Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
31 Yanvar 09:33
Şərh Yoxdur
3318

Qəbul olan və geri qayıdan namazlar

Namaz – dinimizi sütunudur. Yerlə səma arasında olan möhkəm kəndirdir. Namaz bir pilləkənə bənzəyir ki, insan onun vasitəsilə merac edər. Namazın mərtəbələri vardır. Onlarla tanış olaq.

 

Qəbul olan namaz.

Qəbul olan namaz o namazdır ki, təvazökarcasına və yalvarışla yerinə yetirilsin. Zahiri və batini ədəbinə riayət olunsun. Bu namaz ruhu paklayar və nəfsi islah edə bilər. Bu namaza əxlaq namazı da deyirlər. Bu namazı mələklər xüsusi nurla göyə qaldırarlar. Allah bu namazı qəbul edər.

 

Düzgün namaz.

Düzgün namaz o namazdır ki, ibadət vəzifəni yerinə yetərəsən. Ona görə insan axirətdə sorgu-sual olunmaz. Bu namaza fiqhi namaz da deyərlər. Mələklər onu nuraniliyi olmadan göyə qaldırarlar. Həzrət Peyğəmbər (s) buyurur: “Bəzi namazların yarısı qəbul olar, bəzilərinin üçdə biri, bəzilərinin dördə biri, bəzilərinin isə beşdə biri və bəzilərinin də onda biri qəbul olar. Bəzi namazlar köhnə paltar kimi bükülmüş halda sahibinin üzünə vurular və namazqılan öz namazından bəhrə aparmaz. Məgər o qədər ki, onu qılan zaman Allaha diqqət etmişdir”.

O namaz ki, qəlb hüzuru ilə qılınar, dəyərli və çox əhəmiyyətlidir. Ola bilsin ki, insan bəzi namazlarda təvazöya riayət edə bilməsin. Belə olan zaman insan namazının zahiri ədəbinə riayət edərək sonda təqibatları deyərək və ya əvvəldə azan və iqamə deyərək namazın qəbul olması üçün şərait yarada bilər. Namazqılan namaz qılandan sonra salavat deyərək, təqibatları deyərək namazın çatışmamazlıqlarını aradan qaldıra bilər. İnşəallah ki, Allah bu namazı qəbul edər.

Namazın təqibatları arasında Həzrət Zəhranın (s.ə) təsbihi çox fəzilətlidir. İmam Sadiq (ə) buyurur: “Gündəlik namazlardan sonra nənəm Həzrət Zəhranın (s.ə) təsbihi mənim üçün hər gün qılınan min rükət namazdan daha üstün və sevimlidir”.

Bəzən namaz düzgün namaz olur, ancaq insanı inkişaf etdirməz. Hədislərə nəzər salan zaman görürük ki, namazın qəbul olması üçün 6 şərt lazımdır: 1. Etiqad şərti. 2. Vilayət şərti. 3. Əxlaq şərti. 4. İqtisadi şərt. 5. İctimai şərt. 6. Gigiyena şərti.

 

Etiqad şərti.

Namazqılanın gərək Allaha etiqadı olsun. Quran buyurur: “Hər kim – kişi yaxud qadın – imanı olan halda yaxşı iş görsə, onu şübhəsiz, (dünyada) pak bir həyatla yaşadacaq və (axirətdə) mükafatlarını çox gözəl olan əməllərinin müqabilində verəcəyik”. (“Nəhl” 97).

 

Vilayət şərti.

Yəni, vilayəti qəbul etsin və Məsum (ə) rəhbərə malik olsun. İmam Əli (ə) və övladları bütün Allah bəndələrini düz yola hidayət edər. İmam Baqir (ə) buyurur: “O kəsin ki, Allaha imanı var və taqəti çatan ibadətlər edər, lakin Allah tərəfindən layiqli İmamı yoxdur, faydasız səydir”.

 

Əxlaq şərti.

Allah Təala ancaq təvqa əhlindən qəbul edər. Həzrət Adəmin (ə) övladları kimi: birinin qurbanı qəbul olur, lakin digərininki isə yox.

 

İqtisadi şərt.

Bəzən ibadətin qəbul olması yoxsulların haqqını verməkdən asılıdır. Zəkat vermək kimi. İmam Rza (ə) buyurur: “Hər kim namaz qılar, ancaq zəkat verməz, namazı qəbul olmaz”.

 

İctimai şərt.

Başqalarına qarşı xeyirxah olmaq, ictimai rabitəni qorumaq, müsəlmanların arasındakı layiqli rabitəyə əhəmiyyət vermək.

 

Ailə şərti.

Ailədə xoşrəftar olmaq, qadınla kişinin qarşılıqlı haqlarına riayət etməsi, həmçinin övladlarının, qonşularının haqqına hörmət qoymaq lazımdır. İmam Sadiq (ə) buyurur: “Ata və anasına qəzəblə baxan övladın namazı qəbul olmaz. Baxmayaraq ki, valideyn ona qarşı zülm etmiş olsa belə”.

Həmçinin Peyğəmbər (s) buyurur: “Hər kəsin əziyyət verən arvadı olarsa Allah namaz və yaxşı əməllərini qəbul etməz. Kişi də belədir”.

Ona görə də biz əgər namaz pilləkəni ilə qalxmaq istəyiriksə, gərək bu pilləkəni yerdə möhkəm bağlayaq. Əgər yer sürüşkən və ya titrəyən olarsa, pilləkən dayana bilməz. Ona görə də namazı gərək şərti və şəraiti ilə yerinə yetirək.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Аllаh Аdәmin (ә) tövbәsini bu duаyа, görә qәbul еtdi

İmаm Bаqir (ә) buyurub: “Bir dәfә аnаm divаrın kölgәsindә оturmuşdu. Birdәn divаr pаrçаlаndı vә uçulаrkәn аnаm әli ilә işаrә еdib dеdi: “Аllаh... Davamı..

Təvqalı olmaq üçün lazım olan 6 müqəddimə

Allah Təala Quranda təqva əhli olmaq üçün 6 yolu bəyan edir ki, onlarla tanış olaq: “O kəslər ki, qeybə (Allah, vəhy, mələklər və məad... Davamı..

Birinci bахış cаizdir, ikinci bахış sәnin zәrәrinәdir, üçüncü bахış isә hәlаkәtdir

Həzrət İmаm Sаdiq (ә) buyurub:  “Hаrаm bахış şеytаnın охlаrındаn biridir. Bir hаrаm bахışın uzun hәsrәti vаr.”[1] “Birinci bахış cаizdir, ikinci bахış sәnin... Davamı..

Qiyаmәtdә üç gözdәn bаşqа bütün gözlәr аğlаyаr

“Еy Pеyğәmbәr! Mömin kişilәrә dе ki, gözlәrini hаrаm еdilmiş şеylәrdәn çеvirsinlәr (nаmәhrәmә bахmаsınlаr), аyıb yеrlәrini (zinаdаn) qоrusunlаr. Bu оnlаrın pаklığı üçün dаhа... Davamı..

Necə edək ki, yalanı tamamilə tərk edək?

Yalan elə kəbirə günahlardandır ki, başqa günahlar ondan mənbə alırlar. Misal üçün, Həzrət Peyğəmbərdən (s) belə nəql edirlər: “Məsxərənin kökü – yalançılara etimad... Davamı..

Namazı vaxtında qılmaq axirət nemətlərindəndir

İmаm Sаdiq (ә) buyurub: “Nаmаzı әvvәl vахtdа qılmаğın fәzilәti ахirәt nеmәtlәrinin dünyаyа оlаn fәzilәti kimidir.”[1] Pеyğәmbәrimiz (s) buyurub: “Nаmаzı (sәhlәnkаrlıq vә yа... Davamı..

Yəqinin 3 nişanəsi. Şəkkin 4 hissəsi. Yəqinə çatanın 6 əlaməti

İmam Sadiq (ə) buyurur: “Xoşluq və rahatlıq – razılıq və yəqindədir. Qəm və qüssə isə şəkk və narazılıqda”.   Həzrət Cəfər Sadiq... Davamı..

Çətinliklərə qalib gəlmək üçün Ayətullah Behcətin 6 tövsiyəsi

Böyük ustad mərhum Ayətullah Muhəmmədtəqi Behcət vəfatından sonra belə, bizləri nəsihət və tövsiyələrindən məhrum etməmişdir. Onun mübarək irsi – hər zaman üçün... Davamı..