Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
8 May 09:30
Şərh Yoxdur
5302

Ramazan ayı həyatı dəyişdirmək üçün bir fürsətdir

Mübarək Ramazan ayı həyatı yaxşılığa doğru dəyişmək, Quranla ünsiyətdə olmaq, özünü düzəltmək və fəaliyəti İslam prinsiplərinə əsasən qurmaq üçün ən münasib fürsətdir.

Ümumiyyətlə, Ramazan ayındakı yaşayış tərzini 4 qismə bölmək olar:

  1. Allahla rabitə
  2. Özü ilə rabitə
  3. Ailə ilə rabitə
  4. Yaşadığı ətrafla rabitə.

Oruc tutmaq Allahla bəndə arasındakı münasibətə birbaşa təsir edir. Çünki Allah bizi rəhməti üzündən yaradıb və bu ayda bəndə üçün xüsusi abı-hava yaradıb ki, o, öz ürək sözlərini xaliqə deyə bilsin.

İnsanda bütün varlıqlardan üstün olduğu üçün müəyyən xislətlər qoyulub. Lakin o, bundan qafildir. Ramazan ayı isə insanın özünə gəlməsi üçün bir fürsətdir. Bəndə anlamalıdır ki, Allahın əmrinə itaətdə nə qədər səhlənkarlıq edir. Mübarək Ramazan ayı insan üçün bir illik qəflətdən oyanması üçün əlverişli fürsətdir. Bu gün cəmiyyətdə insanın ruhuna olduqca mənfi təsir qoyan internet və peyk antenaları kimi bir sıra avadanlıqlar  mövcuddur. Ramazan ayı isə bəndəyə günahlardan uzaq olub, Allaha yaxınlaşmaq üçün kömək edə bilər. Elə bir kömək ki, orucluğun sonunda insan özünün əsaslı şəkildə dəyişildiyini hiss edə bilər. Ramazan ayı insana düzgün maddi və mənəvi həyat sürməyə öyrədir.

Müsəlmanlar anlamalıdır ki, qeyri-İslami həyatın necə də pis nəticəsi var. Ramazan ayında oruc tutan kəs azacıq səy etməklə, sürətlə paklığa doğru irəliləyəcəyinə ümid edə bilər. Həmçinin öz imanının çoxalmasını istəyən kəs zamandan düzgün istifadə etməli, gecələr oyaq qalıb ibadətdə keçirməli və sileyi-rəhm etməlidir – qohumlara, ata və anaya baş çəkməlidir.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

İnsanlar Zəmanə Sahibini (ə.f) öz yanlarında bilsələr, yer və göy bərəkətlərini zahir edər

Allah Təala Qurani-Kərimdə buyurur: “Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz göydən və yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq.... Davamı..

Kimsə üzrlü səbəb olmadan cümə namazında iştirak etməsə, bu bir növ münafiqlik əlamətidir

Ustad Möhsün Qiraəti buyurur: Bəzən İslam dininə aid ibadətlər mənəvi-psixoloji aspektlərdən başqa, ictimai-siyasi xarakter də daşıyır. Xüsusilə aşkar və kol­lektiv şəkildə xüsusi... Davamı..

Təvəssül etməyin şərtləri

Məsum İmamlara (ə) təvəssül etmək elə bir mövzulardandır ki, onu həm ağıl və həm də dinimiz bəyənir, qəbul edir. Həzrət Peyğəmbərin (s)... Davamı..

İbadətlərimizi nə zay edir? Tanıyaq və özümüzü qoruyaq

İnsana qarşı pusquda dayanan İblis (lən), daima onun ibadətlərini zay etməklə məşğuldur. İbadəti zay edən amillər ilə tanış olaq:   1. Riya.... Davamı..

Hansı işlərdə tələsmək bəyənilir?

Baxmayaraq ki, tələskənlik – bir çox hallarda bəyənilməyən əməldir, ancaq bəzi işlərdə tələsmək müsbət bir hal kimi qiymətləndirilir.   1. Xeyir işlərdə. “Hər bir dəstənin... Davamı..

Bunları bildikdən sonra şükür səcdəsini tərk etməyəcəksiniz

Şükür səcdəsi də namaz namazdan sonrakı əməllərdən biridir. Allahın sonsuz və saysız nemətlərinə şükür əlaməti olaraq namazdan sonra alnı torpağa qoyaraq Onun... Davamı..

Hansı nəzir bizləri hacətimizə tez çatdırar?

Nəzir o əməldir ki, insan özünə vacib edər ki, Allah üçün müəyyən xeyir iş görsün. Bəs hansı nəzir daha təsirlidir?   Məsumlardan... Davamı..

Dörd incə məqama riayət eməklə təbabətdən ehtiyacsız olun

Həzrət Məhəmməd (s) buyurub: “Həkim Allahdır, sənsə mehriban dost.” [1]   İmam Əli (ə) İnsanı təbabətdən ehtiyacsız edən məqamları açıqlayır: İmam Əli (ə) oğlu... Davamı..