Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
24 İyun 09:00
Şərh Yoxdur
2520

İmam Zaman ağanın (ə.f) qarşısındakı vəzifələrimiz

İmam Zaman ağanı (ə.f) tanıyandan sonra onun intizarında olanların ilk vəzifəsi budur ki, Həzrəti (ə.f) yada salmağı unutmasınlar.

Zikr – yada salmaq deməkdir. Yəni, o şeyi ki, insan tanıyır, insan onu yada salır. Zikr iki cürdür: biri ürək zikridir və biri də dil zikridir. Ona görə də deyə bilərik ki, zikr – yada salmaqdır, istər dillə olsun, istərsə də ürəklə.

Allah Təala Quranda buyurur: “Buna görə də, Məni yada salın ki, Mən də sizi yada salım. Mənə şükür edin və küfr və nemətlərimə nankorluq etməyin”. (“Bəqərə” 152).

Bu ayə bizə buyurur ki, əgər siz Allahı yada salsanız, Allah da öz rəhmət və məğfirəti ilə sizi yada salacaqdır. Allah Təala buyurur ki, Məni yada salın ki, ruhunuz və canınız paklaşsın, təmizlənsin. İlahi rəhmətə hazır vəziyyətdə olsun. Sizin Allaha diqqət etməyiniz sizi hər bir işdə daha güclü və daha əzmli edər.

İmam Sadiq (ə) buyurur: “Əl dəyilməmiş (təhrif olunmamış) Tövratda yazılmışdır ki, Musa (ə) Allaha sual verir və deyir: “Pərvərdigara! Sən mənə yaxınsansa, Səninlə yavaşca dərdləşim, uzaqsansa, Səni çağırım?”. Allah Təala ona vəhy edir: “Ey Musa! Mən o kəsin yoldaşıyam ki, Məni yada salar””.

Allahı yada salaraq, Onun sevimli bəndəsi ola bilərik. Hər kim Allahı yada salar, ürəyi rahatlanar və hüzur tapar. “Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır”. (“Rəd” 28).

İmam Zaman ağa (ə.f) – Allahın yer üzərindəki hüccətidir. O, kamil insandır, Allahın yer üzərindəki xəlifəsidir. İmamda (ə.f) Allahın sifətləri vardır. Ona görə də hər kim onu yada salar, İmam (ə.f) da onu yada salar. Hər kimi ki, İmam (ə.f) yada salar, Allahın xüsusi vilayətinə yol tapmış olar. Bu vilayət bərəkətə səbəb olar.

Necə ki, hər kim Allahı yada salar, Onun yoldaşı olar, eləcə də hər kim İmamı (ə.f) yada salar, İmamın (ə.f) yaxın dostlarından və davamçılarından olar.

İmam Məhdi (ə.f) buyurur: “Biz sizə qarşı səhlankarlıq etmirik, sizi yadımızdan aparmırıq. Əgər belə olsaydı, hər tərəfdən giriftarlıq sizi əhatə edərdi. Düşmənlər sizi aradan aparardı”.

Lakin o kəs ki, İmamla (ə.f) xüsusi rabitə qurmaq istəyindədir, çalışacaqdır ki, İmamı (ə.f) bir an belə unutmasın. Allahın hüccətini yada salmaq və zikr etmək – onun xüsusi inayətindən bəhrələnməyin ən mühüm addımıdır. İntizarda olanların başqa bir vəzifəsi isə İmamın (ə.f) salamatlığı və fərəcin tezləşməsi üçün dua etməkdir. İmamı (ə.f) incitməmək üçün günahdan uzaq olmaq, saleh əməllər yerinə yetirmək, İmama (ə.f) xüsusi diqqət etməkdir.

Əlbəttə, bunu da yaddan çıxartmayaq ki, böyük Peyğəmbəri (s) yada salmaq da – İlahi zikrin bir nümunəsidir. Necə ki, İmam Baqir (ə) buyurur: “Həqiqətən, bizi yada salmaq – Allahı yada salmaqdır. Həqiqətən, əgər biz yada salınsaq, Allah yada salınar”.

Beləliklə, deyə bilərik ki, İmamı (ə.f) tanımaqla onu yada salmaq arasında sıx rabitə mövcuddur. Necə ki, Allahı yada salmaq ürəkləri paklaşdırar, Həzrət Məhdini (ə.f) yada salmaq də onun xüsusi inayətinə səbəb olar.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Baqirdən (ə) həyatınızı dəyişəcək kəlamlar

“Hәr kim Hәzrәt Zәhrаnın (s.ə) zikrini dеsә, bаğışlаnаcаq. Bu tәsbihаt yüz dәnәdir. Аmmа оnun әmәl tәrәzisindә sаvаbı min dәnәdir. Bu әmәl şеytаnı... Davamı..

İmam Əli (ə): “Аllаh sәnin kimilәri möminlәrin аrаsındа çохаltmаsın”

Bir gün Әli (ә) kаsıblаr üçün bir аz хurmа göndәrmәk istәdi. Bir nәfәr Hәzrәtә dеdi: Yа Әli! Оnlаr sizdәn хurmа istәmәyib. Bununlа... Davamı..

Bu gün İmam Rzanın (ə) mövlud günüdür

148-ci ilin Zilqədə ayının 11-də Mədinə şəhərində başqa bir ab-hava var idi. Nəinki yer əhli, hətta səma əhli belə təbriklərini dilə gətirirdilər.... Davamı..

İmam Baqir (ə) İmam Mehdinin (ə.f) zühuru barədə nə buyurmuşdur?

Məsum İmamlar (ə) Məhdəviyyətin mühüm məsələ olduğunu bizlərə çatdırmaq üçün hər fürsətdə ondan bəhs edib, əlamət və nişanələrini bizə tanıtmağa çalışmışdılar. İmam... Davamı..

Bu gün həzrət Məsumənin (s.ə) mövlud günüdür

Həzrət Məsumə (s)  hicri qəməri tarixi ilə, 173-cü il (795-ci il miladi) zilqədə ayının əvvəli  Mədinə şəhərində dünyaya gəlmişdir. Məsumə xanımın atası... Davamı..

“Ən sağlam qəlb odur ki, şəkk və şübhədən pak olar”

İmam Həsən Müctəba (ə) beş Ali-Əbadan biri olaraq, öz davamçılarından bəzi əməlləri yerinə yetirməsini istəyir. Bu əməllər ilə tanış olaq. 1. Allahı... Davamı..

İmаm Sәccаddan (ә) həyatınızı dəyişəcək kəlamlar

“Hәr kimin hәddindәn аrtıq pаltаrı оlsа vә bilsә ki, bir möminin оnlаrа еhtiyаcı vаr, аmmа оnа pаltаr vеrmәsә, Аllаh-tәаlа о şәхsi cәhәnnәmә... Davamı..

Duanın yerinə yetməsi üçün İmam Zaman ağadan (ə.f) mübarək tövsiyə

İmam Zaman ağa (ə.f) buyurur: “Hər kimin Allah Təaladan istəyi və hacəti olarsa, cümə günü gecə yarısı qüsl alsın və Allaha münacat... Davamı..