Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
14 Mart 09:00
Şərh Yoxdur
17519

Bu gecə “arzular gecəsi”dir. Bu gecənin namazı var

Rəcab ayının ilk cüməsinin gecəsi (yəni Rəcəbin ilk cümə axşamından ilk cüməsinə keçən gecə) “leylətul-rəğaib” yəni “arzular gecəsi” adlanır. Bu gecəni ibadət və dualarla keçirmək tövsiyə olunub.

Həzrət Rəsuləllah (s) buyurub: “Rəcəb ayının ilk cümə gecəsindən qafil olmayın, mələklər həmin gecəyə “arzular gecəsi” deyərlər”

 

Bu gecənin namazı var. Namazın qaydası belədir:

Namazın niyyəti Rəğaib gecəsinin namazını (ya bu gecənin namazını) qılıram qürbətən ilallah.

Bu günün savabını qazanmaq üçün həftənin dördüncü günü oruc tutulur, cümə gecəsi Şam və İşa namazları arasında on iki rükət (altı dəfə iki rükətli namaz) namaz qılnır. Hər rükətdə “Fatihə” surəsindən sonra üç dəfə “Qədr” və on iki dəfə “İxlas” surəsini oxunmalıdır.

Namazdan sonra bu zikr yetmiş dəfə deyilir: “Əllahummə səlli əla Muhəmmədin nəbiyyil ummiyyi və alih”.

اللّهُمَ صَلِ عَلى مُحَمَّد النَّبىِّ وَ عَلى آلِهِ

Tərcümə: İlahi, Muhəmməd Peyğəmbərə və Onun ailəsinə Öz rəhmətini göndər.

Sonra səcdə etməli və səcdədə yetmiş dəfə bu zikr deyilir: “Subbuhun Quddus, rəbbul məlaikəti vər-ruh”

سُبُوحٌ قُدُوسٌ رَبُّ الْمَلائِکَةِ وَالرُّوحِ

Tərcümə: İlahi, Sən çox paksan, çox müqəddəssən, mələklər və ruhun rəbbisən.

Sonra başını səcdədən qaldırıb, yetmiş dəfə bu zikr deyilir: “Rəbbi iğfir vərhəm və təcavəz əmma tə`ləmu, innəkə əntəl əliyyul ə’zəm”

رَبِّ اغْفِرْ وَ ارْحَمْ وَ تَجاوَزْ عَمّا تَعْلَمُ، إِنَّکَ أنْتَ العَلىُّ الْأعْظَمُ

Tərcümə: Rəbbim, məni bağışla, mənə rəhm et. Bildiyin bütün günahlarımı əhv et. Həqiqətən sən uca və əzəmətlisən.

Daha sonra səcdə etməli və səcdədə yenidən yetmiş dəfə bu zikr deyilir: “Subbuhun Quddus, rəbbul məlaikəti vər-ruh”

سُبُوحٌ قُدُوسٌ رَبُّ الْمَلائِکَةِ وَالرُّوحِ

 

Bütün bunlardan sonra hacətlərinizi Allahdan istəyin və bizi də dua etməyi unutmayın.

 

www.ahliman.info

 

Digər “Mənəviyyat ” Xəbərləri

Hәr kәsdә bu üç xüsusiyyət оlsа, dünyа vә ахirәtini qаzаnаr

  “Еy imаn gәtirәnlәr! Sәbir vә nаmаzlа Аllаhdаn kömәk dilәyin. Çünki Аllаh sәbir еdәnlәrlәdir.” (“Bәqәrә” surәsi, аyә: 153.) . Pеyğәmbәr (s) buyurub: “Hәr... Davamı..

Sabahdan mübarək Rəcəb ayı başlayır. Rəcəb ayının əməlləri

Mart ayının 7-dən  8-nə keçən gecə, hicri qəməri təqvimi ilə mübarək Rəcəb ayı daxil olur. Həzrət Əli (ə) buyurur: “Rəcəb mənim ayım,... Davamı..

Əgər hamımız Həzrət Adəmin (ə) nəvələriyiksə, niyə rəngimiz irqimiz fərqlidir?

Yer kürəsinin hər bir yerində yaşayan insanlar o yerin təbiətinə uyğun olaraq müxtəlif rəngə, irqə və dilə malikdirlər.   İrqlər arasında ən... Davamı..

Əhli-Beytin (ə) nəzərində dostluğa layiq insan kimdir?

Həzrət Məhəmməd (s) buyurub: “Ən xoşbəxt insan böyük insanlarla yoldaşlıq edəndir.”[1]   İmam Əli (ə) buyurub: “Ən böyük düzgünlük və mənfəət ağıllı, iman... Davamı..

Hansı halda insan öz həyatından razı olur?

Yəqin ki, həyatınız boyu elə insanlarla rastlaşmısınız ki, sadə həyatlarına baxmayaraq, üzləri həmişə gülər və ürəkləri şad olar. Bəs onların bu sevincinin... Davamı..

Həzrət Yusif (ә): Sәnin Әbvаdаkı qаdınlа оlаn görüşün mәnimkindәn dә hеyrәtlidir

Sülеymаn ibn Yәsаr tәqvаlı bir kişi idi vә fövqәlаdә gözәlliyә mаlik idi. О, Mәdinәdә yаşаyırdı. Bir gün dоstu ilә Kәbәnin ziyаrәtinә gеtdilәr.... Davamı..

Аllаh Аdәmin (ә) tövbәsini bu duаyа görә qәbul еtdi

İmаm Bаqir (ә) buyurub: “Bir dәfә аnаm divаrın kölgәsindә оturmuşdu. Birdәn divаr pаrçаlаndı vә uçulаrkәn аnаm әli ilә işаrә еdib dеdi: “Аllаh... Davamı..

Təvqalı olmaq üçün lazım olan 6 müqəddimə

Allah Təala Quranda təqva əhli olmaq üçün 6 yolu bəyan edir ki, onlarla tanış olaq: “O kəslər ki, qeybə (Allah, vəhy, mələklər və məad... Davamı..