Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
20 İyun 09:01
Şərh Yoxdur
1050

Ölmüş insanın ruhu gəlib, insanı narahat edə bilərmi?

Bu dünyada yaşayan insanların bəzisi yaxşı və bəzisi pis insanlardırlar. Ölən zaman da onların ruhlarını günahkar və mömin olaraq ayırarlar, behiştə və cəhənnəmə göndərərlər.

 

Bəzi film və kitab müəllifləri öz xəyal qüvvələrindən istifadə edərək, elə şeyləri insanlara təqdim edirlər ki, həqiqətdən uzaqdır. Bu filmlərdə dünyada avara halda qalan ruhlardan bəhs olunur. Bəs belə bir şeyin olması mümkündürmü?

 

Əgər hədislərimizə nəzər salsaq, görərik ki, Qiyamət bərpa olana qədər ruhların dünya ilə əlaqəsi mövcuddur. Bəzi ruhlar Allahın izni ilə dünyaya gələr və öz yaxınlarını görməyə çalışar, onların halından xəbər tutarlar.

 

Ancaq bu dünyada avara qalıb insanlara ziyan vuran ruhlar barəsində heç bir məlumat verilmir. Nə hədislərimizdə, nə də Quranda. Ona görə də açıq şəkildə deyə bilərik ki, ruhların insanlara ziyan vurması və bu dünyada avara qalması nəzəri – yanlış nəzərdir. Çünki Allah hər bir insanın ruhunu qəbz edəndən sonra onu bərzəx aləminə aparar. Bu dünyaya gələn ruhlar isə ancaq Allahın izni ilə gələrlər. Bu dünyaya Allahın izni ilə gələn ruhların isə başqalarına ziyan vurması mümkünsüzdür. Çünki ruhlar mücərrəd, insanlar isə maddidirlər. Uca Allahın xüsusi icazəsi olmadan, bu rabitələr baş tuta bilməz. Yəni, ruh özbaşına qalıb, kimisə narahat edə bilmir.

 

Hər bir halda deyə bilərik ki, bu işə ruhlar qadir deyildir. Onların ancaq müşahidə etmək haqları vardır.

 

Əgər kiməsə ziyan vurmaq imkanından danışsaq, daha çox şər cinlərin buna olan müəyyən imkanından söhbət gedə bilər. Bu cinləri tanımayan insanlar isə onları avara olmuş ruhlara bənzədirlər. (Hədənə/Deyerler)

 

Əlbəttə ki, müqəddəs dinimiz şər cinlərin də müdaxiləsindən müdafiə olunmaq imkanlarını təqdim edib.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Bu yeddi nəfər bütün peyğəmbərlər tərəfindən lənətlənib

Həzrət Rəsuli-Əkrəm (s) buyurub: Mən yeddi nəfərə lənət etmişəm, Allah da onlara lənət edib və məndən əvvəlki peyğəmbərlər də onlara lənət etmişlər.... Davamı..

Allah Təala niyyətə savab verər ki, həmin savab əməlin özündə olmaz

Həzrət Peyğəmbər (s) buyurur: “Möminin niyyəti əməlindən daha üstündür. Kafirin niyyəti əməlindən də pisdir. Hər əməl edən, niyyəti əsasında əməl edər”. Zeyd... Davamı..

Hər kəsdə bu beş xislətdən biri olmasa, onda çox xeyir-bərəkət olmaz

İmam Sadiq (ə) buyurub: “Hər kəsdə bu beş xislətdən biri olmasa, onda çox xeyir-bərəkət olmaz: vəfa, tədbirlilik, abır-həya, xoş xasiyyət, əvvəlki dörd... Davamı..

Peyğəmbər (s): “Nаmаzınа qаrşı sәhlәnkаrlıq еdәni Аllаh оn bеş bәlаyа düçаr еdәr”

Hәzrәt Fаtimәyi-Zәhrа (s) buyurur ki, аtаmdаn nаmаzа qаrşı süstlük vә sәhlәnkаrlıq еdәn kişi vә qаdınlаr hаqdа sоruşdum. Buyurdu: “Nаmаzınа qаrşı süstlük vә... Davamı..

Allah gördüyü şeylə eşidər və eşitdiyi şeylə də görər

“Allah ədalətlə hökm edər. Ancaq onların Allahdan başqa ibadət etdikləri isə heç bir şeyə hökm edə bilməzlər. Həqiqətən, Allah eşidən və görəndir.”... Davamı..

Tövbə qapısı nə zaman bağlanar?

Hədislərimizə əsasən tövbə qapısı o qədər genişdir ki, günahkar və çirklənmiş insan oradan daxil ola bilsin. Ancaq bu geniş qapı üç halda... Davamı..

Dörd nәfәrin duаsı rәdd оlunmаz

Аllаh-tәаlа bir hәdisi-qüdsidә buyurur: “Sәndәn duа еtmәk, mәndәn qәbul еtmәk. Yаlnız hаrаm yеyәn şәхsin duаsı qәbul оlmаz.”[1] Duаnın qәbul оlmаsınа mаnе оlаn... Davamı..

O iş ki, Allahın adı orada zikr olunmaz aqibəti xeyirli deyildir

Abdullah ibni Yəhya, Əmirəl-möminin (ə) yanındakı kürsüdə əyləşir. “Bismillah” deməmiş sözünə başlayır. Bu zaman stuldan yerə yıxılır və başı yarılır. Qan axmağa... Davamı..