən min dirhəm ehsana bərabərdir.

 

Qeyd edək ki, bu il Qədir-Xum bayramı avqustun 20-nə təsadüf edir.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Bu gün imam Muhəmməd Baqirin (ə) mövlud günüdür

İmam Baqir (ə) hicrətin 57-ci ilində rəcəb ayının 1-də Mədinə şəhərində dünyaya gəlmişdir. Atası İmam Zeynül-Abidinindir (ə). Atası İmam Səccadın (ə) vəfatı dönəmində (hicri... Davamı..

Təkbirin, rükunun, səcdənin, təşəhhüdün, salamın mənasını Həzrət Əli (ə) izah edir

Cabir ibni Abdullar Ənsari nəql edir: “Bir gün mövlam İmam Əli (ə) ilə birlikdə idim. Bir nəfəri gördüm ki, namaz qılır. İmam... Davamı..

İmam Hadidən (ə) həyatınızı dəyişəcək kəlamlar

“Cәmiyyәtdә әdаlәt zülmdәn çох оlduğu zаmаn әmin оlmаyаnа qәdәr bir kәsә bәdgümаn оlmаq hаrаm vә аmmа cәmiyyәtdә zülm çохаldığı zаmаn mәlum оlmаyаnа... Davamı..

Peyğəmbərimizi (s) kim tərbiyə etmişdir?

Ədəb nədir? Ədəbin özü bir neçə hissəyə bölünür. O cümlədən dini ədəbə, İlahi ədəbə, peyğəmbərlərin (ə) ədəbinə, rəhmani ədəbə…   Dini ədəbə... Davamı..

Məsumlar (ə) “Vəd olunmuş Mehdi” haqqında buyurub (2-ci hissə)

Qeyd etmək lazımdır ki, İmam Məhdi (ə.f) və onun zühuruna dair Peyğəmbər (s) və məsum imamlar (ə) tərə­findən mötəbər faktlara söykənən çoxsaylı... Davamı..

Əyyami-Fatimə (s.ə) əzadarlıqlarının hikməti

Kainatın ən şərəfli insanı olan Həzrət Muhəmməd (s) ömrünün son anlarında İmam Əliyə (ə) xitab edərək, buyurmuşdu: “Ey Əli! Bil ki, mən o... Davamı..

İmаm Cаvаddan (ə) həyatınızı dəyişəcək kəlamlar

Bir kişi İmаmа (ә) dеdi: Mәnә nәsihәt еt. Hәzrәt buyurdu: Оnа әmәl еdәcәksәnmi? Dеdi: Bәli. Buyurdu: “Sәbiri özünә bаlış bil, kаsıblığı аğuşunа... Davamı..

Həzrət Zəhranın (s.ə) İmam Əliyə (ə) vəsiyyət etdiyi 8 məqam

Həzrət Zəhranın (s.ə) bizə gəlib çatan vəsiyyətində 8 mühüm nöqtəyə işarə edilmişdir ki, onlara nəzər salaq: 1. İmam Baqir (ə) buyurur: “Anam Fatimə (s.ə)... Davamı..