Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
2 Mart 17:28
Şərh Yoxdur
1682

Hansı halda insan öz həyatından razı olur?

Yəqin ki, həyatınız boyu elə insanlarla rastlaşmısınız ki, sadə həyatlarına baxmayaraq, üzləri həmişə gülər və ürəkləri şad olar. Bəs onların bu sevincinin mənbəyi nədədir?

 

Şadlıq nədir? Şadlıq – insanın hədəfinə yaxınlaşan zaman büruzə verdiyi həyəcandır. O kəsin ki, həyatda hədəfi kiçik olar, daha xoşbəxt həyata malik olar. Gözü dünya malında olmaz və tək hədəfi – malik olduqları ilə qənaətlənməsidir. “Güldürən və ağladan  Odur”. (“Nəcm” 43).

 

Yəni, Allahın insanların qəm və şadlığının kökündə iradəsi vardır. O kəslər ki, Allah yolunda addım atarlar, Allah onları həyatdan razı və şad edər.

“De: «Allahın lütf və rəhmətinə, (bəli) həmin lütf və rəhmətə sevinsinlər ki, o, onların yığdıqlarından daha yaxşıdır»”. (“Yunus” 58).

 

O insanlar ki, əllərində olana razıdırlar və həyatdan ləzzət alırlar – onlar adətən mülayim insanlardırlar. Başqa insanlarla rabitədə əxlaq nümayiş etdirərlər. Başqalarının xatalarına rahatlıqla göz yumarlar və qəzəblərini kontrol edə bilirlər.

 

Onlar başqalarının çətinliklərinə qarşı laqeyd deyildirlər.

 

Başqalarının qəmini aradan aparmaq üçün səy göstərərlər. Onlar sanki başqaları üçün enerji mənbəyidirlər. Onları daima irəliyə doğru apararlar.

Xoş əxlaq və zarafatcıl olmaq – bu kimi insanların bariz sifətləridir.

İmam Sadiq (ə) buyurur ki, mömin gərək mömin qardaşının qəmini aradan aparsın və onu sevindirsin. (Tebyan/Deyerler)

 

Özləri həyatlarından razı olduqları üçün, istəyirlər ki, başqaları da bu cür yaşasın. O insanlar ki, əllərində olanın qədrini bilər və ona görə şükür edərlər – onlar şad olmağa layiqli insanlardırlar. Əgər cəhd etsək və səy göstərsək, biz də bu cür insanlardan ola bilərik.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Belə şəxsləri görən zaman bil ki, onlar Cəfəri şiələridir

İmam Əli (ə) buyurub: “Allahın Peyğəmbərinə (s) insanların mənə paxıllıq etmələrindən şikayətləndim. O Həzrət (s) buyurdu: Ey Əli! Cənnətə daxil olacaq ilk... Davamı..

Bu yeddi nəfər bütün peyğəmbərlər tərəfindən lənətlənib

Həzrət Rəsuli-Əkrəm (s) buyurub: Mən yeddi nəfərə lənət etmişəm, Allah da onlara lənət edib və məndən əvvəlki peyğəmbərlər də onlara lənət etmişlər.... Davamı..

İmam Əli (ə): “Özünə hörmət qоyаn kimsənin gözündə nəfsi istəklər dəyərsiz оlаr”

Əmirəl-möminin imam Əli əleyhissalam “nəfsin tərbiyəsi” ilə bağlı buyurmuşdur:   “Cаmааt! Nəfslərinizin tərbiyəsi ilə məşğul оlun və оnu аdətlərinə hərislikdən sахlаyın.” “Nəfslərinizlə... Davamı..

“Hətta bir dini göstərişi qəlbən qəbul etməyən şəxs kafirdir” – Ayətullah Yəzdi

Ayətullah Misbah Yəzdi buyurur: “İmanın nə dərəcədə olduğunu müəyyən etmək üçün insanların əməlinə diqqət yetirmək lazımdır. Ən yüksək iman mərtəbəsinə  çatmaq üçün... Davamı..

Hər kəs Allaha tərəf ibadətinin ən xalisini göndərsə, Allah da ən yaxşı məsləhəti onun üçün nazil edər

İxlas məqamı təkamülün və seyri-süluk mərhələlərinin ən yüksək mərhələsidir. İxlas nəticəsində qəlb ilahi nurların saçmasının mərkəzinə çevrilir. Qəlbdə hikmət və elm çeşməsi... Davamı..

Ərbəin günü oxumaq istəyənlər üçün Ərbəin ziyarətnaməsi

Ərbəin günündə İmam Hüseynin (ə) məzarını ziyarət etmək və Ərbəin ziyarətnaməsini oxumaq böyük savaba malikdir. Hətta İmam Həsən Əsgəri (ə) Ərbəin ziyarətnaməsini... Davamı..

Böyük insan heç vaxt söyüş söyməz

Həzrət Məhəmməd (s) buyurub: “Elə bir şey olmayıb ki, çirkin sözlər danışmaq (çirkin əməllər görmək) ona eyb gətirməsin. Elə bir şey olmayıb ki,... Davamı..

“Elm varsa iman var” kimi fikirlər həqiqətdən uzaqdır – Ayətullah Yəzdi

Ayətullah Ustad Misbah Yəzdi buyurur: “İman nədir və Allaha iman gətirmək nə deməkdir? İlk əvvəl belə nəzərə çarpır ki, iman “inam” deməkdir... Davamı..