Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
11 Avqust 10:55
Şərh Yoxdur
14781

Sabah Qurban bayramıdır – Bu gecənin və bayram gününün əməlləri

Ərəfə günündən Qurban bayramına keçən gecə – Zilhiccə ayının 10-cu gecəsi təbərrük və müqəddəs gecələrdəndir. Bu bayram gecəsi il ərzində olan həmin o 4 gecələrdəndir ki, onda əhya saxlamaq – oyaq qalıb ibadət etmək xüsusilə bəyənilmişdir. Qurban bayramının gecəsi asimanın qapıları açıq qərar verilimişdir. Bu gecəni İmam Hüseynin (ə) ziyarətini oxumaq və dua-münacatla keçirmək çox bəyənilmişdir. Bu gecə oxunan xüsusi dua var: (“Ya daiməl fəzli ələl bəriyyə..” duası).

 

Qurban bayramı gününün əməlləri

Zilhiccənin 10-cu günü – Qurban bayramı gününün əməlləri:

1. Qüsl almaq.

2. Qurban bayramının namazını qılmaq.

3. “Səhifeyi-Səccadiyə” dua kitabının 48-ci duasını (Qurban bayramı və cümə gününün duası)  oxumaq.

4. “Nüdbə” duasını oxumaq.

5. İmam Hüseynin (ə) Qurban bayramına məxsus ziyarətnaməsini oxumaq.

6. Qurban kəsmək.

7. Qurban bayramı gününün zöhr namazından etibarən zilhiccə ayının 12-ci gününün sübh namazına kimi 10 namazın sonunda aşağıdakı təkbiri söyləmək böyük savaba malikdir:«Allahu əkbər, Allahu əkbər, lə iləhə illəllah, vallahu əkbər, Allahu əkbər və lilləhil-həmd. Allahu əkbəru əla mə hədənə. Allahu əkbəru əla mə razəqnə min bəhimətil-ən’am. Vəlhəmdu lilləhi mə əblənə». Tərcüməsi: «Allah hər şeydən ucadır, Allah hər şeydən ucadır, Allahdan başqa məbud yoxdur və Allah hər şeydən ucadır, Allah hər şeydən ucadır və həmd Allaha məxsusdur. Bizə verdiklərinə görə, ev heyvanlarından bizə ruzi yetirən Allah hər şeydən ucadır. Bizi sınağa çəkdiyinə görə Allaha həmd olsun».

 

İslam təqviminin ən əlamətdar tarixlərindən olan müqəddəs Qurban bayramını – mənəvi həcc səfərinin şah zirvəsini sinvolizə edən günü təntənəli surətdə qeyd etmək çox gözəldir.

 

Bayram namazının qılınma qaydası

Bayram namazı (Fitr və Qurban namazları) İmam Mehdi Sahib-əz-Zamanın (ə.f.) zühuru zamanı vacib olacaq. Hazırda İmam (ə.f.) qeybdə olduğu üçün bu namazın qılınması vacib deyil, müstəhəbdir.

Bayram namazı həm fərdi qaydada, həm camaatla (rəcaən niyyətilə) qılına bilər. Bayram namazının vaxtı – Gün çıxan vaxtdan zöhrə qədərdir.

Bayram namazı (Fitr və Qurban namazları) 2 rükətdir. Birinci rükətdə “Fatihə” surəsindən və digər surədən sonra 5 təkbir deyilir, hər təkbirdən sonra qunut tutulur. Beşinci qunutdan sonra təkbir deyilir (bu, artıq 6-cı təkbir olur), sonra rüku və səcdələr yerinə yetirilir. İkinci rükətdə Fatihə” surəsindən və digər surədən sonra 4 təkbir deyilir, hər təkbirdən sonra qunut tutulur. Dördüncü qunutdan sonra təkbir deyilir (bu, artıq 5-ci təkbir olur), sonra rüku və səcdələr yerinə yetirilir,  təşəhhüd və salamlar deyilir.

 

Bayram namazının qunutunda hər hansı dua oxuna bilər. Amma müstəhəbdir ki, bu dua oxunsun:

 

Bayram namazının qunutunda oxunan müstəhəb dua

Əllahummə əhləl-kibriyəi vəl ‘əzaməti

və əhləl-cudi vəl-cəbəruti,

və əhləl-‘əfvi vər-rahməti,

və əhlət-təqva vəl-məğfirati,

əs-əlukə bihəqqi həzəl-yəvmi,

əl-ləzi cə’əltəhu lil-musliminə ‘idə,

vəli Muhəmmədin salləllahu ‘əleyhi və əlihi

zuxrən və şərafən və kəramətən və məzidə,

ən tusalliyə ‘ələ Muhəmmədin və əli Muhəmməd,

və ən tudxiləni fi kulli xeyrin ədxaltə fihi

Muhəmmədən və ələ Muhəmməd,

və ən tuxricəni min kulli su-in əxractə minhu

Muhəmmədən və ələ Muhəmmədin

saləvətukə ‘ələyhi və ‘ələyhim.

Əllahummə inni əs-əlukə xeyra

mə səələkə bihi ‘ibədukəs-salihunə

və əuzu bikə mimməs-təazə minhu

‘ibədukəl-muxləsun.

 

Qeyd edək ki, Avqust ayının 12-i səhər saat 08:30 da “Hacı Cavad” məscidində bayram namazı qılınacaqdır.

Qurban Bayramınız mübarək olsun.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Axirət əhli olmaq istəyən üçün Loğmanın 2 tövsiyəsi

Loğman Həkim öz oğluna iki dəyərli nəsihət verir ki, bütün insanlara şamil olur. O, deyir: “Oğlum! Dünyada iki şeyə riayət et ki,... Davamı..

Düşmәnçilik vә kindәn uzаqlаşın ki, şәkk-şübhә yаrаdаr vә sаlеh әmәli mәhv еdәr

Pеyğәmbәrimiz (s) buyurmuşdur: “Hәr kәs dаvаnı tәrk еtsә, (özü hаqlı оlsа dа bеlә) cәnnәtin әn yахşı yеrindә оnun üçün bir еv tikilәr.”[1]... Davamı..

Hәr kәsdә аltı хüsusiyyәt оlsа, mömin hеsаb оlunar

Pеyğәmbәr (s) buyurub: “Аllаh cәnnәt yаrаdаndа üç dәfә buyurdu: Хоş möminlәrin hаlınа (оnlаrın yеri cәnnәtdir)! Әrşin mәlәklәri dә bu sözü üç dәfә... Davamı..

Cümə günündə qılınan xüsusi hacət namazı

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim cümə gününün fəzilətini daha yaxşı dərk etmək istəyirsə, zöhrdən əvvəl dörd rükətli namaz qılsın. Hər rükətdə 1 “Həmd” və... Davamı..

Ürfan məqamında davamlı qalmaq üçün insan nə etməlidir?

Ürfan məqamında qalıcı olmaq üçün lazım olan şərtlərdən biri də ədəb və əxlaqa riayət etmək və Allahın qanunlarına hörmət etməkdir. Əslində Allah... Davamı..

Hacı Cavad məscidində Aşura mərasimi – FOTOLENT

Sentyabrın 10-da Azərbaycanda Məhərrəm ayının onuncu günü, Aşura qeyd olunub. Aşura günü ilə əlaqədar paytaxt Bakının Yasamal rayonunda yerləşən “Hacı Cavad” məscidində... Davamı..

Namazı son vaxta qədər saxlamaq günahdır

İmam Zaman ağa (ə.f) buyurur: “Məlundur və nifrin olunmuşdur o kəs ki, sübh namazını bilərəkdən ulduzlar görünməz olana qədər təxirə salar”. Hədisin... Davamı..

Həzrət Məhəmməd (s): “Ölüm möminin әtirli gülüdür”

Pеyğәmbәr (s) buyurub: “Әzrаilin cаn аlmаsının аğrısı min qılınc zәrbәsindәn dаhа çохdur.”[1] Әlbәttә, ölüm mömin insаnlаr üçün хоş әtirli bir gülü iylәmәk... Davamı..