Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
21 İyun 08:38
3 Şərh
3315

Duanın yerinə yetməsi üçün İmam Zaman ağadan (ə.f) mübarək tövsiyə

İmam Zaman ağa (ə.f) buyurur: “Hər kimin Allah Təaladan istəyi və hacəti olarsa, cümə günü gecə yarısı qüsl alsın və Allaha münacat etmək üçün namaz yerində qərar tutsun”.

 

Hədisin şərhi.

Əbu Abdullah Hüseyn ibni Muhəmməd Bəzrufi deyir: “İmam Zaman ağa (ə.f) bir məktub yazır ki, orada deyilirdi: “Hər kimin Allahdan hacəti olarsa, gərək cümə gecəsi, gecə yarısından sonra qüsl alsın və namaz yerinə gəlsin. İki rükət namaz qılsın və o zaman ki, “iyyəkə nəbudu və iyyəkə nəstəin”ə çatır, onu 100 dəfə təkrar etsin. Sonra “Həmdi” tamamlasın və bir dəfə “Tövhid” surəsini oxusun. Sonra rüku və səcdə yerinə yetirsin və hər birində yeddi dəfə təkbir desin. İkinci rükəti də birinci rükət kimi yerinə yetirsin. Namazın sonunda o duanı desin ki, “Əl-Misbah” kitabının” 36-cı bölməsində verilmişdir. Dua etdikdən sonra səcdəyə getsin və Allaha yalvarsın. Sonra Allahdan hacətini istəsin. Kişi və qadından hər kim belə edərsə və duasını ixlasla deyərsə, duanın yerinə yetmə qapıları üzünə açılar. Hacəti hər nə olursa-olsun yerinə yetər, o hal istisnadır ki, dua – qohumluq əlaqələrinin kəsilməsi ilə bağlı olar”.

 

Bu gözəl hədisdən bir neçə nəticə çıxartmaq olar.

1. Müqəddimə olmadan Allahdan hacət istəməyək. Çünki ola bilsin ki, bu hacətə mane olan amillər olsun. Bu maneələrdən biri – günahdır.

2. İstiğfar etmək günahların bağışlanması və duanın yerinə yetməsi üçün kifayət deyildir. Tövhidi etiraf edib zikr və təsbih etmək – duanın qəbul olmasına təsir göstərər.

3. Duanın yerinə yetməsində xüsusi zamanların təsiri vardır. İmam (ə.f) tövsiyə edir ki, hacətini cümə gecələrində edəsən. Bu zaman başqa zamanlardan daha fəzilətlidir. Namaz yeri isə mömin üçün ən üstün məkandır və hacəti namazdan sonra istəmək onun yerinə yetməsi üçün zəminə hazır edər.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmаm Kаzimdan (ә) həyatınızı dəyişəcək kəlamlar

“Hәr kәs bаşqаlаrının аbrını hifz еtsә Аllаh-tәаlа qiyаmәt günü оnun günаhlаrını bаğışlаyаr. Kim cаmааtа qәzәblәnmәsә, Аllаh qiyаmәt günü оnа qәzәblәnmәz.”[1] “Tәqvаlı оl... Davamı..

Həzrət Məhəmməd (s): Vәsiyyәtsiz ölәn şәхs, cаhiliyyәt dövründә ölmüş kimidir

Həzrət Məhəmməd Pеyğәmbәr (s) buyurmuşdur: “Hәr kim yахşı vәsiyyәt еdib ölsә, şәhiddir.”[1] “Müsәlmаn üçün yахşı dеyil ki, gеcәni sәhәrә çıха, аmmа vәsiyyәti... Davamı..

Bu gün həzrəti Rüqəyyənin (s) şəhadət günüdür

Səfər ayının 5-i Həzrəti Rüqəyyənin şəhadət günüdür Bu gün Həzrət İmam Hüseynin (ə) məzlum balası Həzrət Rüqəyyənın (s.ə) Şamın xarabasında şəhid olduğu... Davamı..

Həzrət Musanın (ə) Peyğəmbərimizin (s) ümməti və Aşura ilə bağlı Uca Allaha sualı

Nəql olunur ki, Həzrət Musa (ə) Allahla münacat edən zaman Ona belə bir sual verir: “Allahım! Nə üçün Muhəmmədin (s) ümmətini başqa... Davamı..

İmam Səccadın (ə) şəhadət günüdür: Kərbəladan şəhadətə qədər İmamın (ə) həyatı

İmam Səccadın (ə) həyatında bəhs və tədqiq ediləsi nöqtələr çoxdur. İmamın Kərbəladan şəhadətə qədər getdiyi yollara bir nəzər salaq:   1. İmam... Davamı..

İmam Hüseyndən (ə) müxtəlif hədislər

Həzrət imam Hüseyndən (ə) müxtəlif mövzularda hədisləri sizlərə təqdim edirik: “Ona görə üzr istəyəcəyin işdən çəkin. Çünki, mömin nə pislik edər, nə... Davamı..

İmam Hüseyni (ə) uzaqdan necə ziyarət edək?

Şeyx Tusi İmam Baqirdən (ə) nəql edir ki, buyurub: “Hər kim Hüseyn ibn Əlini (ə) Aşura günü ziyarət edər və onun qəbrinin... Davamı..

Sabah Aşura günüdür. Aşura gecəsinin və gününün müstəhəb əməlləri

Bu gün Tasua günüdür. Sabah sentyabr ayının 10-u Aşura günüdür. Aşura gecəsinin  və gününün əməlləri   Aşura gecəsinin əməlləri: 1. Bu gecəni... Davamı..