Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
1 Avqust 09:53
1 Şərh
1913

Bu gün İmam Cavadın (ə) şəhadət günüdür

Bu gün Əhli-beyt (ə) davamçılarının doqquzuncu İmamı olan İmam Cavadın (ə) şəhadət günüdür.

Adı Məhəmməd, künyəsi Əbu Cəfər, ləqəbləri isə Təqi və Cavad olan 9-cu İmam (ə) hicrətin 195-ci ilində Mədinə şəhərində anadan olmuşdur. Anası Peyğəmbərin (s) həyat yoldaşı olmuş Mariya Qibtiyyənin nəslindən hesab olunan Səbikə xanım idi. O, əxlaqi dəyərlər baxımından yüksək mərtəbədə durur və öz dövrünün qadınlarının ən üstünü hesab olunurdu. Belə ki, İmam Rza (ə) o xanımı pak, nəcabətli və fəzilətli bir qadın kimi yad edirdi.

İmam Cavadın (ə) imamət dövrü 17 il sürmüşdür.

Hicrətin 218-ci ilində Məmun vəfat etdi. Ondan sonra qardaşı Mötəsim xəlifə oldu. O, İmam Cavadı (ə) öz nəzarəti altında saxlamaq məqsədi ilə hicrətin 220-ci ilində o Həzrəti Mədinədən Bağdada gətizdirir. İmam (ə) Bağdada gəldikdən sonra Mötəsimin, oğrunun əlinin haradan kəsilməsi barədə təşkil etdiyi məclisdə iştirak etmişdi. Həmin məclisdə Bağdad qazısı (İbn Əbu Duad) və başqaları (səhv fətva verdiklərinə görə) rüsvay olmuş, bundan bir neçə gün sonra İbn Əbu Duad həsəd və paxıllığı nəticəsində xəlifənin hüzuruna gəlib demişdir: “Mən xeyirxahlıq məqsədi ilə sənə xəbərdarlıq edirəm ki, bir neçə gün bundan qabaq baş vermiş hadisə sənin hökumətinin xeyrinə deyil. Çünki sən bütün hökumət alimləri və yüksək rütbəli nümayəndələrin hüzurunda (İmam) Cavadın (ə) verdiyi fətvanı başqalarının fətvasından üstün tutdun. Halbuki, müsəlmanların yarısı onu əsl xəlifə, səni isə onun haqqını qəsb etmiş bilirlər. Bu xəbər bütün camaat arasında yayılaraq onun haqq olduğuna qəti bir sübut olmuşdur”.

Qəlbində İmam Cavada (ə) qarşı düşmənçilik kin-küdurəti bəsləyən Mötəsim onun sözlərindən bərk narahat olaraq, İmamı (ə) öldürmək fikrinə düşdü. Nəhayət, o, öz çirkin məqsədini həyata keçirib İmam Cavadı (ə) vəzirlərindən birinin katibi vasitəsilə zəhərləyib şəhid edir. İmam Cavad (ə) şəhid olarkən mübarək ömründən cəmi 25 il və bir neçə ay keçmişdi.

İmam Cavadın (ə) dünyaya gəlməsindən danışarkən Xanım Həkimə (s.ə) deyərdi:

«Həzrətin dünyaya gəldiyi gecə qardaşım mənə əmr etdi ki, həyat yoldaşının yanında olum. Körpə dünyaya gəldikdən sonra göyə baxıb tövhid və İslam Peyğəmbərinin (s) risalətinə şəhadət verdi. Mən bu hadisədən təəccüblənərək, qardaşımın yanına gəldim və əhvalatı olduğu kimi ona danışdım. Qardaşım isə mənim cavabımda belə buyurdu: «Bacı, narahat olma, hələ bundan sonra da maraqlı hadisələrin şahidi olacaqsan». //Deyerler.org

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Bu gün İslam dünyası Qədir-Xum bayramını qeyd edir

Hicri-qəməri tarixi ilə bu gün, Zilhiccə ayının 18-də İslam dünyasının əhəmiyyətli bayramlarından biri – Qədir-Xum bayramı qeyd edilir. Hicrətin 10-cu ili (miladi... Davamı..

Sabah Qədir-Xum bayramıdır. Qədir-Xum gününün əməlləri

Məşhur dua kitablarından sayılan “Misbahül-Kəfəmi”də yazılıb ki, İmam Cəfər Sadiqdən (ə) soruşdular: “Əmirəl-mömininin insanlara tanıdılıb, uca məqama təyin edildiyi gündə hansı əməlləri... Davamı..

Bu gün imam Əliyyən-Nəqinin (ə) mövlud günüdür

Bu gün Əhli-beyt (ə) sevərlərin onuncu parlaq ulduzu imam Hadinin (ə) mövlud günüdür.  Şiələrin onuncu İmamı – İmam Əliyyən-Nəqi (əleyhissəlam) hicrətin iki... Davamı..

İslam Pеyğәmbәri (s): “Әn üstün sәdәqә dil, fikir vә аğlın sәdәqәsidir.”

Mаlın sәdәqәsi vаr, mәqаmın sәdәqәsi vаr, bеlә ki, bаşqаlаrının әlindәn tutаsаn. Pеyğәmbәr (s) buyurur: “Әn üstün sәdәqә dil, fikir vә аğlın sәdәqәsidir.”... Davamı..

İmam Sadiqdən (ə) həyatınızı dəyişəcək kəlamlar

“Hәr kәs üç müsәlmаnа yеmәk vеrsә, bаğışlаnаr.”[1] “Müsәlmаnın istәyini yеrinә yеtirmәk üçün sәy göstәrmәk, Kәbәni yеtmiş dәfә tәvаf еtmәkdәn üstündür.”[2] “Hәr kәs... Davamı..

İmam Əli (ə) ilə Həzrət Fatimənin (s.ə) evlənməsi barədə İlahi qərarın təsviri

“Uyun əxbari Rza” adlı kitabda İmam Rzanın (ə) nəql etdikləri və hədisləri dərc edilmişdir. Bu kitab Əlhi-beyt (ə) məktəbinin mötəbər kitablarından sayılır... Davamı..

Həzrət Peyğəmbərimiz (s) İmam Əli (ə) haqqında buyurur

İslam Pеyğәmbәri həzrət Məhəmməd (s) müsəlmanların birinci imamı həzrət Əli (ə) haqqında buyurub:   “Cаnım iхtiyаrındа оlаn Аllаhа аnd оlsun. Bir şәхs... Davamı..

Pеyğәmbәr (s) hәr gün bu аltı şеydәn Аllаhа pәnаh аpаrаrdı

İmаm Әli (ә) buyurub: “Bәdәnin sаğlаmlığı hәsәdin аzlığındаndır.”[1]   İmаm Sаdiq (ә) buyurub:  “Mömin nеmәt sаhiblәrinә qibtә еdәr, аmmа hәsәd еtmәz. Münаfiq... Davamı..