Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
2 Aprel 13:00
Şərh Yoxdur
7292

Bu gecə mübarək Məbəs gecəsidir. Məbəs gecəsinin və gününün əməlləri

Məbəs gecəsi mübarək gecələrdən biridir ki, onun özünəməxsus əməlləri vardır. İmam Cavad (ə) buyurur: “Rəcəb ayında elə bir gecə vardır ki, günəşin nur saçdığı hər şeydən daha yaxşıdır. Həmin gecə Rəcəb ayının 27-ci gecəsidir ki, onun səhərində Peyğəmbər (s) məbus olmuşdur. Bizim davamçılarımızdan hər kim bu gecənin əməllərini yerinə yetirsə, 60 il əməlin əcrini aparar”. Soruşurlar ki, bu əməllər hansılardır?

Buyurur: “İşa namazından sonra gecə yarısından əvvəl ayağa qalx, 12 rükətli namaz qıl ki, 2-rükətli altı namaz olur. (Hər bir rükətdə “Həmddən” sonra qısa və ya geniş surələrdən oxumaq). Namaz bitəndən sonra “Həmd” surəsini 7 dəfə, “Nas” və “Fələq” surələri 7 dəfə, “Tövhid” və “Kafirun” surələrini 7 dəfə, “Qədr” və “Ayətül-kürsü”nü 7 dəfə oxu və bundan sonra bu duanı oxu. اَلْحَمْدُ لِلّهِ الَّذى لَمْ یَتَّخِذْ وَلَداً وَ لَمْ یَكُنْ لَهُ شَریكٌ فى الْمُلْكِ وَ لَمْ یَكُنْ لَهُ وَلِىُّ مِنَ الذُّلِّ وَ كَبِّرْهُ تَكْبیراً اَللّهُمَّ اِنّى اَسئَلُكَ بِمَعاقِدِ عِزِّكَ عَلَى اَرْكانِ عَرْشِكَ وَ مُنْتَهَى الرَّحْمَةِ مِنْ كِتابِكَ وَ

سْمِكَ الاْعْظَمِ الاْعْظَمِ الاْعْظَمِ وَ ذِكْرِكَ الاْعْلىَ الاْعْلىَ الاْعْلى وَ بِكَلِماتِكَ التّامّاتِ اَنْ تُصَلِّىَ عَلى مُحَمَّدٍ وَ آلِهِ وَ اَنْ تَفْعَلَ بى ما اَنْتَ اَهْلُهُ .

Bundan sonra Allaha dua et”.

Bu gecədə qüsl almaq müstəhəb əməllərdəndir. Bu gecənin ən fəzilətli əməli isə Həzrət Əmirəl-möminini (ə) və Həzrət Peyğəmbəri (s) ziyarət etməkdir.

 

Məbəs gününün əməlləri.

Bu əziz gündə Həzrət Cəbrayil (ə) Peyğəmbərə (s) nazil olaraq, onu risaləti ilə müjdələmişdi. Bu günün bəzi əməlləri vardır ki, onlara işarə edək:

 

1. Qüsl.

2. Oruc tutmaq. Bu günün orucu 70 ilin orucuna bərabərdir.

3. Çoxlu salavat göndərmək.

4. Həzrət Peyğəmbəri (s) və Əmirəl-möminini (ə) ziyarət etmək.

5. Şeyx Misbah İmam Cavaddan (ə) nəql edir ki, Həzrət (ə) Bağdadda olan zaman Rəcəb ayının on beşində və iyirmi yeddisində oruc tutardı. Onun bütün səhabələri də oruc tutardılar. Bizə əmr etmişdi ki, on iki rükət namaz qılaq. Namaz bitəndən sonra isə “Həmd”, “Tövhid”, “Nas” və “Fələq” surələri 4 dəfə, həmçinin bu duaların hər biri 4 dəfə oxunmalıdır:

لا اِلهَ اِلا اللهُ واللهُ اَكْبَرُ وَ سُبْحانَ اللهِ وَالْحَمْدُلِلّهِ وَلا حَوْلَ وَلا

قُوَّةَ اِلاّ بِاللهِ الْعَلِىِّ الْعَظیمِ”

/ اللهُ اللهُ رَبِّى لا اُشْرِكُ بِهِ شَیْئا/

/ لا اُشْرِكُ بِرَبِّى اَحَدا/

Sonra isə uca Allahdan hacətinizi istəyin.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Cin, cadu, tilsim, sehr – bütün şər qüvvələri sadə yolla dəf etmək olar

Varlıq aləmində Allahın iradəsi ilə yaşayan qüvvələri dörd hissəyə bölmək olar: 1. Zəmimə qüvvələri. 2. Xüsusi ayın qüvvələri. 3. Ruhi qüvvələr. 4.... Davamı..

Sabahdan Şaban ayı başlayır. Bu ayın müştərək əməlləri

Aprelin 6-sı şam azanından sonra Şaban ayı daxil olur və aprelin 7-si Şaban ayının ilk günüdür. Şaban ayı mübarək Ramazan ayına son... Davamı..

Hacı Əhliman Gürcüstanda keçirilən bayram tədbirində iştirak edib

Gürcüstanın Qardabani şəhərində Əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin(s) peyğəmbərliyə təyin olunduğu gün, “Məbəs” bayramı münasibəti ilə bayram tədbiri keçirilib. Tədbirdə yerli və... Davamı..

Gürcüstanda İslam mövzusunda beynəlxalq konfrans keçirilib (FOTOLENT)

Gürcüstanın paytaxtı Tbilisidə Gürcüstan Müsəlmanları İdarəsinin və Alulbeyt Dini Mədəniyyət Mərkəzinin birgə əməkdaşlığı ilə Tbilisidə “Sülh, şəfqət və rəhmət dini – İslam”... Davamı..

İslam dinində qız oğlana elçilik edə bilərmi?

“O iki qadından biri dedi: «Atacan, onu(muzdla) işə götür, çünki (bu) güclü və etibarlı (adam)muzdla tutduqlarının ən yaxşısıdır». (Şüeyb) dedi: «Mən bu iki qızımdan birini sənə ərə vermək istəyirəm. Bunun... Davamı..

Bu gecə “arzular gecəsi”dir. Bu gecənin namazı var

Rəcab ayının ilk cüməsinin gecəsi (yəni Rəcəbin ilk cümə axşamından ilk cüməsinə keçən gecə) “leylətul-rəğaib” yəni “arzular gecəsi” adlanır. Bu gecəni ibadət və dualarla keçirmək... Davamı..

Hәr kәsdә bu üç xüsusiyyət оlsа, dünyа vә ахirәtini qаzаnаr

  “Еy imаn gәtirәnlәr! Sәbir vә nаmаzlа Аllаhdаn kömәk dilәyin. Çünki Аllаh sәbir еdәnlәrlәdir.” (“Bәqәrә” surәsi, аyә: 153.) . Pеyğәmbәr (s) buyurub: “Hәr... Davamı..

Sabahdan mübarək Rəcəb ayı başlayır. Rəcəb ayının əməlləri

Mart ayının 7-dən  8-nə keçən gecə, hicri qəməri təqvimi ilə mübarək Rəcəb ayı daxil olur. Həzrət Əli (ə) buyurur: “Rəcəb mənim ayım,... Davamı..