Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
14 May 16:15
Şərh Yoxdur
1326

Ramazan ayı üçün 10 bənddən ibarət tutumlu gündəlik proqram

O zaman ki, insan qarşısına çıxan bir fürsətin dəyirini bilər, onun qədrini daha yaxşı başa düşər və həmin fürsətdən bacardığı qədər istifadə etməyə çalışar. Ramazan ayı da müsəlmanların qarşısına çıxan ən böyük fürsətlərdən biridir ki, hər kim onu dərk edər, mütləq onun qədrini bilər və ondan bacardığı qədər daha çox istifadə edər.

 

Bu fürsətdən daha çox necə istifadə edə bilərik?

 

1. Gün ərzində işimizi elə qurmalıyıq ki, azı bir dəfə, yaxşısı – bir neçə dəfə Quran tilavəti ilə məşğul ola bilək.

 

2. Namazları vaxtında və diqqətlə qılmağa səy edək.

 

3. Bu günün duasını mütləq oxuyaq və Ramazan ayında oxunması müstəhəb olan duaları bir neçə hissəyə bölüb, gün ərzində oxumağa çalışaq.

 

4. Bacardığımız qədər Allahı zikr edək. Bu və digər zikrlərin içindən seçib, gün ərzində deyə bilərik:

“Subhənallah”,

“Əlhəmdulilləh”,

“Allahu Əkbər”,

“Lə iləhə illəllah”,

“Əllahummə salli alə Muhəmmədin və Ali-Muhəmməd”,

“Lə həvlə və lə quvvətə illə billəhil-aliyyil-azim”, “Lə iləhə illlə ənt, subhənəkə inni kuntu minəz-zalimin”,

“Ya həyyu, ya qəyyum”,

“Lə iləhə illəllahul-məlikul-haqqul-mubin”,

“Ya ərhəmər-rahimin”,

“Ya Rabbəl-aləmin”,

“Əstəğfirullahə Rabbi və ətubu iləyh”

və digər bəyənilən zikrlərin içindən seçib, demək olar.

 

5. Eyni zamanda, Uca Allahla rabitə üzərində fikirləşməyə çalışmaq. Gün ərzində insan özünü Uca Allahın hüzurunda hiss etsə, dediyi sözlərə, etdiyi zarafatlara, düşündüyü fikirlərə diqqət edər. Bu onda sabit bir təqva haləti yaradar ki, digər 11 ayda onun səhv hərəkətlərinin qarşısını alan, günahdan sığortalayan bir köməkçi rolunu oynayar.

 

6. İmkan daxilində dəstəmazlı olmağa çalışaq.

 

5. Əgər sabahkı günü səhər tezdən işləmirsinizsə, həmin gecəni əhya saxlamağa çalışın. Amma özünüzü yormayın. Gücünüzdən artıq ibadət etməyin, halal ruzi qazanmağa enerji və gücünüz olsun.

 

7. Dini məkanlarda təşkil edilən Ramazan ayı tədbirlərində iştirak etməyə çalışaq.

 

8. İftarları mənəvi insanlarla, ailə üzvləri ilə keçirməyə çalışaq.

 

9. Enerjimizi boş yerə xərcləməkdən həya edək. Xüsusilə, yersiz danışmaqlara və qeybətə. (Tebyan/Deyerler)

 

10. İftar zamanı və obaşdan yeməyində ifrat etməkdən çəkinək. Eyni zamanda, halal ləzztlərdən imtina etməyək. Çalışaq, obaşdan və iftarlarlardan həm fiziki, həm estetik, həm də – ən başlıcası – mənəvi payımızı aparaq.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Bu yeddi nəfər bütün peyğəmbərlər tərəfindən lənətlənib

Həzrət Rəsuli-Əkrəm (s) buyurub: Mən yeddi nəfərə lənət etmişəm, Allah da onlara lənət edib və məndən əvvəlki peyğəmbərlər də onlara lənət etmişlər.... Davamı..

Allah Təala niyyətə savab verər ki, həmin savab əməlin özündə olmaz

Həzrət Peyğəmbər (s) buyurur: “Möminin niyyəti əməlindən daha üstündür. Kafirin niyyəti əməlindən də pisdir. Hər əməl edən, niyyəti əsasında əməl edər”. Zeyd... Davamı..

Hər kəsdə bu beş xislətdən biri olmasa, onda çox xeyir-bərəkət olmaz

İmam Sadiq (ə) buyurub: “Hər kəsdə bu beş xislətdən biri olmasa, onda çox xeyir-bərəkət olmaz: vəfa, tədbirlilik, abır-həya, xoş xasiyyət, əvvəlki dörd... Davamı..

Peyğəmbər (s): “Nаmаzınа qаrşı sәhlәnkаrlıq еdәni Аllаh оn bеş bәlаyа düçаr еdәr”

Hәzrәt Fаtimәyi-Zәhrа (s) buyurur ki, аtаmdаn nаmаzа qаrşı süstlük vә sәhlәnkаrlıq еdәn kişi vә qаdınlаr hаqdа sоruşdum. Buyurdu: “Nаmаzınа qаrşı süstlük vә... Davamı..

Allah gördüyü şeylə eşidər və eşitdiyi şeylə də görər

“Allah ədalətlə hökm edər. Ancaq onların Allahdan başqa ibadət etdikləri isə heç bir şeyə hökm edə bilməzlər. Həqiqətən, Allah eşidən və görəndir.”... Davamı..

Tövbə qapısı nə zaman bağlanar?

Hədislərimizə əsasən tövbə qapısı o qədər genişdir ki, günahkar və çirklənmiş insan oradan daxil ola bilsin. Ancaq bu geniş qapı üç halda... Davamı..

Dörd nәfәrin duаsı rәdd оlunmаz

Аllаh-tәаlа bir hәdisi-qüdsidә buyurur: “Sәndәn duа еtmәk, mәndәn qәbul еtmәk. Yаlnız hаrаm yеyәn şәхsin duаsı qәbul оlmаz.”[1] Duаnın qәbul оlmаsınа mаnе оlаn... Davamı..

O iş ki, Allahın adı orada zikr olunmaz aqibəti xeyirli deyildir

Abdullah ibni Yəhya, Əmirəl-möminin (ə) yanındakı kürsüdə əyləşir. “Bismillah” deməmiş sözünə başlayır. Bu zaman stuldan yerə yıxılır və başı yarılır. Qan axmağa... Davamı..