Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
3 Aprel 15:09
Şərh Yoxdur
439

Hacı Əhliman Gürcüstanda keçirilən bayram tədbirində iştirak edib

Gürcüstanın Qardabani şəhərində Əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin(s) peyğəmbərliyə təyin olunduğu gün, “Məbəs” bayramı münasibəti ilə bayram tədbiri keçirilib.

Tədbirdə yerli və Azərbaycan, Almaniya və İrandan ilahiyyatçı alimlər, rayon və ətraf kəndlərdən dəvət olunan inanclılar və ictimaiyyət xadimləri iştirak ediblər.

Tədbirin aparıcısı Məşhədi Vidadi Qurbanov məclisin öncə Qurani-kərimin tilavəti ilə açıq elan olunması üçün Azərbaycanlı mahir Quran qiraətçisi Ruslan Qasımovu kürsüyə dəvət edib. Sonra yerli ruhanilərdən olan Əhlibeyt hikməti cəmiyyətinin sədri Hacı Namiq Hüseynov qonaqları təqdim edərək təbriklərini çatdırıb.

Mərasimin təşkilatçısı olan Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov məclis iştirakçılarına təbrik etdikdən sonra Peyğəmbər (s) və pak əhlibeytinin (ə) viladət və şəhadət günlərinin keçirilməsinin məqsəd və faydalarından danışıb.

Sonra kürsüyə dəvət olunan Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən Hacı Cavad məscidinin axundu, tanınmış din alimi Hacı Əhliman Rüstəmov, Almaniyanın imam cümələrindən olan, din alimi Hacı Kerim Ucar, Almusta Beynəlxalq Universitetinin nümayəndəsi Hacı Davud Zare çıxışları zamanı əziz İslam peyğəmbərinin şəxsiyyəti, İlahi missiyası, fəziləti, amal və hədəfləri, gətirdiyi son və kamil dinin özəllikləri və örnəkləri haqqında söhbətlər ediblər.
Bayram süfrəsi ətrafında keçirilən mərasimdə Almaniyadan qonaq olan Hasan Babur yazdığı dini şeirlərlə məclis içtirakçılarının qəlbini oxşuyub. Gənc məddah Səid Həsənin ifasında dini ilahilər səsləndirilib. Bayram tədbiri İmam Zaman (ə) duasının oxunması ilə sona çatıb.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Dörd nәfәrin duаsı rәdd оlunmаz

Аllаh-tәаlа bir hәdisi-qüdsidә buyurur: “Sәndәn duа еtmәk, mәndәn qәbul еtmәk. Yаlnız hаrаm yеyәn şәхsin duаsı qәbul оlmаz.”[1] Duаnın qәbul оlmаsınа mаnе оlаn... Davamı..

O iş ki, Allahın adı orada zikr olunmaz aqibəti xeyirli deyildir

Abdullah ibni Yəhya, Əmirəl-möminin (ə) yanındakı kürsüdə əyləşir. “Bismillah” deməmiş sözünə başlayır. Bu zaman stuldan yerə yıxılır və başı yarılır. Qan axmağa... Davamı..

Ölmüş insanın ruhu gəlib, insanı narahat edə bilərmi?

Bu dünyada yaşayan insanların bəzisi yaxşı və bəzisi pis insanlardırlar. Ölən zaman da onların ruhlarını günahkar və mömin olaraq ayırarlar, behiştə və... Davamı..

Dil zikr edəndə, insana nə kimi bərəkətlər gətirir?

Allahın insana əta etdiyi ən böyük nemətlərdən biri – dildir. Əgər bu dil Allahı zikr edərsə, öz vəzifəsini yerinə yetirmiş olar. Zikr... Davamı..

Bu dua Peyğəmbərimizin (s) ən çox etdiyi duadır

Ali Rəhbər öz xütbələrinin birinin sonunda bu duanı demişdir: “یا مُقَلِّبَ القُلوبِ ثَبِّت قُلوبَنا عَلی دینِک.» “Ya muqallibəl-qulub, sabbit qalbi alə dinikə”.... Davamı..

Namazda qəlb hüzuru əldə etməyin yolları

İmam Rzaya (ə) sual verirlər ki, namazın ədəbi nədir. İmam (ə) buyurur: 1. Qəlb hüzuru. 2. Bədən üzvlərini azad buraxmaq. (yəni onlarla... Davamı..

İnsanı peşman olmağa qoymayan 3 sifət

İmam Cavad (ə) buyurur: “Üç şey vardır ki, hər kim ona malik olar, peşman olmaz: 1. Tələsməkdən çəkinmək. 2. İşlərdə məsləhət etmək.... Davamı..

“Hacı Cavad” məscidində bayram namazı qılınıb – FOTOLENT

Bu gün müqəddəs Ramazan bayramı ilə əlaqədar Bakının “Hacı Cavad” məscidində bayram namazı qılınıb. Caamatla birlikdə namaz qılındıqdan sonra məscidin axundu, ilahiyyatçı... Davamı..