Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
4 Fevral 12:46
Şərh Yoxdur
1371

Həzrət Zəhranın (s.ə) rövzəsini eşidən xristian qadının hekayəsi

Lenny Drill Sin öz əhvalatını bizimlə belə bölüşür:

 

“56 il əvvəl Danimarkanın kiçik bir şəhərində dünyaya gəlmişəm. Valideynlərim xristian idilər. Atam müəllim, anam isə Danimarka idarələrinin birinin işçisi idi. Mənim bir bacım və bir qardaşım var. Çox təəssüf ki, müsəlman olandan sonra mənim əlaqələrini kəsiblər. Mənim müsəlman olmağımı qəbul edə bilmirlər.

 

O zaman ki, həyat yoldaşımla ailə qurdum, ona dedim ki, səninlə evlənməyim o demək deyildir ki, mən də müsəlman olacağam. Çünki həyat yoldaşım müsəlman idi. Əlbəttə, biz İslam qayda-qanunu ilə evləndik.

 

Biz bir neçə il bu cür yaşadıq. Həyat yoldaşım Kopenhagendə olan hüseyniyyənin təsisçisi idi. Müsəlmanların o günə qədər məscid və hüseyniyyələri yox idi. Həyat yoldaşım məndən istədi ki, orada təşkil edilən məclislərdə mən də iştirak edəm. Ancaq mən razı olmurdum.

 

Bir gün həyat yoldaşım mənə dedi: “Səndən bir xahişim vardır ki, bu gün mənimlə hüseyniyyəyə gələsən. Çünki bu gün Həzrət Zəhranın (s.ə) şəhadət günüdür. Həzrət Zəhra (s.ə) isə İslamın anasıdır”.

 

Baxmayaraq ki, getmək istəmirdim, ancaq razı oldum.

 

Hüseyniyyənin iki mərtəbəsi var idi. Birinci mərtəbə xanımlar üçün idi, ikinci mərtəbə kişilər üçün. Bütün işıqları söndürdülər və mərasim başladı. Bunu sizin üçün təsvir edə bilmirəm. Ancaq sanki ruhum uçurdu və mən o qaranlıq otaqda bir nur gördüm ki, otağın içində hərəkət edirdi. Hiss etdim ki, mənim varlığımda əyləşdi. Xüsusi hala düşdüm, ancaq nəyin baş verdiyini dərk etmirdim.

 

Evə qayıdanda həyat yoldaşım halımın dəyişdiyini hiss etdi və məndən səbəbini soruşdum. Mən də olanları ona danışdım. O, gülümsəyərək dedi: “Bu, təbiidir. Allah istəyir ki, Onun üçün olasan”.

 

Bu sözlər məni sakitləşdirdi. O gündən sonra qərara gəldim ki, İslam dinini qəbul edim. İndi artıq 18 ildir ki, müsəlman olmuşam. Buna görə də anamız Həzrət Fatiməyə (s.ə) çox təşəkkür edir və Allaha şükür edirəm”. (Beytutə/Deyerler)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Cin, cadu, tilsim, sehr – bütün şər qüvvələri sadə yolla dəf etmək olar

Varlıq aləmində Allahın iradəsi ilə yaşayan qüvvələri dörd hissəyə bölmək olar: 1. Zəmimə qüvvələri. 2. Xüsusi ayın qüvvələri. 3. Ruhi qüvvələr. 4.... Davamı..

Sabahdan Şaban ayı başlayır. Bu ayın müştərək əməlləri

Aprelin 6-sı şam azanından sonra Şaban ayı daxil olur və aprelin 7-si Şaban ayının ilk günüdür. Şaban ayı mübarək Ramazan ayına son... Davamı..

Hacı Əhliman Gürcüstanda keçirilən bayram tədbirində iştirak edib

Gürcüstanın Qardabani şəhərində Əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin(s) peyğəmbərliyə təyin olunduğu gün, “Məbəs” bayramı münasibəti ilə bayram tədbiri keçirilib. Tədbirdə yerli və... Davamı..

Bu gecə mübarək Məbəs gecəsidir. Məbəs gecəsinin və gününün əməlləri

Məbəs gecəsi mübarək gecələrdən biridir ki, onun özünəməxsus əməlləri vardır. İmam Cavad (ə) buyurur: “Rəcəb ayında elə bir gecə vardır ki, günəşin nur... Davamı..

Gürcüstanda İslam mövzusunda beynəlxalq konfrans keçirilib (FOTOLENT)

Gürcüstanın paytaxtı Tbilisidə Gürcüstan Müsəlmanları İdarəsinin və Alulbeyt Dini Mədəniyyət Mərkəzinin birgə əməkdaşlığı ilə Tbilisidə “Sülh, şəfqət və rəhmət dini – İslam”... Davamı..

İslam dinində qız oğlana elçilik edə bilərmi?

“O iki qadından biri dedi: «Atacan, onu(muzdla) işə götür, çünki (bu) güclü və etibarlı (adam)muzdla tutduqlarının ən yaxşısıdır». (Şüeyb) dedi: «Mən bu iki qızımdan birini sənə ərə vermək istəyirəm. Bunun... Davamı..

Bu gecə “arzular gecəsi”dir. Bu gecənin namazı var

Rəcab ayının ilk cüməsinin gecəsi (yəni Rəcəbin ilk cümə axşamından ilk cüməsinə keçən gecə) “leylətul-rəğaib” yəni “arzular gecəsi” adlanır. Bu gecəni ibadət və dualarla keçirmək... Davamı..

Hәr kәsdә bu üç xüsusiyyət оlsа, dünyа vә ахirәtini qаzаnаr

  “Еy imаn gәtirәnlәr! Sәbir vә nаmаzlа Аllаhdаn kömәk dilәyin. Çünki Аllаh sәbir еdәnlәrlәdir.” (“Bәqәrә” surәsi, аyә: 153.) . Pеyğәmbәr (s) buyurub: “Hәr... Davamı..