Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
13 May 17:30
Şərh Yoxdur
754

Ramazan ayında ibadətlərin qəbul olunmasının nişanələri vardır

Ustad Qiraəti Ramazan ayı ilə bağlı buyurur: “Necə ki, namazdan əvvəl azan deyilməlidir, Ramazan ayı gəlməzdən əvvəl də bu qonaqlığa hazırlaşmaq lazımdır.

 

Ramazan ayının əzəməti orucuna görə deyildir, Quranın bu ayda nazil olmasına görədir. Bu ayda həm oruc vacib olmuşdur və həm də Quran nazil olmuşdur. Allah Təala Quranın əzəməti haqqında danışmaq istəyəndə buyurur: “Ramazan ayı insanların bələdçisi, aşkar hidayət dəlillərinə malik və (haqq ilə batili bir-birindən)ayıran Qur’anın nazil olduğu bir aydır”. (“Bəqərə” 185).

 

O insan ki, həsədə, yalana, töhmətə və qeybətə düçar olmuşdur, bu cür xəstəliklər üçün dərman lazımdır. Quran – bütün bu xəstəliklərin şəfa və dəvasıdır. Quran – bürhan və hüccətdir. Əgər nədəsə şəkk edirsənsə, bil ki, Quran sənin bu şəkkini aradan aparacaqdır, çünki insanlıq üçün hüccətdir. Öz dəlilləri ilə sənin şəkkini aradan aparar.

 

Allah Təala Quranda Yusifin (ə) əhvalatını zikr etdikdən sonra buyurur ki, əgər siz öz təqvanızı onun kimi qoruya bilsəniz, Yusifə (ə) verdiklərimizdən sizə də verəcəyik.

 

Biz, Quranın bizi görmək istədiyindən çox geridəyik, baxmayaraq ki, elm inkişaf etmiş və yüzdən çox təfsir vardır. Ancaq günah ətəyimizi buraxmır. Quranın nümunə insanlarından ola bilmirik.

 

Bizim bu müqəddəs ayda ibadətlərimizin qəbul olmasının nişanələri vardır. Əgər ərlə arvad bir-biri ilə tənə ilə danışarsa, deməli əməlləri qəbul olmamışdır.

 

Əgər kimsə bu ayda bir başqasının qeybətini edərsə, deməli əməli qəbul olmamışdır.

 

Əgər kimsə qəlbində bir başqasının pisliyini istəyərsə və niyyəti bu olar ki, ona ziyan vursun – namaz və ibadətləri qəbul olmaz.

 

Əgər kiminsə gəliri haramdır və bu haram tikə ilə iftar edirsə – əməlləri qəbul deyildir.

 

Ona görə də ey əzizlərim! Bu ayda çalışmalıyıq ki, əməllərimiz qəbul olsun. Bəzən kiçik bir əməlimizi Allah qəbul edir, ancaq böyük əməllərimizi qəbul etmir”. (Tebyan/Deyerler)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Mübarək Ramazan ayının gecələrində bu namazı qılmağı unutmayaq

Mübarək Ramazan ayının hər gecəsi (gecə yarısı,) iki rəkətli müstəhəb namazı var ki, bu qaydada qılınır. Hər rəkətində bir Həmd və üç... Davamı..

Ramazan ayı üçün 10 bənddən ibarət tutumlu gündəlik proqram

O zaman ki, insan qarşısına çıxan bir fürsətin dəyirini bilər, onun qədrini daha yaxşı başa düşər və həmin fürsətdən bacardığı qədər istifadə... Davamı..

Bu duaları namazların qunutunda oxuya bilərsiniz

Qunutda Quranın bu ayəsini  oxumaq Peyğəmbərin sünnəsidir: “Rəbbəna atina fid-dünya həsənətən və fil-axirəti həsənətən və qina əzabən-nar”. Tərcüməsi: “Ey Rəbbimiz, bizə bu... Davamı..

Ramazan ayı həyatı dəyişdirmək üçün bir fürsətdir

Mübarək Ramazan ayı həyatı yaxşılığa doğru dəyişmək, Quranla ünsiyətdə olmaq, özünü düzəltmək və fəaliyəti İslam prinsiplərinə əsasən qurmaq üçün ən münasib fürsətdir.... Davamı..

Ramazan ayının hər gecəsinin müstəhəb namazı var

Ramazan ayının hər gününə məxsus dualar olduğu kimi, hər gecəsinə məxsus fəzilətli namazları vardır ki, onlarla tanış olaq. Bunu qeyd edək ki,... Davamı..

Mübarək Ramazan ayının əməlləri

Bu gecə mübarək Ramazan ayının ilk gecəsi daxil olur   Ramazan ayı – orucun vacib olduğu aydır. Bundan əlavə, məsləhət görülən bir... Davamı..

Sabah Şaban ayının 30-dur. Mübarək Ramazan ayının ilk günü may ayının 7-dir

Bu gecə Ramazan ayının hilalı görünmədi. Ayətullah Xameneinin nəzarətində olan “İstihlal İdarəsi”nin  verdiyi məlumata görə, Sabah Şaban ayının 30-dur. Ramazan ayının ilk günü isə... Davamı..

Naməhrəm qadınla kişi arasında riayət olunmalı mövzular

Dinimiz kamil din olduğu üçün, insanın və cəmiyyətin saədətinə ziyan gətirə bilən hər bir əməli insanlara tanıtmış və onları bu əməllərdən çəkindirmişdir.... Davamı..