Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
23 May 09:01
Şərh Yoxdur
6532

Ayətullah Seyid Əli Xameneinin Qədr gecələrilə bağlı 12 tövsiyyəsi

 

Ayətullah Xamenei müsəlmanların Qədr gecələrindən daha gözəl istifadə etməsi və bəhrələnməsi üçün bəzi tövsiyyələrini verib.

 

Qədr Gecələrinə mənəvi bir hazırlıqla daxil olun:

Mübarək Ramazan ayının günlərində qəlblərinizi ilahi zikrlərlə nurlandırın ki, Qədr gecələrinə hazır daxil ola biləsiniz.

 

Qədr gecələrinin saatlarını qənimət bilin:

Qədr gecələrinin qədrini bilin və hər anını qənimət sayın. Elə bir şey edin ki, Qədr gecələrində yazılanın taleyinizə təsiri olsun.

 

Maddi çirkinliklərdən uzaq durun:

Bizlər bu gecələrdə dua etməli və mənəvi bir ucalma üçün səy göstərməliyik. Namaz, möminin meracı olduğu kimi dua da möminin meracıdır. Qədr gecələri də möminlərin meracıdır. Bu gecələrdə mənəvi çirkinliklərdən və könül bağlarından ayrılmalıyıq.

 

Bu gecələrdə ən gözəl əməl, duadır:

Qədr gecəsinin ən dəyərli vaxtlarını dua ilə keçirin. Bu gecələrdə ən gözəl əməl duadır. Namaz da bu gecələrdə sünnədir. Əslində namaz, dua və zikrin təzahürüdür.

 

Duaların mənalarına diqqət edin:

Əhli- beytdən (ə) gələn və məzmunu dolğun olan duaların mənalarına diqqət edin. Xüsusilə gənclərimiz bu duaları oxuyaraq, söylədikləri sözlərə və cümlələrə xas diqqət göstərsinlər.

 

Allah (c.c.) ilə danışın:

Gənclərdən xahişim odur ki, dualarını edərkən nələr dediklərinə nəzər yetirsinlər. Bizlər bu gecələrdə Allah ilə danışırıq. Məhz ona görə dualarımızda nə dediyimiz çox mühümdür. Əgər ərəbcə duaların mənasını bilmiriksə, öz dilimizdə Allah (c.c.) ilə münacat edək.

 

Allahdan (c.c.) bağışlanma diləyin:

Qədr gecəsi, bağışlanma və tövbə etmək üçün ən gözəl fürsətdir. Allahdan (c.c.) bağışlanma istəyin. Belə ki, Allah (c.c) mənə və sizlərə, Ona dönməyimiz üçün açıq qapı qoymuşdur. Elə isə Allahdan (c.c.) məğfirət diləyək. Yoxsa elə bir gün gələcək ki, Allah (c.c.) günahkarlara belə səslənəcək: “Onların üzr istəmələrinə icazə verilmir!”

 

Qəlblərinizi İmam Əlinin (ə) uca məqamı ilə tanış edin:

Qədr gecəsi dua, yalvarış və ilahi dərgaha qayıdış gecələri olması ilə yanaşı, ürəklərimizin Həzrət Əlinin (ə) uca məqamı ilə tanış olması və dərs alması üçün bir fürsətdir.

 

Əsrin vəlisinə, zamanımızın imamına diqqət edin:

Bu gecələrdə zamanımızın imamına, mövlamıza diqqət edin. Onun vasitəsilə (təvəssül etməklə) Allahdan (c.c.) dualarınızı istəyin.

 

Yaradılış ayələri və insanların aqibəti üzərində düşünün:

İyirmi üçüncü gecənin ilk saatlarından başlayan və sübh azanının oxunacağı ana qədər Allahın (c.c.) salamı, rəhməti bütün yaradılmışlara paylanılır. Bu gecə xüsusi gecədir. Bu gecə Allahın (c.c.) ayələri üzərində təfəkkür və insanın aqibəti üzərində düşünməklə keçirin.

 

Müsəlmanlar üçün dua edin:

Qədr gecələri, mənəvi baxımdan xalqın rifahı, qəlblərin səfası üçün misli görünməyən bir gecədir. Bu gecələrdə öz məsələləriniz, müsəlmanlar və İslam dünyası üçün də dua edin.

 

Özünüzün və möminlərin hacətlərini (ehtiyaclarını) Allahdan (c.c.) istəyin:

Baxın öz hacətlərinizi müsəlmanların, ölkənizin, mömin qardaşlarınızın, xəstələrinizin, hüznlü qəlbləri, qəmli gözlərin hacətlərilə zənginləşdirin.

 

www.ahliman.info

 

Digər “Mənəviyyat ” Xəbərləri

Səfər edin. Əgər səfərdə mal əldə etməsəniz də, düşüncəniz mütləq güclənəcəkdir

İnsan bu dünyaya ayaq basdığı gündən səfərdədir. Bu səfər zər aləmindən başlamışdır. Bu dünyada qonaqdır və əbədi səfər olan axirət üçün hazırlaşar.... Davamı..

Kiminlə ünsiyyət quraq?

Həzrət İsaya (ə) sual verirlər: “Ey Allahın ruhu! Kiminlə ünsiyyət quraq?”. Buyurur: “O kəslə ki, onunla görüşmək Allahı sizin yadınıza salar və... Davamı..

Sabah Qurban bayramıdır – Bu gecənin və bayram gününün əməlləri

Ərəfə günündən Qurban bayramına keçən gecə – Zilhiccə ayının 10-cu gecəsi təbərrük və müqəddəs gecələrdəndir. Bu bayram gecəsi il ərzində olan həmin o 4 gecələrdəndir... Davamı..

Ərəfə duası. Ərəbcə transkripsiya və tərcümə

  Qalib Əsədinin övladları Bişr və Bəşir rəvayət edirlər ki, Ərəfə gününün axırı Ərəfatda İmam Hüseyn (ə)-ın xidmətində idik. Həzrət xeyməsindən çıxıb... Davamı..

Həzrət Nuh (ə): “Ey Rəbbim, Yer üzündə bir nəfər belə kafir qoyma!”

Bir gün Həzrət Nuh (ə) görür ki, kafirlərdən biri kiçik oğluna vəsiyyət edir ki, Həzrət Nuhun (ə) sözlərinə əhəmiyyət verməsin və ona... Davamı..

Ayətullah Amuli: “İnsanlar bunu bilsələr günah etməzlər…”

Ayətullah Cavadi Amuli təfsir dərsində günahın diri olduğunu önə çəkərək deyib: “Əgər insan günahının diri və günah sahibini rüsvay etmədikcə yaxasını buraxmadığını... Davamı..

Ayətullah Cavad Amuli: “Şeytani fikirlərə qalib gəlməyin yolu”

Böyük əxlaq ustadı Ayətullah Cavadi Amuli bu barədə buyurur: “İnsan hər bir işinə Allahın adı ilə başlayarsa, şeytani fikirlərin aradan getməsinə səbəb... Davamı..

İmam Sadiq (ə): “Əgər ziyandan sağlam qalarsa, danışmaq sükutdan daha yaxşıdır”

Hədislərimiz buyurur ki, əgər danışmaq üçün ehtiyac yaranmasa, yersiz söz danışmaq yerinə susmaq və sükut etmək insana ancaq xeyir və fayda gətirər, ziyandan... Davamı..