Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
28 Oktyabr 10:48
Şərh Yoxdur
3559

İmam Sadiq (ə): “Allah yolunun yolçusu on şeyi bilməsi zəruridir”

İmam Sadiq (ə) buyurmuşdur: “Xəlvətə çəkilib Allahla razü-niyaz edən, Onun pənahına sığınar və mühafizəsində olar. Xoş o kəsin halına ki, gizlində və aşkarda Allahı yad edər, Allahla olar! Allah yolunun yolçusu on şeyi bilməsi zəruridir:

1.Haqq və batili tanımaq.

2. Sadə yaşamağı sevmək.

3. Zahidanə həyat sürmək və onun çətinliklərinə dözmək.

4. Xəlvət hallardan ruhi bəhrələr götürmək (Allahla munis olmaq üçün fürsətdən istifadə və tənhalığa çəkilmə).

5. İşlərin aqibəti haqda fikirləşmək (ölüm və qiyamət).

6. İbadətdə öz nöqsanlarına diqqət.

7. İbadətdə sə`y göstərmək.

8. Ücb və xudbinliyin tərki (İlahinin tofiqlərinə görə qürurlanmamaq).

9. Allahı çoxlu zikr və həmişə yad etmək və qəflətin tərki. Çünki qəflət şeytanın torudur və hər bir giriftarçılığın başlanğıcıdır. Allahla bəndəsi arasında bütün hicablar qəflətdən yaranır.

10. İbadət vaxtı fikri Allah və ibadətdən yayındıran şeylərdən uzaq olmaq.”

 

www.ahliman.info

Digər “Cümə moizələri ” Xəbərləri